Dərdlərə dərmanmış ana laylası
Yuxumun balıdır, könlümün sazı,
Qovur ürəyimdən dərdi, ayazı.
Əridir dünyamı donduran buzu,
Dərdlərə dərmanmış ana laylası,
Necə möhtəşəmmiş ana laylası.
Qəbrinin üstünə gedə bilmirəm,
İnanın, yanıram, hey hönkürürəm.
Bu zalım dünyaya qurban kəsərəm
Gəlsə qulağıma bir də sədası,
Nə şirin məlhəmmiş ana laylası.
Gözlərim axtarır körpələr kimi,
Kim bilər, dinləyər sızlayan simi?
Atardım dünyada hər işlərimi,
Bəs edər səsinin əks sədası
Qayadan möhkəmmiş ana laylası.
İnciyib yuxumu narahat etmir,
Gözüm önündədir, hey baxır ,getmir,
Səsi də zamanla ərimir, itmir.
Bu imiş dar gündə dayaq durası,
Özü bir ömürmüş ana laylası.
İlham İdrisoğlu, Avqust 2014, Yevlax . Köyük kəndi.
Ata
Birdən ürəyiniz istəsə məni,
Tozlu yollar ilə qaçan mənəm, mən.
Saçlarım ağarıb, alnım qırışıb?
Qanadlı quş kimi uçan mənəm, mən.
Xırda nar çubuğu xatirəmdədir,
Neçə qarğı atı çapıb yormuşam.
Bir içim su üçün yüyəni çəkib,
Özüm bulaq üstə halsız qalmışam.
Mən körpə olmuşam xoş arzularla,
Qələmi, dəftəri atıb bir yana.
Qaçmışam, qovmuşam xırdaca topu,
Uşaqlıq dünyamda hər səmtə, yana.
Elə süst düşərdik axşam gəlincə,
Atam sərçə kimi yığardı bizi.
Biri yatıb artıq, biri mürgülü,
Birinin gündüzdən cızılıb dizi.
Əlləri dəmirdi, bir qala idi,
Necə xoşbəxt idim, qorxusuz idim.
Yorunuq olsam da, düşüb böyrünə,
Dönəndə əlləri üstdə gəlirdim.
Neçə ulduzları yola salmışam,
Qırpıb gözlərimi gizlin, xəlvətcə.
Hardan biləydim ki, ata gözləri
Tutub bicliyimi yenə o gecə.
Qapıya çatınca itərdi yuxum,
Qaçardım əlindən hey gülə-gülə.
Ay ata, bilmirəm niyə xoş günü,
Tale qısa yazdı, həm gilə-gilə?
Avqust 2014.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fərqli bədən formasında eyni paltar
NASA-dan QORXUNC XƏBƏRDARLIQ
Bayram günü HAVA necə olacaq?
Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO
Hər yaşa uyğun saç modelləri
İtalyan Omleti - Frittata (foto-resepti)
Bakıda aksiya keçirildi
Lolita makiyajsız halı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sağlamlığa ziyan vuran 4 vərdiş
“WhatsApp”da bu da olacaq
Aslı 19 il əvvəlin FOTOsunu paylaşdı
Turşu qoxusunu yox etmək üçün...
Ebru Şahin film galasında-FOTO
Çay və qəhvə haqqında bilmədiklərimiz
Qadın.Netlə birlikdə hamiləlik (36-cı həftə)
Bred Pittlə Cennifer Eniston barışdı?-FOTO
Dünyanın ən məşhur pişiyi öldü - FOTO
Sellulitlərinizə praktik həllər və kremlər
ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ!
BÜRCLƏR bizə nə vəd edir?-8 Yanvar
Günün ulduz falı
Geyim dəstləri
Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?
Gülben Ergenin keçmiş yoldaşı AÇIQLAMA verdi
Günün ulduz falı
Qaxda qeyri-adi hadisə olub
Günün qoroskopu: işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın
Turşulardan zəhərlənməmək üçün nə etməli?
Saç düzümləri
Reklamlar uşaqlara mənfi təsir edir
Şahmar Ələkbərovun 70 illik yubileyi keçirilib
Hava haqqında
Tələbələrin təqaüdləri artırıldı
Uşaqlarımız itəndə nə etməlidirlər
Süd qaymağının dəriyə faydası
Uşaq üç il ayaqqabı geyinə bilmədi-SƏBƏB
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Barak Obamadan qəribə açıqlama
Üç ədəd şabalıd bir dilim çörəyə bərabərdir...
Sürücülərin diqqətinə
Putindən qorxudan mesaj
Gənc anaların nəzərinə!
Qadınlar üçün ev başmaqları
DİQQƏT: "Galaxy S8" gəlir
İpoteka kreditlərində ödəniş azalıb
İranın “səfir”i kosmosa uçdu
"70 yaşımda da seksual görünmək istəyirəm"
Duyğuların qoxusu
Gözəl sözlər
- ŞƏRHLƏR