Fransız qadınları çörək yeyir, şokoladı sevir, yaxşı nahardan sonra desert dadmağı xoşlayırlar. Bəs niyə kökəlmirlər? O günü “Mado”da kofe içirdim. Yan stolda yaz quşları kimi mehribancasına civildəşən iki fransız qadını əyləşmişdi. Əlli-əlli beş yaşlarında olardılar. Amma fiquralarına görə tələbə qızlardan heç fərqlənmirdilər. Düşündüm ki, indi qulançar və mineral su sifariş edəcəklər. Heç də yox! İştaha ilə qoyun pendiri, əzmə koklet aşırtdılar. Sonra hələ desert də gəldi, birinə-şokoladlı tort parçası, digərinə isə bir dolu nəlbəki karamel kremi. Bütün bunların üstündən qadınlar qırmızı şərab içdi. Həsrətlə düşündüm: genetika… Amma Mirey Qalyonun “Fransız qadınları niyə kökəlmir?” adlı kitabını oxuduqdan sonra haqlı olmadığımı anladım.Mirey gənc yaşlarında təcrübə keçmək üçün Amerikaya gedib. Çox az müddətdə o, kök xanıma çevrilir. Bir ildən sonra Havr limanında onu qarşılayan atası məyusluğunu gizlədə bilmirdi: “Sən artıq kartof torbasına oxşayırsan!” Amerikanın qidalanma sistemi qarşısında həm genetika, həm də əsrlərlə davam edən fransız ənənələri aciz idi. Yalnız Mireyin “Doktor möcüzə” adlandırdığı ailə həkimi qıza əvvəlki bədən ölçülərini qaytarmaqda və onları ömrü boyu qoruyub saxlamaqda köməkçi oldu. İndi Mirey Qalyano ilin çox hissəsini ABŞ-da yaşayır, amma ona baxan kimi fransız qadını olduğuna şübhə etməyəcəksiniz.“Adi şübhələri saxlayın”“Kasablanka” filmindən götürülmüş bu ifadə ilk üç həftə ərzində Mirey üçün şüara çevrilmişdi. Arıqlamağa başlamazdan əvvəl qədli-qamətli olmağa mane olan amilləri araşdırmaq lazımdır. Bunun üçün üç həftə ərzində nə yediyinizi yazmalısınız. Şəxsən mənə, pendirli və kərə yağı ilə sevimli makaronlar və çay ilə yediyim müxtəlif təamlar-halva, pryanik, peçenyedən çəki yığdığımı anlamaq üçün bir həftə kifayət etdi. Fransız xanımları sarsıntını sevmir. Onların fikrincə, pəhriz saxlamaq ümumiyyətlə ədəbsizlikdir. Bu haqda danışmaq qəbul olunmamışdır. Amma faydalandıqları kiçik fəndlər və sirlər var. Özünüzə aid “adi şübhələri” nəzər yetirin. Nədən daha asan imtina edə biləcəyinizi aydınlaşdırın. Halva və pryaniki qoz və quru meyvələrlə əvəz etmək olar. Nədən ayrıla bilmirsinizsə, miqdarını azaldın. Mirey Qalyano xəbərdar edir: evinizdə və iş yerinizdə zərərli ərzaqları saxlamayın. Bir qutu çipsiyə görə çətin mağazaya gedəsiz. Olmayanı isə yemək mümkün deyil.“Adi şübhələri” ləğv etməklə üç həftəyə üç kilo arıqlamaq olar. Bu məni həvəsləndirdi.
Fransız sayağı qidalanma:
Fransız sayağı qidalanma mənə uşaqlıqdan unutduğum “rejim” sözünü xatırlatdı. Hər gün üç dəfə eyni vaxtda qidalanmaq lazımdır. Nahar bunlardan ibarət olmalıdır: duru yemək, quru yemək və kompot. Yemək arasında qəlyanaltı etmək olmaz. İndi mədə böyüməsin deyə əsasən hissəvi qidalanma təbliğ olunur: Nəticədə ofislərdə hamı bütün günü nəsə çeynəyir. Nahar-ciddi məsələdir. Nahar vaxtı istehsalat məsələləri müzakirə olunmamalı, siyasət və digər xoşagəlməz hadisələr haqqında mübahisə aparılmamalıdır. Təbii ki, göz önündə heç bir televiziya və qəzet olmur.Fransız mətbəxində yeməklər kiçik porsiya ilə yeyilir. Fransız restoranına getsəniz həqiqətən də kiçik porsiyalara rast gələ bilərsiniz. Özünüzü doymuş, amma çox yeməmiş hiss edirsiniz və qəlyanaltı etmədən, şam yeməyinə qədər dözə bilmirsiniz. Bu mərhələdə daha iki kiloqramdan azad olursuz. Cəmi üç aya 5 kilo. Zir-zibildən yalnız zir-zibil alınacaq. Ayda iki dəfə super marketi və ərzaqla dolu böyük arabanı unudun. Azuqəni ertəsi gün üçün, yaxud da iki günlük almaq lazımdır. Yüksək keyfiyyətli qida faydalı maddələrlə zəngin olmasından savayı, daha doyumlu və ləzzətlidir.“Həqiqət şərabda, sağlamlıq sudadır”
Mirey Qalyano əmindir ki, çox içmək lazımdır. Söhbət sudan gedir. Nə çay, nə qəhvə, nə qazlı içkilər orqanizmin tələbatını adi su qədər ödəyə bilmir. “Gün ərzində 4-5 stəkan su için və tezliklə artıq çəkidən azad olacaqsınız.”- Mirey əminliklə söyləyir. Suyu səhərlər, gecə, yeməkdən yarım saat əvvəl içmək lazımdır. Xüsusən də, 50 illik yaş həddini ötmüş insanlar. Bu insanlar hər üç saatdan bir, bir stəkan su içməlidir. Amma şərab söhbətində müəllif şairə çevrilir. Hansı fransız nahar vaxtı bir qədəh burqund şərabından imtina edər?! Şərabı hər gün az miqdarda içmək lazımdır-xanımlar üçün ən çoxu bir-iki qədəh quru şərab və mütləq isti yeməklə içmək kifayət edər. Qalyano yazır: “Əminəm ki, öz şux qamətinə görə fransız qadınları müəyyən qədər şəraba borcludur”. Şərab istənilən naharın əhəmiyyətini, qidadan aldığımız həzzi artırır. Ən əsası isə həyatdan zövq almağa kömək edir. Fransız sayağı yaşamağa çalışaraq yarım il ərzində 8 kiloqram arıqlaya bilərsiz. Hətta yeni il günü kremli tortlar belə sizə təsir etməz. Demək maddələr mübadiləsi qaydaya düşür.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR