Qızının toyunda ana ağlayır
Görən kədərdəndir, yoxsa sevincdən,
Qızının toyunda ana ağlayır?
Onun ürəyini axı nə bilək,
Özünü gizlincə bəlkə danlayır?
Deyibmi qızına bu təzə yolda,
Ona səbir gərək, qayğı gərəkdir,
Seçdiyi bu yolu ömürlük bilsin,
Ürək bircə sözdən sınan ürəkdir?
Deyibmi: "A qızım, elə dolan ki,
Sədanla, şölənlə işıqlanaq biz,
Sevinci, kədəri bölüşə bilin,
Ətrafı isitsin sizin mehriniz".
Ailə birliyi böyük sərvətdir,
Ağbirçək qoca tək müdrik olmalı,
Bu böyük neməti qorumaq üçün,
Daim bir-birinə sadiq qalmalı.
Qızı köçən günü ata evindən,
Bəlkə anlayaraq ana ağlayır,
Deyilməmiş qalıb nə qədər sözü,
Odur ki,özünü gizlin danlayır?!
Ana
Əzəli parlayan çıraq, ay ana,
Axırı saralan yarpaq, ay ana.
Hamının dərdini bilən, ay ana,
Hamının dadına gələn, ay ana.
Gecəsi-gündüzü kədər, ay ana,
Davası-dərmanı hədər, ay ana.
Gözümün önündə sönən, ay ana,
Cismanı cəsədə dönən, ay ana.
Qalx, çölə-çəmənə gedək, ay ana,
Ömür neyçün belə gödək, ay ana?!
Sizsiz
Ay atam, ay anam, hardasız indi,
Mən dözə bilmirəm, sizsiz çətindir.
Nə gözəl, nə yaxşı günlər var idi,
Qəlbimizdə yalnız arzular idi.
Gəzib dolanıram sizsiz, nigaran,
Baxışı mükəddər, zülfü pərişan.
Deyirəm, nə ola, yalan olaydı,
Görəydim, olanlar bütün röyaydı...
Kaş ki, tələsəydim mən sizə sarı,
Bir qoca kişiylə, bir qoca qarı
Gözləyəydi məni bir dilək kimi,
Mənsə çırpınaydım bir ürək kimi,
...Gəzirəm köynəkli, gəzirəm dalğın,
Siz mənə hardansa göylərdən baxın.
...Nə qədər ömrüm var, yaşayacağam,
Mən sizi qəlbimdə daşıyacağam...
Müəllif: Gülnarə Cahangirqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
"Yalquzaq sindromu": dözülməz kef, toy krediti...
Müəllimlərin mütləq izləməli olduğu filmlər
10 milyardlıq xəzinə tapıldı
Selena Gomezin illərə görə görünüşü
Bağça işləri ilə məşğul olan uşaqlar daha ağıllı olur
Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ
Silvestr Stallonni qızı ilə alış-verişdə - FOTO
Qazaxıstan Parlamenti Məclisinin sədri Milli Məclisdə olub
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
Ayaqdakı çatları aradan qaldıran üsullar
Əliyev Azadlıq meydanında
Cenifer Lopez 19 il öncəki geyimi ilə gecəyə damğa vurdu - FOTO
10 mart - Milli Teatr Günüdür!
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Sobada soman balığı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir? -11 MAY
Saçlarını günlərlə yumur - FOTO
Ən uzunömürlü smartfon satılacaq
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Hindsayağı pirojki (foto resept)
İsti havada düzgün qidalanma qaydası
Öləndən sonra barmağı kəsilən dahi
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Elnur Hüseynov söz verdi
Barbinin gözəllik standartları dəyişib - FOTO
Qat-qat xəmirdən bezeli burma (foto resept)
Qışda dəbli görünməyin yolları
Xankəndinin işğalından 25 il ötür
Millət vəkili: “Səfərbərliklə bağlı qanunvericiliyi dəyişməliyik”
Adriana Limaya əkizi qədər bənzəyir - FOTO
Putindən Ərdoğana koronavirus peyvəndi barədə təklif: Müqavilə imzalandı
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
Günün ulduz falı - 06.03.2014
"Çukur"a damğa vuran Neslican Tay səhnəsi - FOTO
Madonna karantin günlərindən danışdı
Gəncəyə Qafqaz dələləri gətirildi
Çörək alarkən nəyə diqqət etməli?
O an...
Balıqçılar 5 metrlik akula tutdular-FOTO
Toyuq Alanda Diqqətli Olun!
Azərbaycan yanvardan yeni yanacaq standartının tətbiqinə başlayır
Koronavirusa qalib gəlmək üçün 5 qayda
BÜRCLƏR bizə nə vəd edir? -6 iyul
Dürüstlük və güvən
İlham Əliyev Obamaya məktub yazdı
Pomidor ucuzlaşdı!
Dahilərin dəyərli sözləri
- ŞƏRHLƏR