Nazirlər Kabineti yanında operatriv qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında operativ qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.
Nazirlər Kabinetin müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:
- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.
Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:
- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- Mühəndislik və layihələndirmə xidmətləri;
- Qablaşdırma məhsullarının istehsalı;
- Daş, metal və taxta məhsullarının istehsalı;
- Mebel istehsalı və təmiri;
- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- Onlayn satışlar;
- Kimyəvi təmizləmə;
- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- Avtomobillərin təmiri;
- Avtomobil yuyulma məntəqələri;
- Heyvan sığınacaqları;
- Tərcümə xidmətləri.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:
- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.
Operativ qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan nümayəndələri Yerevana getməkdən imtina etdilər
Rusiyada evlənmək və boşanmaq qadağan edildi
Xoşladığımız yeməklər və xasiyyətimiz
Ərikli-kəsmikli rulet (foto resept)
İndi biz nə edək?
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
Xərçəng xəstəliyini dərman hazırlandı
1 həftəyə 4 kilo arıqlayın
Kəsmikli səhər yeməyi - sırniki (foto resept)
Müasir yataq otaqları
Yer kürəsinin tarixi fotosu
Nyu-Yorkda sutka ərzində 4,8 min nəfər koronavirusa yoluxub
Bu məktəblər bağlandı
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
Abituriyentlərin diqqətinə: 4 gün vaxtınız var
"Bizim Tarla" - Dondurulmuş meyvə
DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib
Deniz Bulutsuz da həbs oluna bilər
Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər
Türkiyədə zəlzələ
Vətəndaşların nəzərinə !
Aleyna Tilki Film Çəkir
Saçlarını günlərlə yumur - FOTO
Üzgüçülüyün bədənimiz üçün faydaları
Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”
Tropik meyvələrin xüsusiyyətləri
Bu məsləhətlər haqqında düşünməlisiniz
Sabahın HAVAsı
Kalqotkalar
İŞİD Türkiyəyə girdi
Övladları Nikol Kidmandan imtina etdi-SƏBƏB
Damla saqqızın faydaları
Özcan Dəniz özünü qoruyur-SƏBƏB
Asfalt üzərində 3D şəkillər
Şeyma Subaşı Ev aldı-FOTO
Toyuqlu sezar salatı (foto-resept)
Artıq koronavirusu mikroskopsuz da görmək mümkün olacaq - VİDEO
Baş nazirdən tələbələrə təqaüdlərin verilməsi qaydası ilə bağlı QƏRAR
Kim ki yüz il yaşamırsa... - Hippokratın dəyər verdiyi göyərti
Rusiyada koronavirus peyvəndi pulsuz olacaq
Nədir sevgi?
Marqarin yağları haqqında
Hava xəbərdarlığı
Cavanlıq sirri qulaq arxasında gizlənib
"Qalatasaray" uduzdu
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
Naringi piroqu (foto-resept)
Qadın.Netlilərin maraq dünyası (3-cü hissə)
Gavalılı piroq (foto resept)
Əl və ayaq baxımı














