Hazırda Mingəçevir, Şəmkir, Varvara su anbarları, Mingəçevir su elektrik stansiyası, Mingəçevir istilik elektrik stansiyası və Varvara su elektrik stansiyası ətrafında sürüşmə ehtimalları var.
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Onun sözlərinə görə, sürüşmə prosesləri Azərbaycandakı strateji obyektlərə də çox təsir göstərə bilər: “Mingəçevir və Şəmkir su anbarlarının ətrafında əvvəlcədən möhkəmləndirmə işləri aparılmadığından hazırda burada – Bozdağın ətəyi ətrafında, haradasa 20 hektardan çox ərazidə sürüşmə ehtimalı var. Mingəçevir və Şəmkir su anbarlarının ətrafında, Mingəçevir su anbarından Qarabağ kanalına çıxan ərazidə indiyə qədər bir neçə dəfə sürüşmə qeydə alınıb.
N.Paşayev bildirib ki, bu ərazilərdə sürüşmələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Ancaq həmin tədbirlər tam yetərli deyil, cünki ərazidə daha böyük işlər görülməlidir: “Qarabağ kanalı ətrafında, haradasa 40 hektar ərazidə sürüşmə ehtimalı yaranıb. Buna görə də orada 10-15 km ərazidə sürüşməyə qarşı mübarizə tədbirləri görülməlidir”.
O, qeyd edib ki, Varvara su anbarının ətrafında gündə demək olar ki, 30-40 maşın qum daşınır. Bu da ərazinin getdikcə boşalmasına səbəb olur.
İnstitut rəsmisinin sözlərinə görə, hazırda sürüşmə ehtimalları anbarın ətrafında yaranıb. Amma bu cür proseslər davam edərsə və bunun qarşısı vaxtında alınmazsa, sürüşmə prosesinin anbarların özünə qədər çatması ehtimalı var: “Hərcənd ki, bu gün Fövqəladə Hallar Nazirliyi bunun qarşısını almaq üçün işlər görür. Bu işlərin hamısı müəyyən mərhələlərlə yerinə yetirilir. Ancaq birdən-birə böyük sürüşmə hadisəsi olsa, onda böyük fəlakət baş verə bilər”.
N.Paşayev deyib ki, bu gün həmin ərazilərdə sürüşmənin qarşısını almaq üçün ən dərin qatlardan başlayaraq mühəndis-mühafizə tədbirləri görülməlidir: "Əks halda sürüşmə baş verə bilər. Bununla yanaşı, Mingəçevir, Şəmkir, Varvara su anbarlarının ətrafında qum daşınmaları da dayandırılmalıdır".
XƏBƏR LENTİ
Orduya çağırılan şəxsin kredit öhdəliyi dondurulur? - VİDEO
Hərbi hissələr Gəncədən çıxarılır
102 yaşlı azərbaycanlı qalib
Şəhid və yaralananların kreditləri silindi - RƏSMİ
Bir ananın qızına evlilik haqqında nəsihətləri
Ermənilər cəbhədə təxribat törətdilər
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
Günün ulduz falı
Paytaxt sürücülərinə xəbərdarlıq
Tovuzda da bulvar olacaq
Poroşenko sərt danışdı
HAVA necə olacaq?
Azərbaycanda daha bir yenilik: "ASAN qatar" gəlir
Sevdiyini ilk kim etiraf etməlidir?
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 215 yeni yoluxma
ABŞ-ın Suriyaya hərbi müdaxiləsi haqqında qətnamə qəbul edildi
Səmada fişənglə uçdular
Qışın trend dodaq boyası rəngləri
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu
Günün qoroskopu: Enerjili olun!
Maaşlarla bağlı gözlənilən qərar verildi
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
Azərbaycan yeni pensiya sisteminə keçir
Faydalı saç maskaları
File dolması (foto resept)
Uçan boşqab qadını dəhşətə gətirdi - VİDEO
Rihannanın gözəllik sirləri
İlham Əliyev: “Laçın dəhlizi şəhərdən keçməyəcək, yeni yol inşa ediləcək”
Ronaldinyo borc içindədir-SƏBƏB
Evinizə bolluq və bərəkət gətirəcək Feng Shui fəlsəfəsi
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Məşhur aktrisa ana oldu-FOTO
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
Aslı Özcanla bağlı iddialara cavab verdi
İlin ən uzun iş həftəsinə hazırsınız?
Azərbaycanda dünyasını dəyişənlərin STATİSTİKASI: 58179 nəfər...
Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”
2014-cü ilin dəbli çimərlik çantaları
Teymur Rəcəbov Aronyanı məğlub edib, nüfuzlu turnirin qalibi oldu - VİDEO
Xəstə "həkim, mən ölmək istəyirəm" deyərsə...
Tələbələrin təqaüdləri artırıldı
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Azərbaycan İşəgötürənlər Konfederasiyası sahibkarlara kömək məqsədilə bir sıra tədbirlər həyata keçirəcək
Özcan yaxın dostlarına Feyzadan danışıb
Qarpız yeyək, yeməyək?
Hakan Şükür Azərbaycan xalqına başsağlığı verdi
2019-un yeni hörük modelləri
Hadise ərə gedir- Elçilik olacaq
Nepaldan gələnlər danışdı
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK














