Əziz istifadəçilərmiz,
Qadin.netlə birlikdə “ARIQLA” lahiyəmizə davam edirik!
Layihəmizin 1-ci mərhələsindəki suallara yazdığınız cavabların nəticələrinə görə
Arıqlamaq istəyən istifadəçilərimiz aşağıdakılardır:
1.sevgul
2. SWEET LEMAN
3. Ulviyye.B
4._RİANA_-nın bacısı
5.Snikers
6. ayka89
7.MİLADE
8. Gunel_1988
9. sirin89
10. arzu79
11. Inci87
12. ferihan
13. mehin
14. Yagmur
16. Zeyneb...
17. shabnam_betul
18. SAHANE-LEMAN
19. Karenina
20. bgl
21. Seva22
22. LALA1984
23. Hayatlife
24. KAPRİZNAYA
25. lovable madam
26. akkord
27. Aida25
Həkim məsləhəti əsasında pəhrizə diqqət yetirəcək olanlar:
1.Arzu
2. rubin111
3.Senemkanın anası
4.Nazuletta
5. fiesta1109
6. saulita
7. simran
8. novruzova
9. weyla
10. ulfet zeynalova
Arıqlamaqda qərarsız olanlar:
- icome2009
- HAPPY
- nira
- Nazrin
- aysel meherremova
- LONDONER ME
- Fatma
- unknown
- sweetheart
nurgul , Kind, vasifdeli test suallarına tam cavab vermədikləri üçün onların qrupunu müəyyən edə bilmədim.
Əziz xanımlar,arıqlamaq yalnız pəhrizlər əsasında başa gələn asan bir proses deyildir.Yoxsa,arıqlama klinikaları və ya sanatoriyalar boş yerə yaradılmazdı.Arıqlama hər bir insana xüsusi olaraq tətbiq edilən proqramlar əsasında həyata keçirilir.Proqramlara düzgün əməl edilmədikdə lazımi nəticə alınmır və yaxud da əks nəticə alınır.Bu baxımdan arıqlamağa başlamazdan əvvəl bir çox məlumatları mənimsəməlisiniz ki,dərk edərək arıqlamaya nail olasınız.Əvvəlcədən deyim ki,mənim təqdim etdiyim lahiyədə tez bir zamanda arıqlamaq vəd olunmur.Mütəxəssislərin də fikrinə görə tez müddətli və az kalorili pəhrizlərlə arıqlamağın orqanizmə zərərləri vardır.Bu baxımdan ayda neçə kq arıqlamaq lazım olduğunu bilmək üçün aşağıdakı videonu izləyək.
"Arıqlama"lahiyəmizin 2-ci mərhələsində aşağıdakı suallara cavab tapmalısınız:
1.Hədəf arıqlama kilonuz?
2.Arıqlamaq üçün gün ərzində neçə kq əskik (neçə kalori əskik)yeməlisiniz?
3.Yediyiniz yeməklərin kalorilərini əritmək üçün real hansı hərəkətləri edə bilərsiniz?
(yerimək,qaçış,pilləkən çıxmaq,idman salonunda alətlərlə çalışmaq,aerobika,pilates,fitnes və ya öz variantınız)
4.Etdiyiniz idman hərəkətləri ilə nə qədər kalori xərclədiyinizi bilirsinizmi?
5.Arıqlama müddətində gündəlikdən istifadəyə nə deyirsiniz?
6.Gündəlik nəticələrinizi hər gün saytda şərhlər bölməsində paylaşacaqsınızmı?
7.Özünüzü hədəf kq-a yetirmək üçün iradəli hesab edirsinizmi?
Hörmətli Nazuletta xanım bu sualları artıq cavablamışdır.Sizlərə daha aydın olsun deyə,onun cavablarını nümunə olaraq xəbərdə təqdim edirəm:
1.Hədəf arıqlama kilonuz?
60-58 kiloya qədər arıqlama (hazırki çəkim ac qarına 70 kilo yarım)
2.Arıqlamaq üçün gün ərzində neçə kq əskik yeməlisiniz?
Əldə etdiyim məlumatlara əsasən onu anladım ki, nə qədər kalori olursa olsun (normadan az olmamaq şərti ilə, yəni gündə təxminən 1200-dən aşağı olmayaraq) gün ərzində xərclədiyim kalori ondan daha çox olmalıdır, və ya heç olmasa balans olmalıdır.
3.Yediyiniz yeməklərin kalorilərini əritmək üçün real hansı hərəkətləri edə bilərsiniz?
1 aya yaxındır ki, həftədə 3 dəfə, hər dəfə 1 saat yarım olmaq şərti ilə fitness kluba gedirəm. 1 saat aerobik, yarım saat güc ilə olan trenajorlarda məşqul oluram. Evdə isə 8 dəqiqəlik press videoya baxaraq press eləyirəm.
4.Etdiyiniz idman hərəkətləri ilə nə qədər kalori xərclədiyinizi bilirsinizmi?
Ellips (xizək kimi olan) trenajor ilə qaçış trenajorunda məşğul olduğum zaman trenajorların mənə 1 saat ərzində ekranda gösrətdiyi rəqəm cəmi 350-400 kalori olur + güc ilə trenajorda məşqul olanda (qollar, araqlar yüklənəndə və press edəndə) təxminən ən azı 150 kalori xərclənir və oxuduğum materiallara əsasən güc ilə, yəni əzələlər yükləndiyi zaman düz 24 saat ərzində onlar kalorini əridirlər və orta hesabla bunların hamısını toplasaq, idmana getdiyim günlərdə gün ərzində təxminən ən azı 1000 kalori yandırmış oluram.
5.Arıqlama müddətində gündəlikdən istifadəyə nə deyirsiniz?
Kiçik vərəq parçam var. Oraya həftədə 1 dəfə ac qarına çəkildikdən sonra kilomun miqdarını yazıram. Beləliklə, həftə-bə-həftə nə qədər qram itirdiyimin şahidi oluram.
6.Gündəlik nəticələrinizi hər gün saytda şərhlər bölməsində paylaşacaqsınızmı?
Niyyət etmişəm, bu bir neçə aya heç olmasa 5-6 kilo atsam mütləq bir xəbər açacam və yeməyimdən tutmuş, ta idman hərəkətlərimə qədər, tutduğum gündəlik hesabatlarıma qədər sizinlə bölüşəcəm. Hələ hadisələri qabaqlamayım, qabaqcadan danışmayım.
7.Özünüzü hədəf kq-a yetirmək üçün iradəli hesab edirsinizmi?
Görəndə ki, alınır (yavaş alınır amma) hədəfimə belə getsə çatacam, amma nə zaman çatacağımı bilmirəm dəqiq.
Qeyd:2-ci sualın cavabını dəqiqləşdirmək üçün bu səhifəmizə daxil olub kilonuzu hesablama maşınına yazın və alınan rəqəmdən hədəf kiloqrama yetişmək üçün əskildəcəyiniz kalori miqdarını çıxın.Məsələn,siz hesablayıcıda 70 kq yazmısınızsa günlük alacağınız 1540 kalori hesablanacaq.Arıqlamaq üçün həmin kaloridən 500 çıxacaqsınız,yerdə qalan 1040 kalori sizin arıqlama müddətində alacağınız kalori miqdarı olacaq.
Bu səhifəyə daxil olun:
http://qadin.net/index.php?do=cat&category=diet
4-cü sualın cavabı üçün bu xəbərə baxın:
http://qadin.net/index.php?newsid=6460
Əziz istifadəçilərimiz, lahiyənin 2-ci mərhələsində verdiyiniz cavablar əsasında 3-cü başlama mərhələsinə keçid alacayıq.
XƏBƏR LENTİ
Dərinin qocalmasına qarşı maskalar
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
Ölkələrə görə gəlin və bəy
Mark Zukerberqin 2-ci qızı doğuldu - FOTO
Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”
Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
Hava haqqında
Limon suyunun 10 faydası
Bakı Dövlət Universitetinin yaranmasından 94 il keçir
Təmiz suya tamarzıyıq
Qəribə tərz sahibləri
Məşəl Heydər Əliyev Mərkəzində
Təmizlik sağlamlıqdır
Çin sürətlə mobilləşir
Sovet işğalından 95 il ötür
Levanti mətbəxindən mərcili "Tabule" (foto resept)
Məşhur müğənni adını dəyişdirir-SƏBƏB
Uzun paltar modelləri
Ukraynada ölənlərin sayı iki dəfə artıb
Boşanmaya aparan kiçik problemlər
Cəbhədə silah səsləri
Di Kaprio məhkəmədə - Şok ittiham
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Ətli mini zapekanka (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-16 yanvar
Dəriniz yaz meyvələri ilə yenilənsin
Bu gün Xəyalə Muradın ad günüdür!
Pendirli-şokoladlı tort (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
Ərdoğan Aya-Sofya məbədini ziyarət edib - FOTO
Kosmosa 2 saatlıq uçuş üçün xərcəlnəcək məbləğ açıqlandı
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
Şəkidə şagirdlərə həblər paylanır
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Ermənistanda qaça-qaçdır
Körpəniz xəstə olmadan həkimə aparın
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Arıqlamağa əngəl olan səbəblər
Turizm və növləri
Emin koronavirusa yoluxubmuş
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Həm maus, həm kompüter
Microsoft-dan yeni smartfonlar
Gürcüstanda yaşıl rəngli küçük doğuldu - VİDEO
Toxuduqlarım
Xəyal qurun(2)
Ən çox satılan smartfon hansıdır?
Prezident Qarabağdan danışdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yumurtanın qiymətini kim bahalaşdırır? - Quşçular Cəmiyyətindən CAVAB
- ŞƏRHLƏR