Dərimiz həyatın çətinliklərinə qarşı bədənimizi qoruyan elastik bir sərhəddir. Dərimizdə olan su bədəndəki suyun 20 faizini təşkil edir. Normal iqlim şərtlərində dərimiz gündə təxminən 400 ml. su itirir. Dərinin qüsursuzluğu və elastikliyi dəri təbəqələrindəki su miqdarından asılıdır.
Su cildi nəmləndirir
Su möcüzəvi adlandırılan gözəllik kremlərinin heç bir zaman reallaşdıra bilməyəcəyini edir və dəriyə həyat qatır. Su dərini təbii olaraq nəmləndirir. Çünki gerçək nəmləndirmə ancaq dərinin altından, yəni təbii su ilə olur. Dərinin nəmi müxtəlif xarici faktorlarla azaldıqda (bu, yay aylarında artır), dərini çöldən nəmləndirmək qeyri-mümkün olur. Dərinin nəm tarazlığını təmin etməyin tək yolu isə kifayət qədər su içməkdir.
Su cildi canlandırır
Hüceyrələrin canlılığını davam etdirə bilməsindəki ən əhəmiyyətli element sudur. Su sağlam dərinin təməl qida qaynağıdır. Günəş, hava təzyiqi və kondisionerlərin yaratdığı sağlam olmayan mühitlərdə dərimizin təbii parlaqlığını bol-bol su içərək qoruya bilərik.
Su niyə lazımdır?
Bədənimizdəki bütün ferment reaksiyaları su vasitəsilə gedir. Suyun ferment reaksiyalarını sürətləndirici funksiyası vardır. Orqanizmimizə daxil olan suyun 20 faizini buxarlanır. Həzm sistemi üçün bədənimizdəki suyun çox hissəsindən istifadə edirik.
Bədən özünü soyutmaq üçün də sudan istifadə edir. Sağlamlıq baxımından bədən istiliyi mütləq paylanmalıdır. Qan əzələlərdən dəriyə doğru vurulur və suyla birlikdə dəridə nəmin meydana gəlməsini təmin edərək bədəni soyudur.
Arıqlamaq üçün su için
Artıq çəki estetik baxımdan olduğu qədər sağlamlığımız baxımından da təhlükəlidir. Arıqlamaq məqsədilə tətbiq olunan pəhriz zamanı gündə 3 litr su içməyin böyük faydası var. Çünki su yağların parçalanaraq çölə xaric edilməsində əhəmiyyətli rol oynayır.
Adi insanların gündə ən az 1.5 litr, idmançıların, hamilələrin və körpəsini əmizdirən anaların ən az 2.5 litr su içməsi lazımdır.
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Bir qadının manifesti
Defne Samyeli çimərlik şəkli ilə gündəmdədir
Kabak salatı(foto resept)
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Nüsret Kann film festivalında-FOTO
Bunları kim tapar?
Möhtəşəm ziyafət don modelləri
Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra
Maksim Allaya xəyanət edir?
Dəbli aksesuarlar
Dünyanın ən bahalı otelləri bu şəhərlərdədir
Məşhur model gəlinlik geyindi-FOTO
Filippində "Yer gözəli" müsabiqəsi start verdi-FOTO
Enrike əkizlərinin mühafizəsi üçün 600 min dollar xərcləyib - FOTO
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Şeymanın makiyajsız FOTOsu bəyənildi
İlk mavi gözlülər harda yaşayıb?
2019 payız dəbi
Hərbi çağırış yaşı artırılır
Məktəblər nə vaxt açıla bilər? - RƏSMİ AÇIQLAMA
Yol Polisi qəfil reyd keçirdi
Alişandan Buse Varola bahalı hədiyyə-FOTO
"Azərbaycanda yas mərasimlərində stolun üstündə bəzən bircə spirtli içki çatışmır"
Sərdar Ortaç qız atası olmağa qərar verib
Kələm salatı (foto-resept)
22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, şok nəticə
Qadının sirrini "Minni Maus"-açdı-FOTO
Bakıda mindən çox bina söküləcək
Divar dekorasiyası
Çex kəndində ev - FOTO
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi başlayır
Pensiya və maaş qalxacaq
Yuxular və yuxuyozmalar (4)
Uşaqların yataq otaqlarının hekayələri
Acundan Şeymaya daha bir TƏLƏB
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bu ölkə də Aİ-ni tərk edir?
Fincandakı çay və qəhvə ləkələrini necə təmizləməli?
ÇAY İÇMƏYİN QADAĞALARI
8 may - Şuşanın işğal günüdür!
Əsəb və stress həyatımıza necə təsir edir?
Yalançılar haqqında doğrular
Rəngli qış
Nanə ilə gözəlləşin
Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı
Ayına görə körpə baxımı
Manikürün vacib nöqtələri
- ŞƏRHLƏR