Telefon söhbəti yanınızda baş verirsə və siz onda iştirak etmirsinizsə, məncə, bu, müasir həyatın ən maraqlı qəribəliklərindəndir. Məsələn, dünən oturub fəlsəfi mövzuda ciddi məqalə yazanda otaqda buna bənzər söhbət gedirdi. Sən demə, yanında kimsə telefonla danışırsa, yazmaq asan olur. Deməli belə, hər şey bu cür başladı: ailəmizdən olan bir qadın otağa daxil oldu və xahiş etdi ki, şəhərin işgüzar tərəfində olan Baqleyaların evi ilə onu calaşdırım. Çoxdan fikir vermişəm, qadınlar özü də bir çox şəhərdə, həmişə mərkəzi telefon stansiyası ilə danışıqlardan boyun qaçırırlar. Bilmirəm niyə, amma bu belədir. Xülasə, mərkəzi yığdım və aramızda belə bir söhbət baş tutdu:
Mərkəz (kobudcasına): Alo!
Mən: Mərkəzdir?
Mərkəz: Əlbəttə mərkəzdir. Nə lazımdır?
Mən: Zəhmət olmasa, məni Baqleyalarla calaşdırın.
Mərkəz: Calaşdırıram. Dəstəyi asmayın.
Sonra eşidirəm: klak, klak, krak... krrak, krak, klak, klak; sonra diş qıcırtısı və nəhayət cırsəsli qadın:
- Bəə-əəli?.. (Səs tədricən yüksəlir.) Eşidirəm, kimdir danışan?
Cavab vermədən dəstəyi ötürüb, stol arxasında otururam. Elə bu dəm dünyanın ən qəribə hadisəsi baş verir–yalnız bir müsahibin eşidildiyi söhbət. Yalnız sualları eşidirsiniz, cavabları yox. Dəvət eşidirsiniz, cavabında minnətdarlıq yox. Ölü səssizlik qəfil, gözlənilməz, heç nə ilə uyğun gəlməyən gah sevinc, gah kədər, gah dəhşət nidaları ilə pozulur və heç cür söhbətin nədən getdiyini tuta bilmirsiniz, zira o biri başda danışanın bir kəlməsini də eşitmirsiniz. Deməli, bu söhbət əsnasında çoxlu müxtəlif şərhlər və cavablar eşitdim, özü də onların hamısı qışqırıqla deyilirdi,-axı qadını inandırmaq olmur ki, telefonla asta-asta da danışmaq olur.
- Hə?! Necə olub?!
Fasilə.
- Nə dediniz?
Fasilə.
- Yox, yox! Düşünmürəm ki, bu olub.
Fasilə.- Yox! Yox, yox, onu nəzərdə tutmamışdım. Demək istəyirdim ki, qaynayanda ya da qaynamağa az qalmış atın.
Fasilə.
- Nə?!
Fasilə.
- Bütün tikişlərinə kimi yeniləmişəm.
Fasilə.
- Hə, mənim də belə xoşuma gəlir, ancaq ən yaxşısı valansye və ya bombazinlə ya da bunlara oxşar bir şeylə tikməkdir. Yaxşı görünəcək... dərhal gözə batacaq.
Fasilə.
- Bu qırx doqquzuncu Tövratdır... altmış dörddən doqquz yüz yeddiyə kimi. Onlar daxil. Məncə, hamımız onları tez-tez oxusaq, yaxşı olardı.
Fasilə.
- Ola bilər. Adətən saç sancağından istifadə edirəm.
Fasilə.
- Nə dediniz? (Kənara.) Uşaqlar, sakit olun!
Fasilə.
- Hə, taxtabiti! İlahi, elə bildim, pişik dediniz.
Fasilə.
- Nə vaxtdan?
Fasilə.
- Siz Allah? Heç bilmirdim!
Fasilə.
- Məni təəccübləndirirsiniz! Axı tamamilə qeyri-mümkündür.
Fasilə.
- Kim edir?
Fasilə.
- Pərvərdigara, özün kömək ol!
Fasilə.
- Gör dünyada nələr baş verir!.. Doğurdan, elə kilsədə?
Fasilə.
- Anası da orda idi?
Fasilə.
- Allah özü kömək olsun! Xanım Baqley! Utancımdan ölərdim! Nə edirdilər ki?
Fasilə.
- Əlbəttə, əmin deyiləm, əlimin altında not dəftərim yoxdur; buna baxmayaraq, məncə belə olacaq: tra-lya-lya-lya-lya-lya-lya-tram-ta-ram-lya-lya-lya-lya! Sonra təkrarlanır.
Fasilə.
- Hə... məncə, çox xoşdur... həm də təntənəlidir, təsirlidir, əgər dinamika və alleqreto düz olarsa.
Fasilə.
- Ah, nabat, nabat! Onlara şirniyyat yeməyə icazə vermirəm. Həm də, yeyə də bilmirlər, çünki dişləri yoxdur.
Fasilə.
- Nə?!
Fasilə.
- Yox, yox... davam edin. Hə, buradadır... yazır. Yox, ona mane olmursunuz.
Fasilə.
- Yaxşı. Alınsa, gələrəm. (Kənara.) İlahi, bunu tutmaqdan əlim qopdu. Görüm onu...
Fasilə.
- Yox, yox. Danışmağı xoşlayıram... Ancaq, deyəsən, sizin vaxtınızı alıram...
Fasilə.
- Nə?! Qonaq?!
Fasilə.
- Yox, heç vaxt onun üstünə yağ sürtmürük.
Fasilə.
- Hə, yaxşı üsuldur. Ancaq bütün evdarlıq kitabları yazır ki, mövsümü keçdikdən sonra, onlar zərərli olur. O, onsuz da onları xoşlamır.. .əsas da konservləşdirilmişini.
Fasilə.
- Yox, məncə bu çox bahadır. Biz heç vaxt qutusuna əlli sentdən çox verməmişik.
Fasilə.
- Getməlisiniz? Onda hələlik.
Fasilə.
- Hə, məncə elədir. Hələlik.
Fasilə.
- Yaxşı, saat dördə hazır olaram. Hələlik.
Fasilə.
- Minnətdaram, çox təşəkkür edirəm. Hələlik.
Fasilə.
- Yox, yox!.. heç yorulmadım... Necə?... Ah, sizdən bunu eşitmək necə xoşdur. Hələlik. (Dəstəyi asır və deyir: “Oh, bu adamın əlini necə yorur!”)
Kişi sadəcə “Hələlik” deyərdi və bununla da bitirərdi. Ancaq qadınlar–yox! Onlar belə deyillər, bunu onlara tərif kimi deyirəm, sərtlik onların təbiətinə ziddir.
XƏBƏR LENTİ
"Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət
Şadlıq saraylarına xəbərdarlıq edildi
Yaradıcı insanların 3 xüsusiyyəti
AŞPA-da Qarabağ münaqişəsi üzrə bəyanat qəbul edildi
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısını asan şəkildə necə rəsmiləşdirmək olar?
“Kobra” Pərviz “Survivor”u tərk etsə də Bakıya gəlməyəcək-SƏBƏB
Məşhur aktyori yeni İMİCDƏ-FOTO
Sirroz
Özünə inam testi
"Çukur" mövsum finalına hazırlaşır
Cəbhədə amansız atışma
Rus tankları artıq Azərbaycanın ərazisindədir
Bu ilin sonuna qədər bürcləri nə gözləyir? - Ekstrasens yazır...
Quru meyvəli çörək dilimləri (foto-resept)
Almazdan daha sərt olan mineral tapıldı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Şarlz Teron Şon Pennlə nişanlanmasından danışdı
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Cəbhə xəttində gərginlik
Lənkəranın demoqrafik vəziyyəti açıqlandı
Bel və qarın ətrafındakı yağları əridən ərzaqlar
Güllü donları necə kombinləməli?
Uşaqlar koronavirusun gizli daşıyıcıları imiş
Azərbaycanda xəstəni yox, cibini düşünən həkim nə vaxt cəzalanacaq?
Xəzər gələn il 5 yerə bölünəcək
Yay donları
Çində zəlzələ: 367 ölü
Süd qaymağının dəriyə faydası
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Nəticələr açıqlandı
Dünyanın sonu gələ bilər
Macar pizzası
Məsləhətlərinizə ehtiyacım var
Baş infeksionist: "Yoluxma 500-dən aşağı düşsün, ondan sonra..." - Müsahibə
İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik”
İdmanın uşaqlara xeyri
İdman üslublu geyimlər
Yağış yarım saata Qubanı bu hala saldı
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Dəbli geyim nümunələri
Ebolaya yoluxanların sayı 20 minə çatır
Dırnaq yemək vərdişindən necə xilas olmalı?
BÜRCLƏR bizə nə vəd edir? - 19 fevral
Bu şəlalədən tez qaçmaq gərəkdir
Kök tortu (foto resept)
Düşmənin növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
Səmənilərim
Kıvanç Tatlıtuğ məhkəmədə ifadə verdi
Koronavirusla bağlı son STATİSTİKA
Hava limanlarında pulsuz internet olacaq
- ŞƏRHLƏR