Dərimiz həyatın çətinliklərinə qarşı bədənimizi qoruyan elastik bir sərhəddir. Dərimizdə olan su bədəndəki suyun 20 faizini təşkil edir. Normal iqlim şərtlərində dərimiz gündə təxminən 400 ml. su itirir. Dərinin qüsursuzluğu və elastikliyi dəri təbəqələrindəki su miqdarından asılıdır.
Su cildi nəmləndirir
Su möcüzəvi adlandırılan gözəllik kremlərinin heç bir zaman reallaşdıra bilməyəcəyini edir və dəriyə həyat qatır. Su dərini təbii olaraq nəmləndirir. Çünki gerçək nəmləndirmə ancaq dərinin altından, yəni təbii su ilə olur. Dərinin nəmi müxtəlif xarici faktorlarla azaldıqda (bu, yay aylarında artır), dərini çöldən nəmləndirmək qeyri-mümkün olur. Dərinin nəm tarazlığını təmin etməyin tək yolu isə kifayət qədər su içməkdir.
Su cildi canlandırır
Hüceyrələrin canlılığını davam etdirə bilməsindəki ən əhəmiyyətli element sudur. Su sağlam dərinin təməl qida qaynağıdır. Günəş, hava təzyiqi və kondisionerlərin yaratdığı sağlam olmayan mühitlərdə dərimizin təbii parlaqlığını bol-bol su içərək qoruya bilərik.
Su niyə lazımdır?
Bədənimizdəki bütün ferment reaksiyaları su vasitəsilə gedir. Suyun ferment reaksiyalarını sürətləndirici funksiyası vardır. Orqanizmimizə daxil olan suyun 20 faizini buxarlanır. Həzm sistemi üçün bədənimizdəki suyun çox hissəsindən istifadə edirik.
Bədən özünü soyutmaq üçün də sudan istifadə edir. Sağlamlıq baxımından bədən istiliyi mütləq paylanmalıdır. Qan əzələlərdən dəriyə doğru vurulur və suyla birlikdə dəridə nəmin meydana gəlməsini təmin edərək bədəni soyudur.
Arıqlamaq üçün su için
Artıq çəki estetik baxımdan olduğu qədər sağlamlığımız baxımından da təhlükəlidir. Arıqlamaq məqsədilə tətbiq olunan pəhriz zamanı gündə 3 litr su içməyin böyük faydası var. Çünki su yağların parçalanaraq çölə xaric edilməsində əhəmiyyətli rol oynayır.
Adi insanların gündə ən az 1.5 litr, idmançıların, hamilələrin və körpəsini əmizdirən anaların ən az 2.5 litr su içməsi lazımdır.
XƏBƏR LENTİ
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Şaftalı keksi (foto resept)
Ərdoğan Qarabağa görə Moskvaya gedir
Uşaqların məzəli kəlamları
“Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi.
Bakı sakini nazirliyə ceyran bağışladı
Ronaldinyo ev dustaqlığından azad edildi
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Çirkin qadın yoxdur, bədbəxt qadın var
Xəbəriniz varmı: məhşər artıq başlanıb
Ləzzətli kabab
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Əllərinizi tez-tez yumaqla xəstəliklərdən qorunun
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
86 yaşlı alpinist QƏRARI ilə TƏƏCCÜBLƏNDİRDİ
Zakir Qaralovdan kadr dəyişikliyi
Bu məhsul ucuzlaşdı - FOTO
Gürcüstanın yeni prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir
Fevral ayının HAVAsı
Yaşıl pomidor turşusu (foto-resept)
Ed Sheeran illik qazancını açıqladı
"Çokoprens" qurabiyyə (foto resept)
Ərdoğan prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Günün ulduz falı
Xanımlar üçün yarım boğaz çəkmələr
1 gündə 4 dəfə test verdi - İkisi neqativ, ikisi pozitiv çıxdı
Qarabağda müharibə yaxınlaşır?
Gilas sapının faydaları
Gün işığı görməyənlərə
Bu pətək özü bal süzür
İnsanlara kömək et, uzunömürlü ol
Ailə birlikdir!
"Domino" peçenyesi
İrem Derici hər kəsi təəccübləndirdi-VİDEO
Qardaş qısqanclığı
Dünyaya gələn körpənin qiyməti...
Azərbaycandakı bahalı maşın markalarının sayı açıqlandı
Hamiləlikdə bunlardan uzaq olun
Koronavirusla bağlı şayiə yayanlara müraciət
"Qurban Qurbanovdan hətta Avropada danışacaqlar"
Mətbəx gigiyenası
Evimizin yaraşığı pərdələr
Ordumuzda “Həyəcan” siqnalı
Ancelina Colinin hesabı bağlandı-SƏBƏB
Leyla Əliyeva Gənclər Gününü belə təbrik etdi - VİDEO
MSK seçkinin ilkin nəticələrini açıqladı
Naringili piroq (foto resept)
Paxıllıq
Defnenin qızı diqqətləri üzərinə çəkdi-FOTO
Çin yeni islahatlara hazırlaşır
- ŞƏRHLƏR