
"Çoxsaylı tədqiqatların nəticələrinə görə, toylar insanlar, xüsusilə orta və azgəlirli vətəndaşlar üçün çox ciddi maddi problemə çevrilir. Buna görə Azərbaycanda toylar üçün də inzibati məhdudiyyətlər tətbiq olunmalıdır".
Bunu Trend-ə uzun illərdir toylarda və yas mərasimlərində israfçılıq mövzusunu gündəmə gətirən, bu mövzuda əhali arasında kütləvi sosioloji sorğular aparan Türkiyənin Üsküdar Universitetinin sosiologiya fakültəsinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı deyib.
Ə.Süleymanlı bildirib: “Toylardakı yeknəsəklik, toya çağırılan və toyu disklə yola verib, bunun müqabilində yüksək məbləğdə pul tələb edən müğənillər də insanları bezdirib. İş o yerə çatıb ki, toylar sayəsində milyonlar qazanan, heç bir savadı olmayan, davranışları ikrah hissi doğuran bu müğənnilər artıq cəmiyyətdə “ağsaqqal” və “ağbirçək” statusunda çıxış edirlər. Vəziyyətin bu həddə çatmasında, şübhəsiz, onları təbliğ edən media orqanlarının və onlara külli miqdarda pul verib toylarına dəvət edən vətandaşların da rolu az deyil”.
Azərbaycanda yas mərasimlərinin keçirilməsinin tənzimlənməsi ilə bağlı verilən qərarı əhəmiyyətli sayan sosioloq bildirib ki, yas mərasimləri artıq öz həqiqi mahiyyətini itirmişdi. Onun sözlərinə görə, iş o yerə gəlib çatmışdı ki, insanlar bir-birinə nahar, bəzən də şam yeməyini kiminsə “üç”, “yeddi”, “cümə axşamı” və “qırx” mərasimlərində yeməyi təklif edirdi.
Ə.Süleymanlı bildirib ki, insanların çoxunun bu duruma etiraz etməsinə baxmayaraq, əksəriyyət cəmiyyətin “qınağı”ndan çəkinərək yas mərasimlərini sadə şəkildə keçirməməyə çalışırdı. Nəticədə bəzən yas sahibi yüksək məbləğdə xərc tələb edən məclisini yola vermək üçün bankdan kredit götürmək və bununla da böyük maddi yük altına girmək məcburiyyətində qalırdı. Bu da sonda əlavə sosial problemlərin yaranmasına səbəb olurdu: “İndi artıq inzibati yollarla bu məsələ tənzimləndiyi üçün o “qınaq”dan çəkinməyə də ehtiyac qalmayacaq".
Bu sahədə Türkiyənin təcrübəsini bəyənən alim bildirib ki, Azərbaycandan fərqli olaraq, Türkiyədə yas mərasimləri daha çox məscidlərdə cənazə namazının qılınması və qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi ilə məhdudlaşır. Bu ölkədə vəfat edən şəxsin ailəsinin yas içində olmasını nəzərə alaraq, onlara qonşuları və yaxın qohumları bir neçə gün yemək bişirib gətirirlər.
Ə.Süleymanlının sözlərinə görə, Türkiyənin böyük şəhərlərində bir müddət insanlar cənazə namazının qılındığı məscidlərə gül çələngləri göndərərdilər. Son dövrlərdə isə gül çələnglərinin göndərilməsi də əlavə israf hesab olunur. Bunu nəzərə alaraq, çələng əvəzinə hansısa imkansız ailəyə və yaxud uşaq evinə vəfat edən şəxsin ehsanı kimi yardım edilməsi ənənəsi formalaşıb. Bu ənənə artıq Türkiyədə çox müsbət qarşılanır və yayılır.
XƏBƏR LENTİ
"Cinayət və Cəza" əsərinin cizgi filmini çəkdi
İslamı qəbul etmiş məşhurlar
Kral cangüdəni ilə evləndi - FOTO/VİDEO
Paytaxtda temperatur enəcək
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Pide çörəyi (foto resept)
Evdə "baton" çörəyi (foto resept)
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
Azərbaycanda karantin rejimi yenidən yumşaldıldı-RƏSMİ
Sarkisyan: "Qarabağ uğrunda müharibə bitməyib"
Pritçalar (2)
Qış aylarında hamiləlik
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
İnternet uşaqları haraya sürükləyir?
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
“3 adam” Niyə DAДћILDI?
Padşahlar da sevərmiş...
HAVA necə olacaq? 15-yanvar
Bakı metrosu onlar üçün təhlükə mənbəyidir
Təyyarənin yanı ilə “uçan kişini” görən pilot şoka düşdü - VİDEO
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
Toy tortları
Kayli Cenner hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
7,4 bal zəlzələdən sonra 3 ölkədə sunami xəbərdarlığı
Fəlakət robotu ən güclü oldu
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Təhsil Nazirliyindən pedaqoji təhsilli şəxslərlə bağlı QƏRAR
Qutu rəf modelləri
Portağallı limonad (foto-resept)
Cazibədar görünməyin 7 yolu-dikdaban geyinməyin...
Arıqlamağ kömək edən 4 göyərti
Hava haqqında - 07.10.2013
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Elton Conun Səsi Batdı-FOTO
İş müsahibəsi haqda bilməli olduqların
Sabahdan məktəblilərin payız tətili başlayır
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
Kələm salatı(foto resept)
"Xəzərdə növbəti zəlzələlər baş verə bilər"
Demet Akalının Tarkan sevdası
Ərdoğan: Bundestaqın qətnaməsi Türkiyə ilə münasibətlərə mənfi təsir edəcək
Bu telefonlardan istifadə etməyin
Toyuqlu tantuni (foto-resept)
Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏДћ
Dünyanın ən bahalı boyunbağısı satılır
Əli Abbasov vəzifəsindən azad edildi
Kiara Ferraqni
Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"
Vegan və Vegetarianlıq arasındakı fərqlər
Günün ulduz falı - 25.10.2013















- ŞƏRHLƏR