Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən "Oxu günü" keçirilib.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və "Hədəf Nəşrləri"nin tərəfdaşlığı ilə reallaşıb.
"Gəlin birgə oxuyaq!" şüarı altında keçirilən "Oxu günü"nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır.
Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Üç saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdiriblər.
Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Oxu Günü ərəfəsində Bakı məktəblərinin iştirakı ilə keçirilən bu tədbir kitaba bağlılığı artırmağa yönəlib və mütaliə mədəniyyətinin formalaşmasına öz töhfəsini verəcək. Təhsil Nazirliyi il ərzində bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. C.Bayramov qeyd edib ki, əsas məqsəd müxtəlif üsullarla, fərqli yollarla uşaqlara kitab oxumağın üstünlüklərini aşılamaqdır. Çünki şagirdlərimizin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında mütaliə əvəzsiz rol oynayır. Nazir belə tədbirlərin davamlı şəkildə təşkil olunmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib

XƏBƏR LENTİ
Qapının zəngi...
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
Təmirə bağlanan yol açıldı
BMT xəbərdarlıq edir: BELƏ İSTİLƏR NORMAYA ÇEVRİLƏ BİLƏR
Xəbəriniz olsun!
Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub?
Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam verdi
Nəqliyyatı pulsuz olan ölkələr
Pakistanda güclü zəlzələ, Azərbaycan da silkələndi
Şvartsenegger əməliyyat olundu
Çilçıraq modelləri
Sadə tutmac (foto-resept)
Toxumağı öyrənək. Dərs 4
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Ceki Çandan gözlənilən AÇIQLAMA- FOTO
Yataq örtükləri
Günün ulduz falı
Azərbaycanda körpələrə qiymətli metal və daş-qaş adı qoyuldu - SİYAHI
Qadınlar sevgi, kişilər seks arxasınca qaçır – PSİXOLOJİ TƏHLİL
Arıqlama həblərinə diqqət!
Sağlam və cavan qalmaq üçün bu tərəvəzi yeyin
Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı
Məhəbbət və dostluq
Millət vəkili: "Maaşlar artırılmalıdır"
Prezident İlham Əliyevə siyahı göndərildi
Uçmaq qorxusu: onlar qışqırır, hətta dalaşa bilərlər
Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - VİDEO
Saçımızda təbii gül
Roqaliki (foto resept)
Azərbaycanda ev tikməyin çətinlikləri
Messi Ronaldoya çatdı
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
H&M qadın geyimləri
Everestə qalxmaq ucuzlaşdı
Nyu-York moda həftəsinin ən yaxşı 20 çantası
Naxçıvanda Kətə festivalı keçirilir
Sılanın döyülməsi yalan çıxdı-FOTO
"Qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"
Ərdoğan: “Qara dənizdə Türkiyə tarixində ən böyük təbii qaz yatağı kəşf edildi” - VİDEO
Beyin funksiyalarının pozğunluğu
Mavi çayın faydası və zərəri
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
"Notariat haqqında" Qanuna dəyişiklik edildi
Şaftalı pirojnası (foto-resept)
Bakıya duman gələcək, külək əsəcək
DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hava haqqında - 10.03.2014
Daha bir sərnişin təyyarəsi partladıldı
