Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.
Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. “Kristal Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb.
Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə yüksək diqqətlə yanaşır. Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə indiyədək bu istiqamətdə çoxlu sayda mühüm layihələr həyata keçirilib.
Azərbaycanın birinci xanımı və qızları Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılan şəraitlə tanış oldular.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin olunmaları münasibətilə ailənin üzvlərini təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edən məcburi köçkün Niyazi Ələkbərov yeni mənzillə təmin olunduqları günün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə eyni vaxta təsadüf etməsini onların həyatında əlamətdar hadisə adlandırdı.
Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Devid Bekhem bu dəfə aşpazlıq etdi-FOTO
Şuşada DTX-nin yeni inzibati binasının açılışı oldu - VİDEO
"Recep İvedik" övladlarının üzünü İLK DƏFƏ göstərdi-FOTO
Uşaqlar toyda
Saç dəbi: Qırmızı ombre
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı
Bu azərbaycanlılar "Ginnes Rekordlar"kitabına niyə salınmır?
Zövqlü köynəklər
Heydər Əliyev Mərkəzində konsert verəcək "Səyyah kvartet" İçərişəhərdə
Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın inkişaf imkanları yüksəkdir
Uşaqların sosial-psixoloji inkişafı-19
Bakının uşaq bağçalarında yenilik
Cinsi əlaqə zamanı uşağınız sizi görübsə
HAVA necə olacaq?-14 Sentyabr
"Eurovision-2016"nın qalibinə xalq artisti adı verildi
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Hadisə "TikTok"da konsert verəcək
Qaragilə və portağal şirniyyatı (foto resept)
Məşhur serial FİNAL edir
Ermənilərin Ramil qorxusu
Dilan Çiçek göz qamaşdırdı-FOTO
Gün ərzində 10 saat oturmaq 8 il qocaldır
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Banan viruslar əleyhinə mübarizəyə kömək edir
İtlər və pişiklər fərqli dünyadandır
Sıla və məşhur aşbaz polislik oldu-SƏBƏB
Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən öyrəndim”
MTN-nə görə işdən çıxarılma xəbəri yayılan nazir danışdı
Dəvə hərracda 30 minə satıldı - Foto
Bu gündən rayonlara gediş-gəliş açıldı
İdman edin!
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Qanı ilə 2,4 milyon körpəni xilas etdi
Qubadlı şəhəri bizimdir! - VİDEO
Sarkisyan köməkçisini tutdurur
Napoleon qəlyanaltısı (foto resept)
Fuad Poladov vəfat etdi
Tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavələrin tarixi uzadıldı - QƏRAR
5 kiloqram arıqladan kök pəhrizi.
Çezare Prandelli "Qalatasaray"dan qovuldu
HAVA necə olacaq?
Bu ölkə Putinlə savaşa girir?
Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
Kosmosdan Qütb parıltısını çəkərkən gözlənilməz mənzərə ilə üzləşdi – VİDEO
Google-dan yeni xidmət
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Həmsədrlərin status-kvonun uzadılmasına xidmət edən bəyanatı
Gülben Ergen yenidən NİŞANLANDI-FOTO

- ŞƏRHLƏR