Qadin.NET / Su içmənin dəriyə faydaları

Su içmənin dəriyə faydaları

Su içmənin dəriyə faydaları

Dərimiz həyatın çətinliklərinə qarşı bədənimizi qoruyan elastik bir sərhəddir. Dərimizdə olan su bədəndəki suyun 20 faizini təşkil edir. Normal iqlim şərtlərində dərimiz gündə təxminən 400 ml. su itirir. Dərinin qüsursuzluğu və elastikliyi dəri təbəqələrindəki su miqdarından asılıdır.

Su cildi nəmləndirir

Su möcüzəvi adlandırılan gözəllik kremlərinin heç bir zaman reallaşdıra bilməyəcəyini edir və dəriyə həyat qatır. Su dərini təbii olaraq nəmləndirir. Çünki gerçək nəmləndirmə ancaq dərinin altından, yəni təbii su ilə olur. Dərinin nəmi müxtəlif xarici faktorlarla azaldıqda (bu, yay aylarında artır), dərini çöldən nəmləndirmək qeyri-mümkün olur. Dərinin nəm tarazlığını təmin etməyin tək yolu isə kifayət qədər su içməkdir.

Su içmənin dəriyə faydaları

Su cildi canlandırır 

Hüceyrələrin canlılığını davam etdirə bilməsindəki ən əhəmiyyətli element sudur. Su sağlam dərinin təməl qida qaynağıdır. Günəş, hava təzyiqi və kondisionerlərin yaratdığı sağlam olmayan mühitlərdə dərimizin təbii parlaqlığını bol-bol su içərək qoruya bilərik.

Su niyə lazımdır?

Bədənimizdəki bütün ferment reaksiyaları su vasitəsilə gedir. Suyun ferment reaksiyalarını sürətləndirici funksiyası vardır. Orqanizmimizə daxil olan suyun 20 faizini buxarlanır. Həzm sistemi üçün bədənimizdəki suyun çox hissəsindən istifadə edirik.

Bədən özünü soyutmaq üçün də sudan istifadə edir. Sağlamlıq baxımından bədən istiliyi mütləq paylanmalıdır. Qan əzələlərdən dəriyə doğru vurulur və suyla birlikdə dəridə nəmin meydana gəlməsini təmin edərək bədəni soyudur.

Su içmənin dəriyə faydaları

Arıqlamaq üçün su için

Artıq çəki estetik baxımdan olduğu qədər sağlamlığımız baxımından da təhlükəlidir. Arıqlamaq məqsədilə tətbiq olunan pəhriz zamanı gündə 3 litr su içməyin böyük faydası var. Çünki su yağların parçalanaraq çölə xaric edilməsində əhəmiyyətli rol oynayır.

Adi insanların gündə ən az 1.5 litr, idmançıların, hamilələrin və körpəsini əmizdirən anaların ən az 2.5 litr su içməsi lazımdır.

2 sentyabr 2013
GO BACK