Elə ki, vuruldum gül camalına,
Eşqini ömrümün mayağı sandım,
Yaxşı ki, yetirdim gözəl halına,
Onu bu sevdanın boyağı sandım.
Həyat coşğun dəniz, biz kiçik ada,
Tufan qərq eyləsə, kim yetər dada?
Dünya başdan-başa cənnət olsa da,
Sənsiz keçən ömrü bayağı sandım.
Tapdama sənsiz saf eşqi, saf məhəbbəti,
Bəlkə də beləymiş tale qisməti.
Şair Zülfüqarın eşqi, qisməti,
Səni yatmış bəxtin oyağı sandım
Ağladım
Gəldim ki, baş çəkim, ay gözəl pəri,
Qıfılı qapıda görüb ağladım.
Bilməm dəli oldum, ya ki, sərsəri,
Çəkib kənarda durub ağladım.
Murdar qonşuların pis nəzərləri,
Yüklədi sinəmə qəmi-kədəri.
Çəkdiyim əzabın yoxdu qədəri
Utanıb lap yerə girib ağladım.
Zülfüqaram ahım ucaldı göyə,
Özümü aldatdım bilmirəm niyə.
Gəldiyim yol ilə dönüb geriyə,
Öz qəm karvanımı sürüb ağladım.
Neyləyim
Bir zaman könlümü ovlayan pəri,
Etmədi dərdimə çarə, neyləyim?
Hər yada saldıqca keçən günləri,
Çəkir sinəm üstə yara, neyləyim?
Görən hara baxır ala gözləri,
Kimlərlə tutuşub söhbət-sözləri?
Ot basıb cığırı, itib izləri,
Yolun salıb uzaqlara neyləyim?
Kövrək ürəyimi döndərib daşa,
Ömür sona yetdi, az qalıb yaşa.
Zülfüqar, huş gedib, cəm olmur başa,
Olmuşam mən günü qara, neyləyim?
Dinlə məni
İnsaf eylə, bir yaxın gəl,
Bax, sinəmin yarasına.
Sən atdığın oxdu, gözəl,
Gör batıbdı harasına?
Huş dağılıb, yığammıram,
Göz yaşımı boğammıram.
İnan, sənsiz sığammıram,
Yerlə göyün arasına.
Nə yatdıq, nə yuxu görək,
Sevməyəydim səni gərək.
Paralanıb sevən ürək,
Tuş gəlirsən parasına.
Zülfüqara düçar oldun,
Qıfılına açar oldun.
Bağlı qoyub, qaçar oldun,
Çatammadı Sarasına.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanın birinci xanımı mükafatlandırıldı
Mehriban Əliyeva qaçqın ailələrini sevindirdi
Alternativ dünyaya keçid olduğu deyilən SİRLİ ÇUXUR - Əslində... - FOTOLAR
Halitlə Bergüzar dostlarına hədiyyə almağı qadağan etdi-SƏBƏB
Qara Qarayev: "Musiqimizin tarixi yüz illərlə yox, illərlə ölçülür"
Söz birləşmələri - 2
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Apple servisləri artırır
Makiyaj qabını necə hazırlamaq olar?
Yanvarın 12-dək bunlar etsəniz, BÜTÜN İL BOYU... - VACİB TÖVSİYƏLƏR
Şevçenko "Milan"a qayıda bilər
Şakira İsraildə verəcəyi konserti LƏДћV ETDİ
Niyə bizimkilər qədər yeyən fransız xanımlar kökəlmir?
Saç hörməyi öyrənək
Yuxudan gümrah oyanmaq üçün...
Madonna ona ərə gedir-FOTO
Məşhurların sığorta çılğınlıqları
PSD formasında uşaq çərçivəsi
Kainatımızın forması-Qaranlıq maddə(2)
Xərçəngə qarşı universal vasitə hazırlanır
Hava haqqında
Bakı yaşıllaşacaq
52 min insana şad xəbər - Əmanətiniz geri qaytarılacaq
Microsoft Windows 10 nə zaman hazır olacaq?
Bella Hadid yeni trendə qoşuldu - FOTO
HAVA necə olacaq?- 6 MAY
Bəzi insanları cəlbedici göstərən hallar
Azərbaycan - Ermənistan sərhədində atışma davam edir
Bu qadın "Kainatın Gülüşü" tituluna layiq görüldü-FOTO
Alma sirkəsi ilə saç uzatmaq
Dünyanın ən böyük sərnişin gəmisi tikildi
Azərbaycanda Ermənistan mənşəli məhsullar satılır?
BÜRCLƏR bizə nə vəd edir?-13 Avqust
HAVA necə olacaq?
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Ronaldu kilsə axtarışına çıxıb - FOTO
Karantin postlarının yaradılacağı ərazilər açıqlandı
İran Azərbaycan düşmənlərini maliyyələşdirir
Bahar Azərbaycana nə vaxt gələcək?
İki dəfə doğulan körpə
10 ton bal zay çıxdı
2020 qarderobunuza ilham olacaq məşhurlar
HAVA necə olacaq?
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Kottiqli pəriləri (Son)
Mikrodalğada brauni (foto-resept)
Müdriklər demişlər (2-ci hissə)
Bu kişilərlə evlənməyin!
Ceyms Bondun yeni filmi sonuncu ola bilər
Tünzalə SUYUN ALTINDA klip çəkdirən tələbəsinə DƏSTƏK OLDU – FOTO/VİDEO
- ŞƏRHLƏR