Vaxtilə insanlar Günəşlə oyanıb Günəşlə yatırdı, saat məfhumu günəş işığı ilə ölçülürdü. Saatlar, əqrəblər kəşf olunduqdan sonra vərdişlər tədricən dəyişməyə başladı. İndi hamımız fəsillərə saatlarımızı çəkərək uyğunlaşmağa çalışırıq.Hər il oktyabr ayının son bazar günü də əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Bu məsələ ildə iki dəfə gündəmə gəlir, çünki fəsilləri qovuşduran mart və oktyabr aylarında saatların çəkilməsi ətrafında müzakirələr qızışır. Bir qisim bunun faydasını, bir qisim isə zərərini sübut etməyə çalışır. Düzdür, artıq 30-dan çox ölkədə yay-qış rejiminə keçid dayandırılıb. Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan da bu tətbiqetmədən imtina edib.
Bir çox elmi-tədqiqatlar yay vaxtına keçidin insan sağlamlığına mənfi təsir etdiyini nümayiş etdirir. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbindən ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə artır; intiharların sayı 0,66 faiz artır. Təcili yardıma müraciətlərin sayı artır. Bundan əlavə, insanların əmək qabiliyyətində də azalma müşahidə edilir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var saatların çəkilməsi insanların davranışında da özünü göstərir. Belə ki, insanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir.
Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirdir. Bu cür şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur. Mütəxəssislər məsləhət görürlər ki, bu müddət ərzində həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salınmalı və orqanizmə daha çox yatmağa imkan verilməlidir. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışmaq lazımdır. Yuxu vaxtını ən azı 1 saat artırın. Nəhayət ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusən də C vitamini qəbul edilməlidir.
Çox zaman saatların əqrəbini bir saat irəli geri çəkməyin iqtisadiyyata xeyirli olduğu deyilir. Ekspertlərin saat əqrəblərinin qabağa və geri çəkilməsi elektrik enerjisinə qənaət etmək məqsədi güdür. Bu üsuldan bir sıra dünya dövlətlərində istifadə edilir. Proses əsasən iqtisadiyyatı güclü olan ölkələrdə həyata keçirilir. Çünki həmin ölkələrdə enerjidən çox istifadə olunur.
İqtisadçı-ekspert Samir Əliyev Azərbaycanda saat fərqinin iqtisadi baxımdan xeyri olmadığı qənaətindədir: “Bu məsələ hər il gündəmə gəlir. Ancaq bir çox ölkələr saat əqrəblərinin irəli geri çəkilməsi üslubundan istifadə edir. Məsələn, Rusiya keçən il saat əqrəbinin irəli, geri çəkilməsindən imtina etsə də, bu il həmin məsləyə yenidən qayıtdı. Yəni bununla bağlı birmənalı tam fikir yoxdur. Əsas fikir ondan ibarətdir ki, bunu daha çox enerji sərfiyyatına qənaət edilməsi istiqamətində atılan addım kimi dəyərləndirirlər. Bunun mənfi tərəfləri də var. Bu da insan səhhəti ilə əlaqədardır. Mən Azərbaycanda saat fərqinin iqtisadi baxımdan elə də bir xeyrini görə bilmirəm. Bizdə bu məsələ sovet dövründə daha çox aktual idi. Çünki zavodlar, fabriklər fəaliyyət göstərirdi. Amma indi daha çox ofis işləridir. Belə deyək ki, artıq iki sistemli iş rejimi yoxdur. Azərbaycanda iş səhər başlayır, axşama qurtarır. Ona görə də mən bu saat dəyişkənliyinin Azərbaycana iqtisadi baxımdan bir xeyrini görə bilmirəm. Bunun ziyanı xeyrindən çoxdur”.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Doğulduğumuz fəslin xasiyyətimizə təsiri
"Faylin" Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub
Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
Baş nazirdən məktəblərdə tədris ilinin müddəti ilə bağlı MÜHÜM QƏRAR
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
“Xocavənd, Xankəndi və Xocalı sakinlərinə Azərbaycan pasportu veriləcək” - AÇIQLAMA
Qadına hər yaşda lazım olan vitaminlər
Messi imicini dəyişdi-FOTO
Günün ulduz falı
Uşaqların yataq otaqlarının hekayələri
Xaçmazda bir gün qaz olmayacaq
Azərbaycanın yeni avtomatı – AZ-7,62
30 milyona ev aldılar
“WhatsApp” yeni rekorda hazırlaşır
Koronavirusla bağlı SON STATİSTİKA
İçkili axşamın bəlasından xilas olmaq üçün oxuyun
Yay fəslində payız havası
Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər
Hava haqqında - 20.01.2014
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Qaraçörəkotu yağının faydaları
Putindən ABŞ-a nüvə hədəsi
Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"
Xına qoyma sənəti - Mehndi
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Bu məhsul ucuzlaşdı - FOTO
600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
Laçın rayonunun yeni giriş tablosu
Bu gün Günəş tutulacaq
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Moskvada yüzlərlə skinhed qafqazlı miqrantlara hücum edib
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
Yeni VİRUS tapıldı-"Lassa"-NECƏ QORUNMALI?
Facebook yeni şirkət aldı
Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçib
Sulu, şokoladlı keks
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
Aşiq olduğunuzu göstərən işarələr
Bir şəklinin qiyməti 40 avrodur
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Sindi Krouford Sakinlərin Borcunu Ödədi
Azərbaycanda peşə məktəblərində yenilik
Ən etibarsız parollar - SİYAHI
Dünyanın ən balaca iti odur
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Qara tutun faydaları
"Sannois" ləqəbli bəstəkar
Qeyri-adi etiraz aksiyası
- ŞƏRHLƏR