Elə ki, vuruldum gül camalına,
Eşqini ömrümün mayağı sandım,
Yaxşı ki, yetirdim gözəl halına,
Onu bu sevdanın boyağı sandım.
Həyat coşğun dəniz, biz kiçik ada,
Tufan qərq eyləsə, kim yetər dada?
Dünya başdan-başa cənnət olsa da,
Sənsiz keçən ömrü bayağı sandım.
Tapdama sənsiz saf eşqi, saf məhəbbəti,
Bəlkə də beləymiş tale qisməti.
Şair Zülfüqarın eşqi, qisməti,
Səni yatmış bəxtin oyağı sandım
Ağladım
Gəldim ki, baş çəkim, ay gözəl pəri,
Qıfılı qapıda görüb ağladım.
Bilməm dəli oldum, ya ki, sərsəri,
Çəkib kənarda durub ağladım.
Murdar qonşuların pis nəzərləri,
Yüklədi sinəmə qəmi-kədəri.
Çəkdiyim əzabın yoxdu qədəri
Utanıb lap yerə girib ağladım.
Zülfüqaram ahım ucaldı göyə,
Özümü aldatdım bilmirəm niyə.
Gəldiyim yol ilə dönüb geriyə,
Öz qəm karvanımı sürüb ağladım.
Neyləyim
Bir zaman könlümü ovlayan pəri,
Etmədi dərdimə çarə, neyləyim?
Hər yada saldıqca keçən günləri,
Çəkir sinəm üstə yara, neyləyim?
Görən hara baxır ala gözləri,
Kimlərlə tutuşub söhbət-sözləri?
Ot basıb cığırı, itib izləri,
Yolun salıb uzaqlara neyləyim?
Kövrək ürəyimi döndərib daşa,
Ömür sona yetdi, az qalıb yaşa.
Zülfüqar, huş gedib, cəm olmur başa,
Olmuşam mən günü qara, neyləyim?
Dinlə məni
İnsaf eylə, bir yaxın gəl,
Bax, sinəmin yarasına.
Sən atdığın oxdu, gözəl,
Gör batıbdı harasına?
Huş dağılıb, yığammıram,
Göz yaşımı boğammıram.
İnan, sənsiz sığammıram,
Yerlə göyün arasına.
Nə yatdıq, nə yuxu görək,
Sevməyəydim səni gərək.
Paralanıb sevən ürək,
Tuş gəlirsən parasına.
Zülfüqara düçar oldun,
Qıfılına açar oldun.
Bağlı qoyub, qaçar oldun,
Çatammadı Sarasına.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sofi Terner ana oldu
Demet Şener də reklama başladı-FOTO
Varlılar bu məkanları seçirlər
Azərbaycanın xəbər saytları Cənubi Qafqazda liderdir
İldə iki dəfə bu hamımızı narahat edir
Türkiyənin hakim partiyası qalmaqallı həbslərə münasibət bildirdi
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Prezident fəxri adlar verdi
Mehriban xanım və Leyla Əliyeva açılışda iştirak etdi-FOTO
İnstaqramda mühüm YENİLİK
Yeri yeni maqnit qasırğası gözləyir
Günün ulduz falı
Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO
Karateçilərimiz Parisdən iki medalla döndülər
İtirilmiş telefonlardakı məlumatları silmək mümkün olacaq
Daha qalın saça sahib olmaq üçün nə etməli?
Birinci Avropa Oyunlarının məşəli Lənkəranda
Ermənistan Azərbaycana başqa yol qoymur
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
NASA kosmik turizmə başlayır
Gözəl bədənə sahib olmaq istəyənlər üçün pilates
Bakıda orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib
Günün ulduz falı
Müddət iyulun 1-dək UZADILDI - Qərar verildi
Azərbaycanda toylar üçün inzibati məhdudiyyətlər tətbiq ediləcək?
Laçın şəhərinin görüntüləri - VİDEO
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Uşaqlar modelyer olarsa...
Rusiya qırıcısı partladıldı, bölgədə gərginlik artır
Serenay Sarıkayadan Yeni İl arzusu
Məşhur modelin ayaqları yandı
Çingiz Mustafayev yaradıcıllığına Türkiyə marağı
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Pokerdə 10 milyon dollar uddu
Hava haqqında - 30.08.2013
Yaşınıza uyğun ətriniz
Etirazçılar Ermənistan parlamentinin qarşısında barışığı ləğv edəcək deputatları gözləyirlər
Mehriban xanım imicini dəyişdi-VİDEO/FOTO
Sarkisyan niyə Davudoğlu ilə görüşmək istəmir?
Çempionlar Liqası canlı yayımda
Bu gözlər sizi heyran edəcək
Azərbaycanda istirahət günü hava necə olacaq?
Ozan Güvən həbs olunacaq?
Qadın.Netlilərin tərcümeyi-halı - 6
Gözəl toy tortları
Əyləncəli toy tortları
Bibər dolması (foto resept)
Bütün proqnozlar alt-üst oldu: Koronavirus isti havada da yayılır
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Kişilər üçün estetik təqvimi
- ŞƏRHLƏR