Qadin.NET / "Like" hərisliyi insanlarda depressiya və məyusluq yaradır

"Like" hərisliyi insanlarda depressiya və məyusluq yaradır

"Like" hərisliyi insanlarda depressiya və məyusluq yaradır

"Kaspersky Lab" şirkətinin apardığı yeni araşdırmanın nəticələrinə əsasən, əksər istifadəçilər üçün sosial şəbəkələrdə həyat pis əhval-ruhiyyə və məyusluqla assosiasiya olunur. Belə ki, sorğuda iştirak etmiş respondentlərin 42%-i etiraf edib ki, paylaşımları daha böyük maraqla qarşılanan dostlarına həsəd aparırlar. Onların əksəriyyəti postları və fotoları gözlədiklərindən az "like" (bəyənmə) topladıqda kədərlənirlər.

Milli.Az "Report"a istinadən bildirir ki,insanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar: 65% istifadəçi dostları və həmkarları ilə əlaqə saxlamaq, 60%-i isə əyləncəli və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün sosial şəbəkələrə daxil olur. İstifadəçilər öz hesablarını formalaşdırmaq üçün kifayət qədər çox vaxt sərf edirlər. Ən çox paylaşılan kontent sırasında məzuniyyətdə çəkilmiş fotolar (61%) və müsbət emosiya yaradan informasiyalar (43%) yer alır.
Əslində isə sosial şəbəkələrdə həyat bir çox qıcıqlandırıcı məqamlarla yadda qalır: burada ilk sıranı təbii ki, reklam tutur (bu, respondetlərin 72%-ni təngə gətirir), lakin bir çox xoşagəlməz amillər istifadəçinin yaxın ətrafından asılı olur. Demək olar ki, hər kəs əsəbləşə bilər: dəvət olunmadığı şənlikdən fotolar (respondentlərin 59%-i etiraf edir ki, bu, onların əhvalını korlayır), dostların məzuniyyətdən fotoları (45%), hətta özlərinin vaxtilə paylaşdıqları xoşbəxt xatirələrə baxdıqda belə, əvvəl daha yaxşı yaşadıqlarını düşünərək məyus olurlar (37%).
Hazırda "Kaspersky Lab" şirkəti bu problemi həll etmək üçün "FFForget" adlı tətbiq hazırlayır ki, bu tətbiq sayəsində insanlar sosial media hesablarını bağlamaq qərarını üçüncü tərəflərdən asılı olmadan sərbəst şəkildə verə biləcəklər. Tətbiqin 2017-ci ildə buraxılması planlaşdırılır, lakin dəqiq tarix auditoriyanın marağından asılıdır. Tətbiqi ilk istifadə edənlərdən olmaq istəyənlər https://ffforget.kaspersky.com/ saytında qeydiyyatdan keçməklə tətbiqin buraxılışı barədə son xəbərlərdən agah ola və proqramın beta versiyasından istifadə edə bilər.

Day.az

21 yanvar 2017
GO BACK