Bakıda hava 17°
USD AZN
EUR AZN
10:23Xəyalə Murad Sağlamlığınız naminə Evdə Qalın! 10:23Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41591

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

 

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

A vitamini

A vitamini, göz sağlamlığı və sağlam dəri üçün olduqca əhəmiyyətlidir. A vitamini, süd və ət kimi qidalarda daha yüksək miqdarda olmasına əlavə olaraq bəzi tərəvəzlərdə də var. 

Qidalar: Banan, gül kələmi, yumurta, mandarin, portağal, kələm, balıq, ət, kök və süd məhsulları.

 

 

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

B vitamini

Səkkiz fərqli B vitamini növü var: B1, B2, B3, B5, B6, B8, B11, B12. Hər B vitamini növünün  xüsusiyəti var.

 B1: Karbonatlardan enerji ifrazına kömək edir.

 B2: Gözləri günəş işığından qoruyur.

 B3: Sinir sisteminin düzgün fəaliyyətini təmin edir.

 B5: Hormon yaranmasına kömək edir.

 B6: Qırmızı qan hüceyrələrinin yaranması, DNA yaranması, proteinlərin yaranması və parçalanmasını təmin edir.

 B8: Dəri və saç inkişafı, yağ turşularının yaranmasını təmin edir.

 B11: DNA istehsalı və parçalanmasına kömək edir.

 B12: Proteinin yığılması, parçalanması və qırmızı qan hüceyrələrinin istehsalını təmin edir.

 Qidalar: Kartof, ərik, banan, brokoli, kəpəkli çörək, yumurta, taxıl, pendir, süd, fındıq, lobya, balıq, ət, qarpız, kök.

 

 

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

C vitamini 

 C vitamini, dəmirin həll olunmasını sürətləndirir və immunitet sisteminin yaranmasını təmin edir. C vitamini çatışmazlığınız varsa, xəstələnmə riskiniz yüksəkdir və yaralarınız daha gec sağalır.

 Qidalar: Çiyələk, ananas, ağ nanə, kələm, gül kələmi, brokoli, acı bibər, sarı dolmalıq bibər, kivi, manqo, çobanyastığı, cəfəri, portağal, pomidor, qırmızı kələm.

 

 

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

D vitamini

Möhkəm sümüklər üçün əsas vitamin D vitaminidir. D vitamini qəbul etməyin ən gözəl yollarından biri gözəl havada gəzməkdir. D vitamini çatışmazlığı sümüklərin qırılmasına səbəb ola bilir.

 Qidalar: Göbələklər, yeyilən yağlar, qaynadılmış yumurta, pendir, marqarin, fındıq, portağal suyu, soya südü və yağlı balıqlar.

 

 

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

E vitamini

C vitamini ilə bərabər immunitet sisteminin güclənməsinə kömək edir. E vitamini həmçinin qocalma müddətini yavaşladır. E vitamini çatışmazlığı nadir hallarda olur və anemiyaya səbəb olur. 

 Qidalar: Badam, alma, avokado, kələm, brokoli, tam taxıl çörəyi, fındıq, zeytun, çobanyasıtığı, fıstıq əzməsi, qırmızı bibər, yağlı toxumlar, günəbaxan yağı.

 

 

Ərzaqların tərkibində hansı vitaminlər var?

 

K vitamini

Qan laxtalanması, sümük toxuması istehsalı və güclü sümük və dişlər üçün kifayət qədər K vitamininə ehtiyacımız var. 

 Qidalar: Alma, banan, kələm, brokoli, lobya, yumurta, pendir, süd, portağal, ət, qatıq, dəniz yosunu, günəbaxan toxumu və kələm turşusu. 

Səslərin sayı: 0
2
857
Şərhlər
Offline
aysel hesenli
Möhkəm sümüklər üçün əsas vitamin D vitaminidir. D vitamini qəbul etməyin ən gözəl yollarından biri gözəl havada gəzməkdir. D vitamini çatışmazlığı sümüklərin qırılmasına səbəb ola bilir.
1 mart 2020 11:09
Online
Feride
Səkkiz fərqli B vitamini növü var: B1, B2, B3, B5, B6, B8, B11, B12. Hər B vitamini növünün xüsusiyəti var.
29 fevral 2020 15:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )