
Mövzu ilə bağlı Milli.Az psixoloq Narınc Rüstəmova ilə söhbətləşdi. Psixoloq da uşaqların internet fəaliyyəti ilə bağlı ölkəmizdəki mövcud durumdan gileylənir. Onun sözlərinə görə, uşaqlar üçün internetdə ən zərərli məlumatlardan biri də pornoqrafik informasiyalardır. Yeniyetməlik dövründən fərqli olaraq psixoloq bəzən erkən, 6-7 yaşda olan uşaqların da açıq-saçıq kadrlara meyili olduğunu söyləyir: “Bu gün Azərbaycanda internet nəzarəti təəssüflər olsun ki, çox zəifdi. Bu istiqamətdə müvafiq qanunvericiliyin, internet paketlərinin olmaması uşaqların internetdən zərərli məlumatlar alması ilə nəticələnir. Valideyn yalnız evdə övladının internet qarşısındakı fəaliyyətini tənzimləyə, onu nəzarətdə saxlaya bilər. Əlbəttə ki, internet klublarda, digər yerlərdə bu mümkünsüzdü. Uşaqlar istər-istəməz ətrafdan zərərli məlumatlar ala bilərlər.
Azyaşlıların maraq dairəsində olan mövzulardan biri də xoşagəlməz videolardır. Yeniyetməlik dönəmində uşaqlar bu məlumatlara daha çox maraq göstərir, bu tip informasiyaları araşdırır. Bu normaldı. Lakin erkən, hələ 6-7 yaşlarında olan uşaqlarda da bu cür kadrlara maraqlar oyanması müşahidə edilir. Bu problem valideyni narahat etməlidi”.
Psixoloq uşaqların erkən yaşlarda açıq-saçıq videolara maraq göstərməsinin səbəbini cizgi filmləri ilə də əlaqələndirir. O deyir ki, bu gün yayımlanan cizgi filmlərində öpüşmə, qucaqlaşma səhnələri açıq-aşkar nümayiş edilir: “Bu yaşlarda uşaqların öpüşmə və s. bu kimi səhnələrə maraq göstərməsi həm də onların böyüdükləri, sevə-sevə izlədikləri cizgi filmlərinin təsirindən də ola bilər. Bu gün yayımlanan cizgi filmləri uşaqlara əyləncə bəxş etməklə yanaşı, həm də onlara yaşlarına uyğun olmayan məlumatları ötürür. Uşaq Tom və Cerriyə baxarkən görür ki, Tom yanındakı qızı öpür, onlar qucaqlaşmağa başlayır. Əlbəttə, bu zaman istər-istəməz uşaqda maraq oyanacaq. Ondan da artığını əldə etmək üçün internetə daxil olub müxtəlif videoları izləyəcək. Övladlarının yaşlarına uyğun olmayan məlumatlarla erkən tanış olmasının qarşısını almaq üçün valideynlər də diqqətli olmalıdı. O, övladının hər cizgi filmə baxmasına şərait yaratmamalıdı. Baxdığı cizgi filmləri də uşağın yaşına uyğun məlumat verməlidi”.
Psixoloq tövsiyə edir ki, valideyn pis işlə məşğul olan, xoşagəlməz videoları izləyən uşağın bu hərəkətini açıq-aşkar qabartmamalı, bu davranışa görə onu təhqir etməməlidi: “Valideynlər bir çox hallarda övladlarının pis işlə məşğul olmasını öyrəndikdə bunu üzə vurur, onları təhqir edir, şəxsiyyətlərini aşağılayırlar. Əslində bu, düzgün davranış modeli deyil. Bu zaman uşaq müəyyən müddət çərçivəsində valideynin istəklərini yerinə yetirir. Müddət bitdikdən sonra onda yenidən həmin şeylərə maraq yaranır. Yeniyetməlik dönəmində uşaqlara həssas yanaşılmalıdı. Bu dövrdə uşaqlara çox da təzyiq göstərmək olmaz.
Valideynin 18 yaşına qədər övladının nə işlə məşğul olmasını araşdırmaq hüququ var. Lakin valideyn bu işi çox ustalıqla etməlidir ki, övladının xəbəri olmasın. Övlada nəzarət lazımdır, çalışmaq lazımdır ki, bunu aşkar bir formada biruzə verməyəsən. Məsələn, uşaq evdə olmadıqda ana kompüteri açıb övladının qovluqlarda nə yerləşdirdiyini öyrənə bilər. Əgər bu qovluqların içində onun yaşına görə zərərli olan məlumat varsa belə, ana bu işdən xəbər tutduğunu biruzə verməməlidi. Nə vaxtsa uşaq kompüteri açdıqda ona yaxınlaşıb, aç bu qovluğa da baxaq, görək içində nə var, deyə bilərsiniz. Uşağın bir o qədər də üstünə getmək lazım deyil. Sadəcə olaraq, uşaqda həyəcan oyatmalısınız ki, o da davranışlarına nəzarət edə bilsin. Bu zaman siz onun yanından ayrıldıqdan sonra uşaq fikirləşəcək ki, görəsən, anamın, atamın bunlardan xəbəri var, ya yox”.
İndiki uşaqların gözlədiyimizidən daha çox ustalıq nümayiş etdirdiyini deyən psixoloq baş verən bir əhvalatdan söz açır: “Uşaqlar bəzən belə faylları çox peşəkarlıqla gizlədə bilirlər. Mənim yanıma gələn azyaşlılardan birinin valideyni deyir ki, telefondakı videonu izləyirdi. Uşaq iki videonu bir-birinə calaşdırıb. Nə cür yollasa onu montaj edərək adi bir kadra bitişdirib ki, kimsə açanda həmin videonu görməsin. Yalnız videonu izlədikdən sonra valideyn övladının bu çoxbilmişliyindən xəbər tutub. Nəzarət təzyiqi olduqda uşaqlar hər yola əl atırlar”.
N.Rüstəmovanın sözlərinə görə valideynlər övladlarının hansı saytlara daxil olmasını da nəzarətdə saxlamalıdırlar: “Valideynlər övladlarının zərərli saytlara daxil olmasına da nəzarət etməlidi. Birbaşa onun timsalında deyil, bir başqa tanış adamın timsalında çatdıra bilər ki, filankəs pis saytlara daxil olur. Bu cür saytlar çox zərərlidi, və s. və ilaxır. Və bu yolla valideyn övladını baş verə biləcək təhlükədən xəbərdar edə bilər. İnternetdə uşaqlar üçün zərərli məlumatlar çoxdu. Burada yaşından, cinsindən asılı olamayaraq insanlara ədəbsiz təkliflər verilir, onları pis yollara sürükləyirlər”.
Birmənalı olaraq uşaqların ailələrin nəzarətində olduğunu deyən N.Rüstəmova deyir ki, nəzarət təzyiqə çevrilməməlidi. O, valideynləri tərəfindən düzgün informasiya almadıqda uşaqların internetdə axtarışlar apardıqlarını, bu zaman daha təhlükəli məlumatlarla tanış ola biləcəklərini söyləyir: “Verdiyi sualları valideyn düzgün cavablandırmazsa, təbii ki, uşaq məlumatı başqa yolla almağa cəhd edəcək. Uşaq soruşanda ki, mən necə dünyaya gəlmişəm, valideyn bu sualı cavablandırmaqdan yayınır, ya da ki səni dükandan almışıq, zibillikdən tapmışıq deyir. Təbii ki, valideyn informasiyaları bu tərzdə verdikdə övladda onlara qarşı güvənsizlik yaranacaq. Çox yaxşı olardı ki, valideyn gerçəyi çatdırsın. Əlbəttə ki, məlumatı da onun yaşına uyğun verməlidi.
Valideyn övladının suallarını düzgün, maraqlı, nağılvari bir tərzdə çatdırarsa, uşaq artıq internetdən bu haqda araşdırma aparmağa ehtiyac duymaz. Əks halda uşaq özünə lazım informasiyanı almaq üçün mövzunun daha da dərinliklərinə gedəcək. Bu zaman onun qarşısına daha təhlükəli və zərərli məlumatlar çıxa bilər. Bu zaman oxuduğu məlumatlar onda travma da yarada bilər. Zorlanma ilə bağlı məlumatlar alan uşaq elə düşünəcək ki, ətrafında olan əks cinsin nümayəndələri onu zorlamaq istəyir. Yeniyetməlik dövründə bu cür qorxular özünü daha aydın biruzə verməyə başlayır. Yeniyetmə oğlanlarda da bu tip qorxular yaranmağa başlayır. Onlar da ana-bacıları, qohumları üçün narahat olurlar. Universitetə hazırlıq dönəmində də uşaqlarda internetin təsirindən stress və gərginlik daha da artır”.
Nəzarət mexanizminə baxmayaraq uşaqlar kənar təsirlə özlərinə aid olmayan məlumatları əldə edə bilirlər. Bu baxımdan psixoloq qeyd edir ki, valideyn, ilk növbədə, övladında ata-anasına güvən yaratmalı, ona ilkin cinsi biliklər verməli, bəzi sədləri gözləməlidi: “Nə qədər istəsək də, övladlarımıza tam nəzarət edə bilmərik. İstər-istəməz məktəb yoldaşları, məhəllə uşaqları, çöldə gördükləri ona təsir edəcək. Onlar məktəbə getdikdə, internet kluba getdikdə hər hansı informasiyanı öyrənə bilərlər. Çalışmaq lazımdır ki, uşaqda valideyninə güvən olsun. Valideyn gərək düşünsün ki, niyə oğlu davamlı olaraq lazım olmayan saytlara daxil olur. Ya özü, ya da ki atası düzgün informasiya verə bilmir ki, uşaqda bu cür informasiyalara, kadrlara maraq oyanır. Müəyyən bir dövrdə uşağın bu tip məlumatlara marağını başa düşmək olar.
2 yaşdan sonra uşaq ana-atası ilə birgə yatmamalıdı. Valideyn bunlara nəzarət etməlidi. Valideyn var ki, 11 yaşlı övladını özü çimizdirir. Əlbəttə ki, belə olduqda erkən yaşlarda uşaqda cinsi maraq yaranır. Övlad bunu dərk etmədikdə ana onu başa salmalıdır ki, bu vəziyyətdə valideynin qarşısına çıxa bilməz. Valideynlər övladlarının xoşagəlməz mövzulara maraqlı olduğunu müşahidə etdikdə onun pozulduğunu güman edir. Bəzən valideyn övladının davranışından özündə paranoid düşüncələr də yaradır. Valideyn daha çox qadağalar tərtib edərsə, uşağın cinsi mövzuda verdiyi sualları cavablandırmazsa, belə problemlər daha çox olacaq. İnsan nə zaman axtarır, özündə bu mövzuda bir boşluq hiss etdikdə. Valideyn erkən yaşlardan düzgün informasiya verərsə, bu problemlə daha az rastlaşar”.
Ekspert internetin uşaqlar üçün zərərli tərəfləri ilə yanaşı, faydalarının da az olmadığını söyləyir: “Bu gün internetdə uşaqlar üçün təhlükəli, zərərli oyunlar da var, hansı ki fiziki və mənəvi şiddət görən uşaqlar daha çox buna meylli olurlar. Bu cür oyunlar uşaqları yönləndirir, onlar kompüterdə kimisə vurur, döyür, güllələyir. Məkirli insanlar xoşagəlməz videoları paylaşaraq uşaqları tora salır, öz məqsədlərinə görə istifadə edirlər. Valideyn övladının kiminlə dostluq etməsinə də nəzarət etməlidi. Ümumiləşdirsək, deyə bilərik ki, internetin uşaq təfəkkürü üçün faydalı və zərərli tərəfləri var. Uşaq elə bir oyun oynaya bilər ki, bu, onun hafizəsinə müsbət təsir edər. Elə oyunlar var ki, uşaqda diqqəti cəmləşdirər, ona faydalı təsir edə, təxəyyülünü inkişaf etdirə, şahmat oynaya bilər. Faydalı informasiyalar da ala bilər”.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Atalığa namizəd olanlara təsir edən sindrom
Avropanın ən böyük vulkanı püskürdü
Ən yeni dəniz canlıları
Gənc yaşda milyarder olmağın yolları
2018 yay gəlinlik modelləri
Yapon alimlərindən bir ilk
BÜRCLƏR bizə nə vəd edir?-13 Sentyabr
Tənbəlliyin bilinməyən faydaları
Bergüzar bacısına qadağa qoydu
Onlar 200 kiloqram arıqladılar - FOTO
Yaşınıza uyğun ətriniz
Ən qoca əkizlər dünyasını dəyişdi
Prezident Cıdır düzündə çay içib - VİDEO
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Bu il Azərbaycana yarım milyon ərəb gəlib
Meydana atılan modelə höküm oxundu
İstanbul Universiteti koronavirusun yeni müalicə metodunu tapdı - ABŞ hərəkətə keçdi
Ermənistan klubuna transfer olunan azərbaycanlı futbolçu danışdı
ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"
Ömrü uzun olanın döşəyi…
Bella Hadid yeni FOTOsessiya etdirdi
Qrip bizə ən çox necə keçir?
Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar - İDDİA
Yağışlı günlərdə axmayan makiyaj
İmtahanda maksimum nəticə göstərən abituriyent qızlar barədə bilmədiklərimiz
HAVA necə olacaq?
Bu gecə 17 kəndimiz atəş altında olub
Burakı bu FOTOsuna görə ona bənzətdilər
COVID-19-a yoluxduqdan sonra yaranan yaddaş probleminin səbəbləri açıqlanıb
Günəşdə qəfil qasırğa
Əriştə şorbası (foto-resept)
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
Dustaqların hansı hüquqları var?
Hikmət Hacıyev və Hüseyn Mahmudovdan vacib AÇIQLAMA
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna dəyişiklik edildi
Azərbaycanda daha 18 nəfər koronavirusdan öldü: 1395 yeni yoluxma
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Uşağı övladlığa hansı şərtlərlə götürmək olar?
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO
Nazirlər Kabineti rəsmisi: “Aprelin 20-dən sonra...” - VİDEO
Ev tikmək istəyənlərə şad xəbər:şərtlər dəyişdi
Daha bir təhlükəli virus peyda olub
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Çinə 72 saat vaxt verildi - ŞOK TƏLƏB
Şumaxerdən xəbər var
Ancaq qadınların bildiyi hallar
Azərbaycanda daha 273 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Qoyun onlar yatsınlar
Azərbaycanda kino nümayişində reklam YASAQLANDI

- ŞƏRHLƏR