Ağır-ağır addımları ilə anasının otağına girdi yaşlı adam. Həyəcan dolu gözləri ilə ətrafa göz gəzdirdi. Qəribə duyğuların ağuşunda idi. Gah acı-acı gülür, gah da gözləri dolurdu. Otaq toz içində olsa da, rəhmətlik anasının qoyduğu səliqə-sahman yerində idi. Soyuqluq, qaranlıq və səssizlik artıq bu evin sahibi idi. Bir zaman sevinc, gülüş və xoşbəxtlik olan kimi...
Xatirələrlə dolu otağa yorğun gözləri ilə bir daha nəzər saldı. Anasının yatağının yanındakı dolaba belə baxdı. Siyirtməsini çəkəndə donub yerində qaldı. Gördyünə inana bilmədi. Üzərini toz basmış "qəhrəman" ona baxırdı. Bir vaxtlar doğma, indi donuq baxışlarla gözünü-gözünə zilləmişdi. Çərçivəyə salınmış şəkli siyirtmədən çıxarıb, əlinə aldı. Əlləri əsirdi. Bu dəfə daha yaxın, üz-üzə idi O üz ilə. Bütün xartirələr gözünün önündə canlandı bir an. Ürəkdən gələn yanğı ilə iki damla göz yaşı çərçivənin üstünə düşdü. Sanki göz yaşının ağırlığına titrəyən əlləri tab gətirmədi. Çərçivənin əlindən yerə düşməsi ilə xatirələrindən oyanması bir oldu. Çərçivənin şüşəsi sınıb ətrafa səpələndi. Bir vaxtlar onun həyatı sınan kimi.
Taqətsiz halda əyilib sınmış çərçivəni yerdən götürdü. Anasının yatağında əyləşdi. Bir yandan yaşının verdiyi yorğunluq, bir yandan da qarşılaşdığı mənzərə onu daha da taqətsiz etmişdi. Cavadın əlləri əsir, rəsmə zillənmış gözləri isə yol çəkirdi. Qırx illik sınmış, məhv olmuş həyatının pəncərəsindən kecmişinə baxırdı.
Sonuncu xoşbəxt ilinin son günündə çəkdirdiyi şəkli ilə, yəni unutduğu üzü ilə qarşı-qarşya idi. Arxaya daranmış gur qara saçları, qara qaşları, nazik bığı və tər-təmiz üzü ilə. Bir vaxtlar yaraşığı ilə qururlandığı, hamının həsədlə baxdığı, hər getdiyi məclisdə hörmətlə qarşılandığını yadına salan Cavad indi onu görüb qorxmasınlar deyə gecələrin qaranlığında gizlənir. Ətrafı dostlarla dolu olan Cavadın yalnızlıq sirdaşı olub. Bir vaxtlar güzgü önündən çəkilməyən o Cavad güzgülərə düşmən olub.
Dərindən bir ah çəkib :
- Hə, "qəhrəman"— deyərək qırıq –qırıq kəlmələr ağzından çıxırdı. –"Sən, o yanğında verdiyin fədakarlıqla bütün həyatımı məhv etdin. Qırx il kimsəsizlik, qırx il tənhalıq hədiyyəm oldu. Həyat çərçivəm sındı. Sənin çərçivən indi sınsa nə olar ki?
- Xilas etdiyin insanların "sağ ol"-u belə olmadı. Çünki bu yanğınsöndürənlərin işi, hətta borcudu. Bir yanğınsöndürənin üzü yansa nə olar ki, dünya dağılmaz. Həyat yenə davam edəcək. Etdi də. Sən isə yalnız gecələrinlə, keçəl başınla, yanıb eybəcər hala düşmüş sifətinlə, insanların qorxu dolu gözlərinin, kinayəli "gündüzlər çıxma, görmürsən qorxuruq!!!" sözlərini eşidəçək qulaqlarınla davam edən həyatı yaşayırsan ona yaşamaq demək olarsa əgər. Ta can bədəndən çıxanacan." - deyib bir daha ah çəkdi.
Rəhmətlik anasının xartirəsinə minnətdarlıq hissilə son dəfə otağa nəzər salıb vidalaşdı. Cavanlıq rəsmi olan çərçivəsini əlinə alıb yalnızlığına sığındı... Sonra gündəlik yazar kimi öz dünyasında sanki pıçılti ilə nəyisə qeyd edirdi: -"Bu gün unutduğum və əbədi unudacağım qəhrəmanla bir daha vidalaşdım. Bu yanmış üzün sahibini öləndə belə o üzlə xatırlamasınlar deyə... nə var ki ölüm qapıda artıq... hə vidalaşdım qırx il bundan öncə insanların vidalaşdığı kimi. İndi o da sınmış, zibil qutusunda lazımsız, istifadə vaxtı keçmişlərin arasındadır" – deyib bu günkü tarixi unutmamaq üçün tez-tez təkrarladı.
- "Cümə günü 16 yanvar 2015ci il."
Gülnar Quluzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rus dili - Цц
Acı bibərli isti şokolad
Allahın qəzəbinə düçar olanlar kimlərdir?
“Ağıllı” zibil qabı təqdim edildi
Ömrünüzü uzadın
Bir sözlə 7 min dollar qazanan ulduzlar
Sokratın 3 süzgəc testi
Bananlı desert (foto-resept)
İspaniya "Kral"ın futbolçusunu əfv etdi
Fahriye Evcenin gəlinliyini tikən məşhur modelyer aktrisanın YALANININ üstünü açdı - FOTO
İmmunitet sistemini gücləndirən içkilər
Görən, dadbilən bitkilər(1)
Bu yay necə geyinək?
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Azərbaycanda nə qədər avtomobil var?
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Doğuşdan Ərdoğana hədiyyə
300 illik mumiya 1 saata çürüdü
Ağrıkəsici dərmanlar qan təzyiqini artırır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
Qadın Şamdanla Evləndi-FOTO
Arıqladan ananas detoksu
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Toyuq salatı (foto resept)
İşgüzarlığı artıran qidalar
"Ramo"da yeni aktyor-VİDEO
Murad Dadaşov Oksananı filmə çəkir
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Ramazanın 7-ci günün duası
Burak gəlirini maşına xərclədi-FOTO
Həyatımı Ona borcluyam...
Eser Yenenler 15 kq arıqladı
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Rus Dili dərs-17
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Özgü Namal 6 ildən sonra ekranlara qayıdır
Nə düşünürsünüz?
Şumaxerdən şad xəbər
Yeni silahlar Qarabağa yerləşdirilir
"Lirikada fizika və dünyəvilik"(3)
Sevgilisi Hadisənin evinə köçdü
"Bu, Qarabağ üçün intihardır"
Rəngarəng plov (foto resept)
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Sodanın fantastik xüsusiyyətləri
Komitə sədri: “Azərbaycanla Türkiyə arasındakı viza rejimi tam aradan qalxa bilər”
5 dəqiqəyə daha arıq görünün
“Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır”
“Taxt oyunları”nın aktrisasına TƏMİZ SAÇ QADAДћASI-FOTO
- ŞƏRHLƏR