
Varikoz genişlənməyə səbəb, bir çox xəstəliklərdə olduğu kimi, artıq çəki problemi ola bilər.Varikoz bəzən, ürək xəstəliklərinin də xəbərçisi olur.Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır.Varikoz genişlənmə damarların uzanması və diametrinin artması deməkdir.Bədənin hər hansı bir hissəsində əmələ gələ bilər. Ancaq bədəndə ən çox təzyiq ayaqlara düşdüyü üçün, varikozun ən çox göründüyü yerlər də ayaqlar olur.
Varikozun meydana gəlməyində təsirli olan bir çox faktor var: artıq çəki, hamiləlikdə yaşanan hormon dəyişməsi, estrogenli dərman istifadəsi, uzun müddət oturaq iş, uzun müddət ayaqüstü qalmaq, idmansız həyat, siqaret, spirt və yaşlılıq.
Hamiləlik, ardıcıl olaraq qorunmaq üçün həblərdən istifadə etmək və hormonal faktorlar, varikozun qadınlarda daha çox olmasına səbəb olur.Genetika da varikozun meydana gəlməsinə böyük təsir edir. Anasında varikoz olan qadınlarda, bu xəstəliyin olması riski var.
Damarlarımızda varikoz olduğunu necə bilək?
Diametri 1-3 mm. arasında olan varikoz genişlənmə birinci dərəcəlidir.Birinci dərəcədə varikoz xaricdən elə də nəzərə çarpmaz, ağrı və sızıltı çox az olar.
İkinci dərəcə varikozda damarın diametri 4-5 mm.olur , ayaqda nəzərə çarpar, daha şiddətli ağrı və şikayətlənmələrə səbəb olur.
Üçüncü dərəcə varikozda qıçda şişmə başlayar, sağ qıçın diametri 20 sm olsa, sol qıçın diametri 25 santimetr ola bilər. Üçüncü dərəcə varikozda ağrı şikayəti daha çox olur. Ayaqqabı geyə bilmək çətinliyi başlayar.
Dördüncü dərəcəli varikozda topuq hissədə dərinin rəngi qaraya çalar.
Sonuncu dərəcəyə gəlmiş varikoz topuqda yaralara səbəb olur.
Ən sadə varikoz qılça varikozudur. Ən ciddi varikoz isə topuq ətrafında yaraya səbəb olan varikozdur.
Varikoz genişlənməsi olanlar nələrə diqqət yetirməlidirlər?
- İsti damarları genişlətdiyi üçün, həddindən artıq isti duş qəbul etməyin.
- Çox yüksək olan dikdaban ayaqqabı geyinməyin.
- Uzun müddət ayaqüstü qalmamağa çalışın.
- Həmişə hərəkətdə olmağa çalışın.Qıçları işlətdiyi üçün üzmə hərəkəti də varikoza xeyirlidir.
- Dövran pozuqluqlarına səbəb olduğu üçün dar cins şalvar geyinməyin.
- Artıq çəki varikozun artmasına səbəb olacağı üçün çəkinizə diqqət yetirin.
- Axşamlar ayaqları soyuq suda yüngül masaj etmək və yatarkən ayaqların yüksəkdə olmasına fikir vermək lazımdır.(Məsələn,ayaqların altına balış qoymaq).

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR