Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatlarının təqdimat mərasimi keçirilib. Bu barədə Lent.Az-a Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib. Mərasimdə Pakistanın sabiq prezidenti Asif Əli Zərdari, Sind əyalətinin baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər. Benazir Bhuttonun anadan olduğu Larkana şəhərində qətlə yetirildiyi günün ərəfəsində keçirilmiş mərasimdə ali qonaq qismində iştirak edən Pakistanın sabiq prezidenti Asif Əli Zardari Benazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, onun bütün həyatını demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Sonda o, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğunu elan edib. Tədbirdə çıxış edən Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani B.Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin inkişafına, habelə qadınların cəmiyyətdə mühüm rol oynamasına xüsusi töhfələr verdiyindən danışmışdır. Daha sonra o, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini, bu tədbirlər çərçivəsində 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini diqqətə çatdırıb. Bundan əlavə, 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr proqramına start verib ki, bu proqram çərçivəsində sel daşqınlarından zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Proqrama əsasən, Xeybər-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşəvər şəhərində “Akbar Care” serebral iflic institutunda pulsuz müayinə təşkil edilib, Kulsum İnternational xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb, Hamza Fondu (Peşəvər) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketləri alınıb, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar edilib. Hazırda isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilir. Eyni zamanda 2012 və 2013-cü illərdə Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri açılıb, Qurban bayramında isə Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylanıb. Əlavə olaraq Fond Pakistanın 12 aparıcı universitetinin 36 tələbəsi və Rara məktəbinin 5 şagirdini aylıq təqaüdlərlə təmin edir. Daha sonra o, cari ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşünün təəssüratlarını bölüşüb.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
FİFA Messini seçdi
Ərə getdiyini hər kəsdən gizlədir
Qadın yazıçı Kəmal Sunalı təhqir etdi
WhatsApp rekord vurdu
Zakir Həsənov İspaniyada hərbi paradı izləyib
Kvillinq
2020-ci ilin PROQNOZLARI - Tramp uduzacaq, dollar isə...
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Meyvələr artıq çəki yaradırmı?
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Uşaqların sosial-psixoloji inkişafı-29
İxtisas seçimi başladı
Dilinizə yalan gəlməsin
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
15 və 29 martda keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salındı
YouTube artıq çatdırmır
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Eurovision-2019-un sloqanı məlum oldu
Əri aktrisaya 3 milyonluq hədiyyə verdi
HAVA necə olacaq? 16 İyun
“Survivor”dakı o villanın sahibi məlum oldu - VİDEO
Radamel Falkao Beylin rekordunu qıracaq?
Şəkillərdə axan zaman
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Bir şəklinin qiyməti 40 avrodur
Sarkozi Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırdı
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Sirr açıldı: nəyə görə siqareti tərgidə bilmirik?
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Hollivud ulduzunun adı yenə qalmaqalda hallanır
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏДћ
Birinci xanımın kosmetika üçün xərclədiyi pullar sizi də şoka salacaq
"Diriliş Ertuğrul"dan məşhur cütlüyə SURPRİZ-FOTO
Ev dekorasiyanıza uyğun pərdə seçimi
Bədəndən gözəl qoxu gəlməsi üçün hər gün bu çayı için
Facebook insan həyatı xilas etdi
Rahat yuxu üçün smartfonu uzaq qoyun!
31 oktyabr tarixdə bu gün
Azərbaycanda küləyin sürəti saniyədə 34 metrə çatıb - FAKTİKİ HAVA
Eybəcər qızları sevərdi, amma...
Məşhur ailə villanı sata bilmir - FOTO
Günün ulduz falı
Pozitiv düşünmək idmandan da faydalıdır
Rahat yatmaq üçün üsullar
Qeyri-adi gözəlliyi ilə seçilən göyərçinlər
Temperatur 5-10 dərəcə azalcaq
Azərbaycanda benzin ucuzlaşacaqmı?
Apreldə 7 rayon qaytarıla bilər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]