Varikoz xəstələri həm funksional, həm də kosmetik baxımdan böyük çətinliklər yaşayır. Üstəlik bu problem 50 yaşı ötmüş insanlarda daha çox təsadüf edilir. Problemin həllində tətbiq olunan üsullar isə yaxşı nəticələr verir. Yetər ki gecikməyin...
Varikoz qədim bir xəstəlik olsa da həmişə ona laqeyd münasibət göstərilib. Hal-hazırda cəmiyyətdə varikoz artmaqla müşahidə edilir və həyata hər mənada mənfi təsir göstərir.Ürək və Damar Cərrahiyyəsi Mütəxəssisi Dos. Dr. Mehmet Ümid Ergenoğlu varikozun hal-hazırda uzun müddətli (xroniki) xəstəliklər arasında ən qabaqda olduğunu söyləyir. 50 yaşdan artıq daha çox rast gəlinən bu problemin xroniki olması müalicə xərcləri baxımından böyük vəsait tələb edir..
Həm funksional, həm də kosmetik təsiri
Varikoz gündəlik həyata bir-birindən fərqli iki şəkildə təsir edir. Bunlardan birincisinin funksional, digərinin isə kosmetik təsiri olduğu qeyd edilir. Çox vaxt xəstələr həkimə hər iki vəziyyətdə yaşadıqları narahatlığa görə müraciət edir. Funksional təsir zamanı ən çox qarşılaşılan vəziyyət xəstədə iş qabiliyyətinin itməsi ilə izah olunur. Bu vəziyyət ağrını artırmaqla bərabər venoz çatışmazlıq, damar iltihabı və damarlarda laxtalanmayla müşahidə edilir. Kosmetik təsir vəziyyətində isə xəstələrin əksəriyyəti mövcud kapilyar damarların estetik bir problem yaratmasından şikayətlənir. Hər iki vəziyyət bu problemi yaşayan insanlara həm fiziki, həm də mənəvi cəhətdən ciddi şəkildə təsir edir.
Varikoz "dedektivi" - doppler
Hal-hazırda varikozun müalicəsinin gecikdiyi hallarda ortaya daha ciddi sağlamlıq və pul baxımdan problemlər çıxır. Diaqnozun nəticəsindən sonra mütəxəssis həkimin müalicə etməsi böyük əhəmiyyət daşıyır. Əks hallarda dərin damarlarda laxtalanma, ağciyər tutulması, səthi damar iltihabı, topuqda problemlərlə qarşılaşa biərik.
Varikoz xəstəliyinin diaqnozu və fiziki müayinəsindən sonra Venoz Doppler Ultrasəs müayinə üsulundan istifadə edilir. Hal-hazırda istifadə edilən ən əhəmiyyətli diaqnoz üsulu məhz Venoz Doppler Ultrasəs müayinə üsulu olduğu bildirilir. Bu üsulla damar içərisində olan qan axınının istiqaməti, qapaqcıqların vəziyyəti, damarların müəyyən bölgələrdəki diametrləri dəqiq yoxlanılır. Sonrakı mərhələdə dəqiq müəyyən edilmiş müalicə üsulu həyata keçirilir. Venoz Doppler Ultrasəs müayinəsində "köməyə gələn" səs dalğalarıdır. Varikoz xəstəliyi tətbiq olunan müalicə üsulundan asılı olaraq təkrarlana bilir. Müalicə üsulları içərisində ən uğurlusu endovenoz lazer təmizləmə üsuludur. Bu üsulu cəmi 95-98% uğurlu olur.
* Varikozun müalicəsinin birinci mərhələsində xəstənin əhvalı, istifadə etdiyi dərmanlar, ailədə varikoz xəstəliyinin olub olmadığı, keçirmiş olduğu xəstəliklər (xüsusilə qanaxma və laxtalanma ilə bağlı olanlar), vərdişlər (siqaret), həyat tərzi və peşəsi haqda ətraflı soruşmaq lazımdır.
* İkinci mərhələdə xəstənin fiziki müayinəsi edilməlidir. Təkcə damar sisteminin düzgün müayinə edilməməsi ayaqlarda şişə gətirib çıxara bilər. Bu zaman xəstənin periferik damar xəstəlikləri diqqətlə müayinə olunmalıdır.
* Üçüncü mərhələdə Venoz Doppler Ultrasəs müayinə üsulu lazımdır. Əgər Doppler Ultrasəsi texniki olaraq yetmir və ya az məlumat verirsə, bu vəziyyətdə MR-dən (maqnit rezonans) faydalanmaq lazımdır.
* Son mərhələdə isə mövcud müalicə üsulları xəstəyə bildirilir. Xəstəyə təklif edilən müalicə üsullarından hansına maksimum dərəcədə uyğun gələcəyi təyin olunur və müəyyən fasilələrlə xəstə klinikaya dəvət edilir.
Müalicə variantları hansılardır?
* Gündəlik həyat tərzindəki dəyişikliklər; dəriyə qulluq, kökəlmə və s.
* Corabla müalicə; xüsusilə ağrı verən venoz damarlarda istifadə edilir.
* Skleroterapiya; 1930-cu illərdən bu yana tətbiq olunan bu üsul sadə istifadəsi və ucuzluğu ilə seçilir.
* Endovenoz lazer təmizlənməsi; böyük diametrli damarlarda müalicəsinə zamanı istifadə edilir.
* Endovenoz radiosürətli dalğalar vasitəsilə təmizlənmə; texniki cəhətdən endovenoz lazer təmizlənməsinə oxşayır. Ancaq müalicədə enerji mənbəyi olaraq radiosürətli dalğalardan istifadə edilir.
* Cərrahiyyə; venoz çatışmazlığı və bəzi damarların tutulması.
Varikozu köpüklə müalicə edirlər
Varikozun müalicəsində skleroterapiya üsulundan istifadə olunur. Belə ki vena divarına ziyan verə bilən kimyəvi maddəni incə bir iynənin köməyi ilə maye və ya son illərdə olduğu kimi köpük şəklində verilir. Hər iki üsulda da venanın daxili divarında bir ziyan meydana gəlir, vena büzüşməsi və bağlanması təmin edilir.
Az yayılmış lazer müalicəsi.
Varikozun müalicəsində lazer iki fərqli şəkildə istifadə edilir:
* Trunkal və ya böyük. Varikoz damarın içərisinə borucuq yerləşdirməklə damarın tamamilə pozulmasını təmin edir.
* Xırda. Bir-birinə "dolaşmış" damarlara lazer dəri səthindən verilərək üzdəki damarlar yandırılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hacıbala Abutalıbov: "Evləri yanmış sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək"
Miqreni sağaldan bildirçin yumurtası
Pyotr dövrünə aid sikkələr tapıldı
Xarici turistlər bölgələrə axın etməyə başladı
Doğum sonrası ləkələrə qarşı ən sadə resept
Boyunbağılar
Feil - 2
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Rekord qıran klip plagiat çıxdı - FOTO
Rəngli qış
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Azərbaycanlı cütlük Dünya Çempionu oldu - FOTO
Cəbhə xəttində olan Zakir Həsənov tapşırıqlar verdi
Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!
3 günlük detoksla formada qalın
Məşhur ulduz Şvarseneqqerin qızı ilə EVLƏNİR
İdeal piroq (foto resept)
"Qızıl Palma"nın qalibləri bəlli oldu-FOTO
Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə
"Gedib-gəlirsən, evdə yata bilmirsən" - 21-ci əsr Azərbaycan toyları
Qış depressiyası
Kolbasa alarkən nəyə diqqət etməli?
Məşhur aktyorlar sevgili oldu
Daha 30 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Cardi Bi Bakıya gəldi
Ləğv olunan icazələrlə bağlı nazirlikdən açıqlama
Qaçqın ailələri üçün problem: necə etməli?
Bu il Oskar mükafatı qazanan 3 film
Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq kinofestivala qatılacaq
Əcəb Sandal (foto resept)
Mimoza salatı (foto-resept)
Gənc Tamaşaçılar Teatrından daha bir layihə
Bu haqda danışmağa utanırsınız?
Fahriyenin sərvət dəyərində olan saatı - FOTO
Ağdamda gördüyü mənzərə fotoqrafı dəhşətə gətirdi
Kilo almağın səbəbləri
Ailə ixtilafları - II hissə
Ramazan ayının 17-ci gününün imsak və iftar vaxtları
İngilislərin Yeni İl əyləncəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Tuba Geckilin qeyri-adi tortları
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
Selulitlərinizdən bu qarışımla xilas olun
Mədə kiçiltmə əməliyyatı
Alimlər koronavirus daşıyıcısı olan heyvanları araşdıracaqlar
Balıq iyi verdiyi üçün hər kəs ondan üz çevirir - FOTO
Ərdoğan Rusiya qırıcılarını "vur" əmri verdi
Kişilər ağlamır
Bədəndəki toksinləri atmaq üçün çay
- ŞƏRHLƏR