Gülər hələ yatmamışdı. Saat 12 olardı. Oğlu ezamiyyətə getdiyi üçün bu gün də gəlmədi. Bir az oğlundan ötrü narahat idi. Ürəyinin başından keçənlərə "Allah şeytana lənət eləsin", deyərək yatmağa hazırlaşırdı. Kimsə qapını döyürdü, o fikirli olduğu üçün qapının səsini eşitmirdi, nəhayət qapı bir xeyli döyüləndən sonra Gülər o biri otağa keçib asta-asta qapıya yaxınlaşdı, "gecənin bu vaxtı kim olar", deyə qapının gözlüyündən baxdı. "Hə, qonşu qızdır, görən bu vaxt niyə gəlib, yəqin nə isə vacib bir işi var", düşünərək qapının kilidini açdı.
- Nigar, nə olub, xeyir ola ?
Nigar bir az həyəcanlı idi, ovcunda nə isə bir şey tutmuşdu elə bil, yoxsa Gülərə elə gəldi, bir şey anlamadı.
- Gülər bacı, axşamın xeyir.
- Axşamın xeyir, qızım.
Nigar həyəcanını gizlətməyə çalışırdı, amma yenə də biruzə verirdi.
- Gülər bacı, "mənim qardaşımın bir işi düşüb, ona bir az pul lazımdır, bu üzüyü verdi ki, bir adama sat. Mən də gecənin bu vaxtı bunu kimə satım, gümanıma siz gəldiniz, dedim bəlkə aldınız", deyərək ovcunu açdı.
Gülər üzüyə baxdı. Bilmədi neyləsin. Olub keçənlər kino lenti kimi bir anlıq gözü önündən gəlib keçdi. Donub qalmışdı. Nigara baxdı, sonra da bir xeyli üzüyə baxdı, gözləri dolmağa başladı. Nə edəcəyini bilmirdi. Fikir onu uzaqlara aparmışdı. Nigarın ondan cavab gözlədiyi yadından çıxmışdı. Nigar ovcunu yenidən bağladı. Gülər sanki indi ayıldı. Əlini Nigara uzadaraq üzüyü əlinə aldı. Sanki əlləri əsirdi. Birdən qorxmağa başladı. Nigarın ondan üzüyü alacağından qorxub qiymətini soruşdu. Tələsik içəri keçib deyilən pulu gətirdi və üzüyü aldı. Nigar Gülərə "sağ ol bacım, nə yaxşı ki, aldın, yoxsa gecənin bu vaxtı mən nə edərdim" - deyib, sağollaşaraq ayrıldı. Hər kəs öz otağına keçdi. Axı qonşu idilər.
Gülər içəri keçdi, ürəyində sevinc dolu bir kədər var idi. Gəlib yerinə uzandı. Yuxusu tamam qaçmışdı. Gözlərini yumdu, yatmaq istəyirdi, amma yuxusu gəlmirdi ki, gəlmirdi. Üzüyü ovcunda möhkəm-möhkəm sıxmışdı. Elə bil kimsə ondan alacaqdı. Yadına nisgil, kədər dolu günləri düşdü. O zaman da belə yata bilməmişdi - əzabdan, kədərdən, qəmdən. Səhərədək fikir onu almışdı. O, pulu hardan tapsın. Anası xəstə idi. Uzun illərin xəstəsi. "Necə edim", anasının bu kədərli çöhrəsi ona bir dərd olmuşdu. Ay aman, həkimin yazdığı bu resepti almağa artıq pulum qalmayıb. Bu sağalmaz xəstəlik bizim olan-qalanımızı bizə satdırdı. "Ana, ay ana, bəs indi neyləyim, nəyi satım" yerinə uzanar-uzanmaz fikirləşməyə başlamışdı. Əllərini boynunun arxasına qoyub gözlərini tavana zilləmişdi. Bir yol, bir çarə axtarmışdı. Ana sağalmaz xəstəliyə tutulmuşdu. Ah, Gülərin ürəyi qövr edirdi. Arxası üstə uzana bilmədi, sağ böyrü üstə çevrildi. Dizlərini qarnına yığıb, yumaq kimi yığıldı. Ayaqlarının barmaqları buz kimi idi. Gözləri dolmağa başladı. İndi göz yaşları bulaq olmuşdu. Yaş sel kimi axırdı. Artıq özüylə bacarmırdı. İçəri otaqdan anasının öskürək və zarıltı səslərini eşidən kimi yorğanı başına çəkdi ki anası ağlamağını duymasın. Onsuz da anası görməyəcəkdi, çünki qalxa bilmirdi. Yox, bu tərəfi üstə yata bilmədi, böyrü yaman ağrıdı, sol böyrü üstə çevrildi. Pulu necə tapsın, neyləsin, yenə fikirlər onu aldı. Yerinin içində o qədər fırlanmışdı ki, saçları qarma-qarışıq olub gözlərinə iynə kimi batırdı. Bu iynə sözündən də heç xoşu gəlmirdi. Bu söz elə bil iynə olub beyninə işləyir, onun ucundan sızan zəhərli maye isə sanki bütün vücudunu əridib yox edirdi. Bu iynələr anasının qoluna yox, elə bil Gülərin beyninə işləyirdi. Hər dəfə çanta dolu dərmanla aptekdən çıxanda sanki gözləri gülürdü. Ürəyində "ala bildim" deyə sevinirdi. Elə bil anasının ad gününə gözəl bir hədiyyə alırdı. Üzünə tökülmüş saçlarını əli ilə yuxarı daradı, bu zaman saçları barmağındakı üzüyə ilişdi. Birdən üzüyü yadına düşüdü. Necə olub ki, mən bunu görməmişəm, üzüyə baxdı. Gözlərinə kədər dolu bir işartı gəldi. Əslində o bu üzüyü hər gün görürdü. Üzüklə bağlı əziz, kövrək xatirələri vardı.
Üzük qədim və bahalı üzük idi. Sevgilisinə anasından yadigar qalmışdı. O da bu üzüyü Gülərin nişan günündə barmağına taxmışdı. Gülər bu üzüyü nə qədər sevirdi. Nişan günündə Əli bu üzüyü onun barmağına necə taxmışdısa da xatirində o gün silinməz bir iz buraxmışdı. Gülərin barmaqları sanki əsirdi onda. Bir röya görürdü, şirin bir röya. İndi Əli də yox idi. Onu əzablar içində qoyub bu dünyanı tərk edib getmişdi. Əlidən yadigar qalan bircə bu üzük və bir də körpəsi idi. Gülər körpə oğlu və xəstə anası ilə qalmışdı. Olan qalanını satıb dava-dərmana vermişdi. Üzüyü bərk-bərk köksünə sıxdı. Sanki üzüyü kimsə onun əlindən alacaqdı. Deyəsən anası yatmışdı, daha həniri gəlmirdi. Gülər isə fikirlər içində yerində vurnuxurdu. İndi də arxası üstə çevrilmişdi. Qərarı qəti idi, üzüyü kimə satsın. Hə, qonşu arvadın bu üzükdən xoşu gəlmişdi. Bir dəfə "gözəl üzükdür, satmaq istəsən mən alaram" - demişdi. O zaman Gülər də üzüyü qonşu qadına satmışdı.
Bir gün Gülər anasının solmuş çöhrəsi ilə vidalaşmalı oldu. "Ay ana, məni niyə qoyub gedirsən, quru nəfəsin mənə bəs idi, ay ana, sənzisliyə mən necə dözəcəm, sənsiz mən neyləyəcəm", nə qədər "ana, ana ", çağırsa da anası bu əbədi yuxusundan oyanmamışdı. Gülər bu illər ərzində "anam ölməyib, sadəcə dünyasını dəyişib" - deyərək özü-özünə təsəlli verirdi.
İndi o zamandan uzun illər keçmişdi. Artıq bircə balası, Əlinin yadigarı Gülərin min bir əziyyəti sayəsində böyüyüb boya-başa çatmışdı, ali təhsil alaraq yaxşı bir işdə işləyirdi. Gülər qalan ömrünü oğluna həsr etdmişdi. Çətin günləri arxada qalmışdı. Amma qəlbində üzüklə bağlı bir nisgili qalmışdı. Üzüyü satdığı qonşu da rəhmətə getmişdi, amma övladları dururdu. Gülər "yəqin üzüyü oğluna bağışlayar", deyə o zaman düşünmüşdü.
İndi Gülər üzüyü ovcunda bərk-bərk sıxaraq fikirləşirdi "həyat necə də qəribədir". Artıq gözlərindən yuxu tökülürdü. Bu dəfə ürəyində nə isə bir arxayınlıq var idi. Bir zamanlar öz əliylə sanki bütün xəyallarını o üzüyə büküb verdiyi əziz xatirəsi indi ovcunun içində idi. Ona elə gəlirdi ki, anası indi əbədiyən yatdığı yerindən qalxacaq və yenə əvvəlki tək xəstə halı ilə gözlərini onun üzünə dikəcək, ondan bu xəstəlikdən qurtulmaq üçün işığı sönmüş gözləri ilə sanki kömək diləyəcəkdi. Gülərin gözləri yumulurdu. Yuxu onu aparmışdı. Röyasında bu dəfə də üzüyünü satdı, anasına dava-dərman aldı. Amma bu dəfə anası tamam sağalmışdı, digər sağlam analar kimi. "Ah, mən necə də xoşbəxtəm" üzündə bir körpə təbəssümü var idi. Anası başının üstündə durub uşaqkən etdiyi kimi yenə də əllərini onun alnında, telində, üzündə, gözündə gəzdirirdi. "Ana, sənsən, nə zaman gəldin, gəldiyini heç görmədim. Nə yaxşı ki, gəldin..."
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR