Telefon söhbəti yanınızda baş verirsə və siz onda iştirak etmirsinizsə, məncə, bu, müasir həyatın ən maraqlı qəribəliklərindəndir. Məsələn, dünən oturub fəlsəfi mövzuda ciddi məqalə yazanda otaqda buna bənzər söhbət gedirdi. Sən demə, yanında kimsə telefonla danışırsa, yazmaq asan olur. Deməli belə, hər şey bu cür başladı: ailəmizdən olan bir qadın otağa daxil oldu və xahiş etdi ki, şəhərin işgüzar tərəfində olan Baqleyaların evi ilə onu calaşdırım. Çoxdan fikir vermişəm, qadınlar özü də bir çox şəhərdə, həmişə mərkəzi telefon stansiyası ilə danışıqlardan boyun qaçırırlar. Bilmirəm niyə, amma bu belədir. Xülasə, mərkəzi yığdım və aramızda belə bir söhbət baş tutdu:
Mərkəz (kobudcasına): Alo!
Mən: Mərkəzdir?
Mərkəz: Əlbəttə mərkəzdir. Nə lazımdır?
Mən: Zəhmət olmasa, məni Baqleyalarla calaşdırın.
Mərkəz: Calaşdırıram. Dəstəyi asmayın.
Sonra eşidirəm: klak, klak, krak... krrak, krak, klak, klak; sonra diş qıcırtısı və nəhayət cırsəsli qadın:
- Bəə-əəli?.. (Səs tədricən yüksəlir.) Eşidirəm, kimdir danışan?
Cavab vermədən dəstəyi ötürüb, stol arxasında otururam. Elə bu dəm dünyanın ən qəribə hadisəsi baş verir–yalnız bir müsahibin eşidildiyi söhbət. Yalnız sualları eşidirsiniz, cavabları yox. Dəvət eşidirsiniz, cavabında minnətdarlıq yox. Ölü səssizlik qəfil, gözlənilməz, heç nə ilə uyğun gəlməyən gah sevinc, gah kədər, gah dəhşət nidaları ilə pozulur və heç cür söhbətin nədən getdiyini tuta bilmirsiniz, zira o biri başda danışanın bir kəlməsini də eşitmirsiniz. Deməli, bu söhbət əsnasında çoxlu müxtəlif şərhlər və cavablar eşitdim, özü də onların hamısı qışqırıqla deyilirdi,-axı qadını inandırmaq olmur ki, telefonla asta-asta da danışmaq olur.
- Hə?! Necə olub?!
Fasilə.
- Nə dediniz?
Fasilə.
- Yox, yox! Düşünmürəm ki, bu olub.
Fasilə.- Yox! Yox, yox, onu nəzərdə tutmamışdım. Demək istəyirdim ki, qaynayanda ya da qaynamağa az qalmış atın.
Fasilə.
- Nə?!
Fasilə.
- Bütün tikişlərinə kimi yeniləmişəm.
Fasilə.
- Hə, mənim də belə xoşuma gəlir, ancaq ən yaxşısı valansye və ya bombazinlə ya da bunlara oxşar bir şeylə tikməkdir. Yaxşı görünəcək... dərhal gözə batacaq.
Fasilə.
- Bu qırx doqquzuncu Tövratdır... altmış dörddən doqquz yüz yeddiyə kimi. Onlar daxil. Məncə, hamımız onları tez-tez oxusaq, yaxşı olardı.
Fasilə.
- Ola bilər. Adətən saç sancağından istifadə edirəm.
Fasilə.
- Nə dediniz? (Kənara.) Uşaqlar, sakit olun!
Fasilə.
- Hə, taxtabiti! İlahi, elə bildim, pişik dediniz.
Fasilə.
- Nə vaxtdan?
Fasilə.
- Siz Allah? Heç bilmirdim!
Fasilə.
- Məni təəccübləndirirsiniz! Axı tamamilə qeyri-mümkündür.
Fasilə.
- Kim edir?
Fasilə.
- Pərvərdigara, özün kömək ol!
Fasilə.
- Gör dünyada nələr baş verir!.. Doğurdan, elə kilsədə?
Fasilə.
- Anası da orda idi?
Fasilə.
- Allah özü kömək olsun! Xanım Baqley! Utancımdan ölərdim! Nə edirdilər ki?
Fasilə.
- Əlbəttə, əmin deyiləm, əlimin altında not dəftərim yoxdur; buna baxmayaraq, məncə belə olacaq: tra-lya-lya-lya-lya-lya-lya-tram-ta-ram-lya-lya-lya-lya! Sonra təkrarlanır.
Fasilə.
- Hə... məncə, çox xoşdur... həm də təntənəlidir, təsirlidir, əgər dinamika və alleqreto düz olarsa.
Fasilə.
- Ah, nabat, nabat! Onlara şirniyyat yeməyə icazə vermirəm. Həm də, yeyə də bilmirlər, çünki dişləri yoxdur.
Fasilə.
- Nə?!
Fasilə.
- Yox, yox... davam edin. Hə, buradadır... yazır. Yox, ona mane olmursunuz.
Fasilə.
- Yaxşı. Alınsa, gələrəm. (Kənara.) İlahi, bunu tutmaqdan əlim qopdu. Görüm onu...
Fasilə.
- Yox, yox. Danışmağı xoşlayıram... Ancaq, deyəsən, sizin vaxtınızı alıram...
Fasilə.
- Nə?! Qonaq?!
Fasilə.
- Yox, heç vaxt onun üstünə yağ sürtmürük.
Fasilə.
- Hə, yaxşı üsuldur. Ancaq bütün evdarlıq kitabları yazır ki, mövsümü keçdikdən sonra, onlar zərərli olur. O, onsuz da onları xoşlamır.. .əsas da konservləşdirilmişini.
Fasilə.
- Yox, məncə bu çox bahadır. Biz heç vaxt qutusuna əlli sentdən çox verməmişik.
Fasilə.
- Getməlisiniz? Onda hələlik.
Fasilə.
- Hə, məncə elədir. Hələlik.
Fasilə.
- Yaxşı, saat dördə hazır olaram. Hələlik.
Fasilə.
- Minnətdaram, çox təşəkkür edirəm. Hələlik.
Fasilə.
- Yox, yox!.. heç yorulmadım... Necə?... Ah, sizdən bunu eşitmək necə xoşdur. Hələlik. (Dəstəyi asır və deyir: “Oh, bu adamın əlini necə yorur!”)
Kişi sadəcə “Hələlik” deyərdi və bununla da bitirərdi. Ancaq qadınlar–yox! Onlar belə deyillər, bunu onlara tərif kimi deyirəm, sərtlik onların təbiətinə ziddir.
XƏBƏR LENTİ
Nyu-York moda həftəsi, Ralph Lauren
Nağıl kimi yerlər-1
Alma yığan robotlar
Bunları bilirdizmi?
Qan vermənin faydaları və zərərləri
Çox tərləməyin səbəbləri
Demet Akalın pərəstişkarına səsləndi-FOTO
Zirəddin Rzayevin sağalmaz xəstəliyi
Kralların xəstəliyi nədir?
Sobada quzu ətli badımcan
Koronavirus növbəti dəfə mutasiya etdi
Təhlükəni unutduq
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Bu saatda Bakı küçələri yuyulacaq
Qadin.Netlə birlikdə hamiləlik (27-ci həftə)
Həbs edilən İŞİD-çilər danışdı
Bu günün hava proqnozu
Tələbələr kirayə ev tapmaqda niyə çətinlik çəkir?
Sosial şəbəkələrdən dərs veriləcək
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Buz oteli
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Onlar Mercedes-i dəyişdilər
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Uşağınızın duyğularını anlamağa çalışın
Əncir yeməklə arıqlayın!
Uşaqlar hansı hallarda stress keçirir?
Sıla və Hazerin toy tarixi bəlli oldu
Məşhur model avtobioqrafik kitab yazır
Qripdən necə qorunaq?
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Təyyarədə sərnişini sellofana bükdülər - SƏBƏB
İdeal bədən ölçüləri ilə sərvət qazanır-FOTO
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO
40 dərəcə istiyə hazır olun
Sağlam və gözəl bədən üçün idman
Ulduz aktyor öldü-FOTO
Hazal Kaya Amerikaya gedir-SƏBƏB
Bakıda Quran Gecəsi keçiriləcək
Mozaik tortlar
Sualtı jim üzrə yeni rekord vuruldu - VİDEO
"Victoriyanın sirri"
“Qarabağ”da şok itki
Qorxu filmi kimi moda həftəsi
DİM imtahan keçirəcək
Rus Dili dərs-12
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
XX əsrin ən gözəl qadınları (1)
Min qırğız Azərbaycana gəlib
- ŞƏRHLƏR