...Niyaz yuxudan hıçqırıq səsinə ayıldı. Xalidə obaşdan ayılıb böyründə Niyazı gördükdə dəhşətə gəlmişdi. Özünü ələ alıb başına gələnləri bir-bir xati xatırlamışdı və ancaq indi anlamışdı ki, öz əli ilə öz evini yıxıb. Niyaz hövlnak halda qalxıb əlinin arxası ilə gözlərini ovxaladı, özünü heç nə olmayıbmış kimi göstərdi. Xalidə əlləri ilə üzünü örtüb ağlayırdı. Niyaz etinasız halda mızıldandı:
-İşə düşmüşük də, yatmağa da qoymur...
Xalidə daha da kövrəldi, hündürdən hönkürdü. Niyaz insafa gəlib Xalidənin əllərini üzündən götürdü, onu ovundurmağa çalışdı:
-Yenə uşaqlıq edirsən.
Xalidə başını Niyazın sinəsinə dayayıb sızıldayırdı. Birdən yumruqlarıyla onun sinəsini döyəcləməyə başladı. Niyaz qıza acıqlandı:
-Yaxşı, dəlilik eləmə, yekə qızsan.
-O heç vaxt belə soyuq danışmamışdı. ”İlahi, bu nədir, yoxsa Niyazın mənə olan məhəbbəti bura qədər imiş..”
Birdən hıçqırığını kəsib geri çəkildi, düşündü, Niyazın gözlərinə baxdı və bu gözlərdə onun ürəyini sakitləşdirəcək heç nə görmədi:
-Alçaq!
Niyaz doğurdan da alçaq adam idi və onun alçaqlığını gözlərinin içinə çox demişdilər. Odur ki, Xalidənin sözləri ona təsir etmədi.
Xalidə indi əsəbi idi. Acığından dodaqları səyriyir, başına gələnlərin nəticəsini dərk etdikcə dünyanın ən alçaq sözlərini Niyaza deməyə hazırlaşırdı. İndi o, dünənki kimi sərxoş deyildi və gücü ancaq buna çatırdı. Niyaz elə bil Xalidənin ürəyindən keçənləri duydu və duyan kimi də qızın könlünü almaq üçün onu qamarlayıb özünə tərəf çəkdi, sinəsinə sıxdı. Xalidə çırpındı, onu hədələyib ağır sözlər dedi. Balaca, gücsüz əllərini düyünləyib onun üz-gözünü döyəclədi, qəfəsə düşmüş quş kimi çırpındı.
Günəş göydən od ələyəndə, şəhər camaatı sərin bir yer axtaranda və bağlara, çimərliklərə axışanda Niyaz müəllim dayısının "Volqa"sını şəhərə tərəf qovurdu. Xalidə sürətlə şütüyən maşının arxasında oturub xısın-xısın ağlayırdı, fikirləşirdi: "Zərnişan soruşsa, deyərəm ki, rəfiqəm dərsdə meyit görəndə özündən getmişdi. Apardıq evlərinə, səhərə kimi hamımız onun yanında qaldıq".
Niyaz maşını instituta çatmamış saxladı. Xalidə ləng halda sağ qapıya tərəf süründü, düşüb bir əli qapıda Niyaza baxdı ki, bəlkə bir söz deyə. İnsafsız Niyaz elə bil ağzına su almışdı. Xalidə dözmədi:
-Niyaz.
Niyaz müəllim dinmədi, könülsüz-könülsüz başını qaldırıb Xalidəyə baxdı. Xalidə Niyazın onun üçün məhv olmuş gözlərini görəndə nəfəsi təngləşdi, boğulan kimi oldu. O, aldandığını və atıldığını ancaq indi duya bilmişdi.
Bu əhvalatdan 5 ay keçmişdi. Bu müddətdə Xalidə dərddən əriyib çöpə dönmüşdü. Əzab qızın hələ çox dərd görməyən ürəyinə ağrı gətirmişdi. Qız heç kimin üzünə baxmırdı, hamıdan qaçırdı. Elə bilirdi ki, Niyazın onun başına gətirdiyi oyunu bilməyən yoxdur. Əslində, bu məsələni Xalidə və Niyazdan başqa heç kəs bilmirdi. Axı hardan biləydilər ki?! Niyaz hər şeyi elə həmin günü də unutmuşdu. Xalidə də öz sirrini açıb camaata danışmayacaqdı ha.
Qərəz, bu son ayda Xalidənin görkəmi tamam dəyişmişdi. Gözləri torbalanmış, üzü çil tökmüş, ağırlaşmışdı. Elə bil ki, bu qız heç vaxt gözəl olmamışdı. Xalidə dərdini gizlədirdi, əzabları gündən-günə artır, onu lap əldən salırdı. Düzdür, anası ilə Zərnişan görəndə ki, qız günü-gündən əriyir, üstünə düşüb onu sıxma-boğmaya salmışdılar. Ancaq Xalıdə bir söz deməmiş, tərsliyinə salıb onları acılamışdı.
Bu neçə ayda Niyaz müəllim Xalidəni bir dəfə də olsun itirib-axtarmamışdı, onların qrupundakı dərsi başqa müəllimə vermişdi və institutda üz-üzə gələndə üzünü turşudub ötmüş, Xalidəni tanımaq istəməmişdi. Xalidə əlini hər şeydən üzmüşdü. Yaman bədbinləşmişdi. Beynində dəhşətli fikirlər dolaşırdı. O, özünə qəsd etmək istəyirdi və bu özünə qəsd etmək fikrini Xalidənin təsadüfən eşitdiyi bir xəbər daha da şiddətləndirdi: Niyaz müəllim evli idi, uşaqları da vardır.
Xalidə üzünü pis tutub hər şeyi anasına, bacılarına da danışardı, deyərdi ki, "Günahım budur, bu da mənəm. Ölməli iş tutmuşam, hökm sizindir. Ölməliyəm-öldürün, qalmalıyam-qoyun qalım".
Xalidənin başqa çıxış yolları da var idi, ancaq o bu yolları bilmirdi!
Xalidə bir də istədi ki, canını dişinə tutub hər şeyi açıb Zərnişana desin. O da insan idi, Xalidəni bağışlayardı. O həkim idi və ona bəlkə kömək də edərdi. Amma o bunu da etmədi. Ona görə ki, ağzıbütöv adam deyil. Bir yaxşılıq etsə, sabah onu açıb-ağardacaq və o başa düşürdü ki, bu ört-basdır ediləsi şey deyil. Bəs sabah ərə gedəndə nə olcaq?! Saçını qırxıb yola salmazdılarmı? Bu, ölümdən betər deyildimi? Axı o qız deyildi və qız adı ilə köçüb bu adı ləkələməyə kim ona haqq vermişdi??
Xalidə özünü aldatmaq istəmirdi. Aldada da bilməzdi. Qorxurdu, ikinci dəfə günah işləməkdən qorxurdu...
Neçə gün idi ki, Xalidə evdən çıxır, amma dərsə getmirdi. Sahilə gəlir, skamyalardan birində oturur, düşünür, hey düşünürdü.Nə qədər çalışsa da günahını özünə bağışlaya bilmirdi. Artıq adamlardan qaçır, heç kəsi görmək istəmirdi. Bir axşam Xalidə heç evə də qayıtmadı...
Bir həftə sonra Xalidənin meyiti dənizin dibindən tapıldı...
Son
(Samir Kazımoğlunun "Ağrı" adlı əsərindən bir parça)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Azərbaycanın insan hüquqları sahəsində böyük uğurlar əldə edib
İlin ən yaxşı aktyor və aktrisası - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-12 Sentyabr
Yağış nə vaxt kəsiləcək?
Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...”
Nüsrət Neymarı da ətə qonaq etdi-FOTO
Siqaretin "ağ"ına da lənət, mentollusuna da
Saymon Kouel əməliyyat olunacaq
Hərbi xidmətdən möhlət hüququyla bağlı QƏRAR VERİLDİ
Qeyri-adi feyxoa mürəbbəsi (foto-resept)
Sarımsaqla dırnaqlarınızı gücləndirin
Almalı piroq
Dəbli qısaboğazlı çəkmə modelləri
Zirəddindən Bakı proqnozu
Səfirimizdən ermənilərə cavab
Kim ki yüz il yaşamırsa: Nanənin faydaları
Azərbaycanlı rəssamın əsərləri Parisdə maraq oyadıb
Yutub-dan daha bir yenilik
Paytaxtda qar problemi
ABŞ-dan Cənubi Qafqaza vəd
Vərəm dispanserində xəstələrə it əti verilir-SƏBƏB
Ən çox "zibil" bu ölkədən gəlir
Yayın quraq keçməsi fermerlərə baha başa gəldi
Baş ağrıları ilə həkimə gəldi: Beynindən Qurd Çıxdı-FOTO
Bacarıqlı əllər
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
İstirahətə tələsin
Hamilələrə təhlükəsizlik qapılarından keçmək olar?
Azərbaycanlı idmançılar 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazandılar
Ev tikmək istəyirsiniz? Onda bu xəbəri mütləq oxuyun
Yataq örtükləri
Sellofan torbalar pullu olacaq
Şuşada olduğunu iddia edən erməni güləşçinin növbəti yalanı - VİDEO
Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il ötür
Daltonizm xəstəliyi
Məşhur yazıçıların ən az tanınan 10 əsəri
Hazır qidaların zərərləri
“Kurtlar Vadisi”nin aktrisası nişanlandı - FOTO
Leonardo da Vinçinin "Gizli axşam yeməyi" əsərinin sirri açıldı
Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra
Tuba Büyüküstün qəzəbləndi
Zəfər paradında nümayiş etdirilən hərbi qənimətlər - VİDEO
Günün ulduz falı
Çempionların avtobusu lüks otelə çevrildi
Müsəlman oğlan parisliləri ağlatdı-VİDEO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi - RƏSMİ
Azərbaycanda daha 27 nəfər koronavirusdan öldü: 685 yeni yoluxma
Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!
- ŞƏRHLƏR