Qızının toyunda ana ağlayır
Görən kədərdəndir, yoxsa sevincdən,
Qızının toyunda ana ağlayır?
Onun ürəyini axı nə bilək,
Özünü gizlincə bəlkə danlayır?
Deyibmi qızına bu təzə yolda,
Ona səbir gərək, qayğı gərəkdir,
Seçdiyi bu yolu ömürlük bilsin,
Ürək bircə sözdən sınan ürəkdir?
Deyibmi: "A qızım, elə dolan ki,
Sədanla, şölənlə işıqlanaq biz,
Sevinci, kədəri bölüşə bilin,
Ətrafı isitsin sizin mehriniz".
Ailə birliyi böyük sərvətdir,
Ağbirçək qoca tək müdrik olmalı,
Bu böyük neməti qorumaq üçün,
Daim bir-birinə sadiq qalmalı.
Qızı köçən günü ata evindən,
Bəlkə anlayaraq ana ağlayır,
Deyilməmiş qalıb nə qədər sözü,
Odur ki,özünü gizlin danlayır?!
Ana
Əzəli parlayan çıraq, ay ana,
Axırı saralan yarpaq, ay ana.
Hamının dərdini bilən, ay ana,
Hamının dadına gələn, ay ana.
Gecəsi-gündüzü kədər, ay ana,
Davası-dərmanı hədər, ay ana.
Gözümün önündə sönən, ay ana,
Cismanı cəsədə dönən, ay ana.
Qalx, çölə-çəmənə gedək, ay ana,
Ömür neyçün belə gödək, ay ana?!
Sizsiz
Ay atam, ay anam, hardasız indi,
Mən dözə bilmirəm, sizsiz çətindir.
Nə gözəl, nə yaxşı günlər var idi,
Qəlbimizdə yalnız arzular idi.
Gəzib dolanıram sizsiz, nigaran,
Baxışı mükəddər, zülfü pərişan.
Deyirəm, nə ola, yalan olaydı,
Görəydim, olanlar bütün röyaydı...
Kaş ki, tələsəydim mən sizə sarı,
Bir qoca kişiylə, bir qoca qarı
Gözləyəydi məni bir dilək kimi,
Mənsə çırpınaydım bir ürək kimi,
...Gəzirəm köynəkli, gəzirəm dalğın,
Siz mənə hardansa göylərdən baxın.
...Nə qədər ömrüm var, yaşayacağam,
Mən sizi qəlbimdə daşıyacağam...
Müəllif: Gülnarə Cahangirqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Messidən gözlənilən jest
II Yelizavetanın işçisi oğru imiş
Çəhrayı maska nədir?
Mehmanxanaların fəaliyyəti ilə bağlı AQTA-dan XƏBƏRDARLIQ
Sibel Can İlker Koçu məhkəməyə verdi
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
Selena Gomez 26 yaşını belə qeyd etdi -FOTO
Bu filmin treyleri izlənmə rekordu qırır - VİDEO
Azərbaycana SOS siqnalı
Cildinizi qocalmadan qoruyun.
Qadin.Netlilərin toy günü xatirələri (Son)
Nur Yerlitaş bu müğənniləri həyatından sildi!-SƏBƏB
İmtahan nəticələri çıxdı
Riyazi məntiq-13
Pulla bağlı proqnoz: "Manat 1 dollar olacaq"
Feyzanın boşanma sonrası ilk işi-FOTO
Bağlanış Mərasiminə nə qədər pul xərclənib?
Serenay Sarıkayaya QADAДћA
Telefonun enerjisini tez bitirən tətbiq hansıdır?
Müslüm Gürsəsin xanımı komaya düşdü-SƏBƏB
Fransız qadınları kimi geyinməyin sirri
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Dünyanın iki bəlası - İŞİD və Ermənistan
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Cəbhə xəttində vəziyyət gərginləşib - Müdafiə Nazirliyi
Pendirli pide poğaça (video-resept)
Bitkilərlə müalicə
Noxud şorbası (foto resept)
Hadisəyə 500 minlik cərimə
ATƏT yenə narahatdır
Vaşinqton Ukraynaya silah göndərəcək
Stounhencdən də qədim süni adalar tapılıb-FOTO
Ən ucaboy vətəndaşımızın işi ASANlaşdı
Şokolada diqqət!
Kraliça II Elizabet prezident İlham Əliyevi təbrik edib
Kimə inanaq?
Azərbaycan tarixindən yüz şəxsiyyət-85
Botoks etdirən qadının üzü çürüyür-FOTO
Psixoloji gərginlik yaradan filmlər
Zövq oxşayan gəlinliklər
Koronavirusa yoluxan Boris Consonun karantin müddəti uzadıldı-SƏBƏB/FOTO
Faydalı məsləhətlər
Saçlarımızı niyə kəsirik?
Ərdoğan Rusiyaya getməyəcək
Sürücələrə: "Yolu unudun"
Hava haqqında
"Qurban Qurbanovdan hətta Avropada danışacaqlar"
Rusiya Ərdoğanın məktubuna CAVAB VERDİ - İlk reaksiya
Belçika meşələrində yarasa yuvaları
Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO
- ŞƏRHLƏR