Bunu ANS PRESS-ə müsahibəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən, Qərərgah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov bildirib. O deyib ki, indi Xəzər dənizinin hüququ statusunun təyin olunması ilə bağlı bir çox problem var. Xəzərin statusunun təyin olunmaması hansısa qarşıdurmaya, münaqişəyə gətirib çıxarmır. Bu da bütün Xəzəryanı dövlətlərin hərbi dənizçilərinin təmkinli, səbrli, beynəlxalq təcrübədən istifadə edərək bir-birinə qarşı dostcasına münasibətindən irəli gələn məsələdir. Lakin Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı diplomatik kanallar işləyir. Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış işçı qrupu bu sahədə fəaliyyətini davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekdil qərəra gəlinsin.Xarici İşlər Nazirliyindənr ANS PRESS-ə Sammitin hər il keçirildiyini, yekun sənədin imzalanması ilə bağlı qərarın imzalanıb-imzalanmamsı ilə bağlı isə fikir söyləməyin hələ tez olduğu bildirilib.
Ümumiyyətlə, Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.
Dünyada enerji ehtiyatlarına tələbatın artması, eləcə də Rusiya ilə Qərb arasında davam edən qarşıdurma fonunda Moskvanın Xəzər hövzəsi ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə və yekun qərarın əldə olunmasına sövq edir.
İndi Xəzərin yekun hüquqi statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılması məqsədi ilə işçi qrupların görüşü davam etdirilir. Xəzəryanı dövlət başçılarının növbəti zirvə toplantısının gələn il Aşqabadda keçirilməsi razılaşdırılıb.
Xatırlatmaq yerinə düşər ki, 2015-cü il martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mətbuata bildirib ki, bütün tərəflər anlaşmaya yaxındır. Biz Xəzər dənizinin statusuna aid problem kimi qalan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə başa çatdıracağıq. İşçi qrupu Xəzərin statusundan əlavə olaraq bioloji ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin imzalanmasını da başa çatdırmaq istəyir. Bura xüsusilə balıqçılıq zonasının müəyyən olunması daxildir.Azərbaycan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və Xəzər dənizində demilitarizasiyanın tərəfdarı kimi çıxış edir. Türkmənistan sahilyanı ölkələr arasında dənizin dibinin konkret hissələrində onların hüquqlarını müəyyənləşdirən razılaşma imzalanmadan birtərəfli şəkildə işlərin görülməsinə qarşıdır. Xəzər dənizinin statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi ilə razılaşmayan digər Xəzəryanı ölkə isə İrandır. İran Xəzərin statusu ilə bağlı Sovet İttifaqı ilə İran arasında imzalanmış müqavilələri bir kənara qoymağı təklif edir.
Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı mövqeləri belədir:
Azərbaycan – Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.
Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur. Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla "Kəpəz" yatağına görə mübahisə edir. Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
1 aya sürətli saç uzadan maska
Görmə əngəllilər üçün “bionik göz”
Bakıda mağazalardan bizə ölüm gətirən paltarlar
İşğaldan azad olunan Qubadlı və Cəbrayılın kəndlərindən VİDEOREPORTAJ
Moskva Xəzər vasitəsilə qaz kəmərinin tikintisinə qarşı çıxış etdi
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
Şaxtanın əsərləri
Doşablı Peluze (foto-resept)
Möhtəşəm qadınlar
Zəlzələdə Azərbaycan ailəsi möcüzə şəklində sağ qaldı - VİDEO
Piylənən kişidən 61 kq şiş çıxdı
Bu ərazidə qaz olmayacaq
Kubada meymunabənzər donuz balası doğuldu!
Levent Yüksel Gökçe Bahadırla duet oxudu-VİDEO
Məşhur müğənnini Maykl Ceksona bənzətdilər-FOTO
Məşhur ufoloq:"Yer üzündə insanı yadplanetlilər yaradıb"
Qorbaçova qadağa qoyuldu
Geyim seçmək dərdindən xilas olmaq üçün...
İtkin düşmüş futbolçu ilə bağlı İDDİA - FOTO
Məktəb fənləri azaldıla bilər
Geyim dəstləri
"Facebook"dan qorxulu yenilik
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Köpüklü cupcake (foto resept)
Bu şirkət 1100 nəfəri işdən qovdu
Oruc tutmaq barədə 7 yanlış stereotip
Evdə oturub günəş sisteminə baxa biləcəksiniz
Belə heyvanlar görmüsünüz?
Ən gözəl konbinlər
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb
Dünyada ilk kəllə sümüyü nəqli edildi
Hava haqqında
"Rembo" qayıdır - FOTO
48 yaşlı Cennifer Lopes növbəti dəfə ərə gedir - FOTO
Dəryaz və karandaş
Kakaolu peçenyelər (foto resept)
Yaz dərdlərindən qurtulmağın yolları
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Azərbaycanlı futbolçu "Anji"də
Bakıda güclü külək olacaq
Saç düzləşdirilməsinin üsulları (1)
Uşaq pulu veriləcəkmi? - Deputatdan açıqlama
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir














