Şəkil çəkilərkən bunlara diqqət edin.
Cameron Diaz, Angelina Jolienin fotoşəkillərini çəkən məşhurların fotoqrafı Davis Factor, fotoşəkillərdə yaxşı çıxmağın sirlərini bölüşdü.
Diqqətini işığa ver
İşıq sizə yuxarıdan vurduğunda üzünüzdə, xüsusilə göz altlarınızda kölgələr əmələ gəlir. Şəkil çəkilərkən istər içəridə, istər çöldə olun günəş arxanızda olsun ya da yuxarıdakı işıqlardan uzaq dayanın. Çənənizi yüngülcə yuxarı qaldırmaqdan da çəkinməyin.
Ayaq üstə dayanın, incə görünün
Fotoşəkildə daha incə və uzun görünə bilərsiniz. Ayaq üstə dik dayanın və yüngülcə yan dayanın. Yəni bir çiyin kameraya daha yaxın olsun. Bu, nə zaman şəkil çəkdirsəniz favorit duruş pozisyonunuz olsun.
Fotoqrafın boyuna diqqət edin
Qısa fotoşəkilçinin fərqində olun. Fotoşəkilçi sizdən qısa boyludursa çənənizin altında əlavə bir çənə daha ortaya çıxar. Linzanın sizin göz cərgənizdə və ya daha yuxarıda olması lazımdır.
Los Angelesdə imic məsləhətçisi Mimi Dorsey, "Böyürtkən tonlarında işıltılı bir pomada hər kəsə yaraşar" deyir.
Los Angelesdə Makiyaj Artisti Troy Jensen çox spirt almadığınızda daha idarəli olacağınızı söyləyir və əlavə edir, "Fotokameranın işığı nə qədər parlaq olursa olsun, içki içdikdən sonra gözləriniz aşağı görünür."
Bəzilərinin sağ, bəzilərinin isə sol profilə daha yaxşı görünər. Guy, "Köhnə fotoşəkillərinizi götürüb hansılarını ən çox sevdiyinizə bir baxın və bundan sonra şəkil çəkdirdiyinizdə o pozanı verin," -deyir.
Köhnə model və məşhurların fotoşəkilçisi Jack Guy, "Yaxşı bir kameranın çox qarışıq olmasına ehtiyac yoxdur," deyir.
Mimi Dorsey, "Üzünüzü yüngülcə irəli uzadın," -deyir. "Bunu edərkən özünüzü gülməli hiss edə bilərsiniz, amma üzünüzü daha incə göstərdiyi də bir gerçəkdir."
Çöl, məkan çəkilişləri üçün ən yaxşı vaxt gün batarkəndir. Jack Guy, "Bu saatlarda, işıq sizi çox gözəl göstərər," deyir. "Aşağıya doğru daha az kölgə meydana gələcəyindən, göz altlarınızdakı torbalar fotoşəkildə görünməz, əksinə günəş, göz altındakı bölgəni işıqlandırar və daha gənc görünmənizi təmin edər deyə əlavə edir.
Troy Jensen, "Dərinizdə yüngül bir parlaqlıq xoş görünsə də həddindən artığı diqqət çəkər" deyir.
Nyu Yorkdan saç stilisti David Evangelista, "Hərəkətli saçlar fotoşəkillərdə daha seksual görünür, buna görə sabitləyici məhsulları şişirtməyin" -deyir.
Fotoşəkillərdə gözəl çıxa bilmək üçün lazım olan 8 makiyaj qaydası:
1) Mat məhsullar tətbiq edin
Mat məhsullar, ümumiyyətlə, düz rənglərdir. Hər hansı bir işıltı və ya parıltı verməzlər. Şəkil çəktirdiğinizdə üzünüzə vuran işıq ilə birlikdə parıltılı məhsullar sizi olduğundan yaşlı və parlaq göstərəcəyindən mat pudra və ənlik seçin.
2) Natural işıqları istifadə edin
Ən yaxşı nəticə üçün natural bir işıqlandırma seçin. Daxili işıqlandırmaları işıqları makiyajınızı olduğundan soft göstərərkən ağ işıq üzünüzün daha ağ çıxmasına səbəb olar. Qırmızı, mavi kimi müxtəlif rənglərdə işıqlandırılmış sahələrdə gözəl çıxma ehtimalınız isə çox aşağıdir.
3) Sarı alt tonlu pudralar seçin
Sarı tonda pudralar, işıltı yaradan pudra və ya bronzerlardan hər vaxt daha yaxşı nəticə verər. Çəhrayı alt tonlu pudralar sizi olduğunuzdan daha qırmızı göstərərkən sarı alt tonlu pudralar qadınlarının dəri tonuna çox vaxt uyğunlaşma təmin edər.
4) Göz altı bağlayıcı istifadə edin
Göz altı bağlayıcısı bütün qadınların ən böyük qurtarıcılarındandır. Bağlayıcı seçərkən isə qətiliklə ağ seçim etməyin. Ağ, bənövşəyi halqalarınızla birləşincə çəhrayı bir göz altına səbəb olar. Mor halqaları sarı alt tonlu bağlayıcılar məsləhətdir.
5)Dolğun kirpiklər
Dolğun kirpiklər və qara bir tuş sizə həm cazibədarlıq qatacaq, həm də gözlərinin ön plana çıxmasını təmin edəcək. Ayrıca sağlam görünən bir dəri makiyajında ​​sonra ən əhəmiyyətlisi işıldayan və gözəl baxan gözlərdir.
6) Ənliyi unutmayın
Şəxsi günlərdə ənlik çəkməyə laqeyd yanaşmayın. Lakin qadınların ən pis istifadə etdiyi makiyaj məhsullarından biri olan ənlik çəkməyi mütləq öyrənməlisiniz. Ənliyi mütləq almacıq sümüklərinizin altına tətbiq etməlisiniz. Almacıq sümüklərinizin üzərində isə daha açıq tonlarda bir işıqlandırıcı olmalıdır. Ənliyi burun kənarlarınıza qədər deyil daha geridə sonlandırmalısınız. Üzünüz qısa və yumru isə dodağınıza paralel, uzun isə daha bucaqlı bir allık tətbiq etməlisiniz. Bura qədər doğru tətbiq etdinizsə, yanaqlarınızı daha qabarıq göstərərək, daha sağlam bir görünüş əldə edəcəksiniz.
7) Lipstick istifadə edin
Əgər fotoşəkillərdə gözəl çıxmaq istəyirsinizsə mütləq dodaqlarınızı rəngləndirməlisiniz. Gündəlik həyatınızda bəlkə pomada və ya Lipstick istifadə etməyə bilərsiniz. Lakin fotoşəkillərdə pomadanız olmadığında dodağınız üzünüzlə eyni tonda görünərək solğun bir ifadəyə səbəb olar.
8) Aydınlatıcı
İşıqlandırıcı bucaqlı bir fırça ilə ən təbii şəkildə tətbiq olunur. Işıqlandırmanın məqsədi üzdə sümük görünüşü meydana gətirməkdir. Digər əhəmiyyətli nöqtə isə məhsulların mat olmasıdır. Üzünüzün yüksək qisimləri (alın ortası, çənə ucu, burun ortası və üst qismi kimi) işıqlı tərəfi ağ olaraq düşünün, alçaq yerləri (almacıq sümük altı, dodaq altı, burun kənarları kimi) qara olaraq düşünün və buna görə konturlayın. Aydınlatıcınızı ağ yerlərə, mat pudranızı qara yerlərə tətbiq edin. Və daha gözəl bir görünüşə sahib olun.
XƏBƏR LENTİ
Beşdən çox uşağı olan qadınlara müavinətin məbləği müəyyən edildi
Göbələkli sulu küftə (foto-resept)
Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər
Heydər Əliyev Mərkəzində "Oxu günü" keçirilib - FOTO
Bu nömrələri yadda saxlayın
Obama tarixin ən pis prezidentidir
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Avropa Oyunları neçəyə başa gəldi?
Marsın səsi ilk dəfə Yerdə eşidildi-VİDEO
HAVA necə olacaq?
Həyatda dörd şey
Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib
Mikura Pearls
Döyənək
Sürücülərin sərxoşluq vəziyyəti belə yoxlanacaq
Demet Akalın Bakıda konsert verəcək-FOTO
Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlandı - TAM SİYAHI
Uşaqlardan uzaq saxlanılmalı qidalar
Rəngli şirniyyat sərgisi
Bürclərə görə toy
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Ofis işçiləri stresdən necə qoruna bilər?
Metro və avtobuslar işləməyəcək
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
2019 gəlinlik modelləri
Ən yaxşılar seçilir
Yaş artdıqca gözəlləşənlər
Sızanaqlardan sarımsaqla xilas olun
Ezgi Mola ərə gedir
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Bakıda bu avtobusun yolu dəyişdi
Hava haqqında - 22.09.2013
Dünya nəhəngləri Rusiyasız toplandılar
Dollar yenə bahalaşdı
Bürcünüz saç rənginə təsir edir
Həyatın mənasını tapmaq üçün 7 sual
Qarakənd faciəsindən 24 il ötdü
“Selfie” çəkib paylaşan kişilər xəstədir
"Google Tv"
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - VİDEO
Ev aksesuarları
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Məşhur müğənninin cəsədi tapıldı
İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı
Deniz Sekinin geyimi tənqid olundu-FOTO
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Azərbaycanda qaz təchizatında məhdudiyyətlər olacaq
Bir şəkil boyük dostluğu pozdu-FOTO
- ŞƏRHLƏR