Düşüncə düşünmə aktıdır, daha çox düşünmə imkanıdır.O, bəzən əqli-məntiqi mülahizələrlə, ictimai-fəlsəfi və dini əxlaqi düsturlarla daxili duyğuya,mənəvi ruhi işiqlanmaya, özünü, haqqı və həqiqəti tanımağa yönəldir.
İnsanın həyatında sadədən mürəkkəbə doğru istiqamətlənən psixi fəaliyyət formaları aşağıdakı ardıcıllıqla psixoloji məfhumlarla ifadə olunur: duyğu, qavrama, yaddaş, təfəkkür, düşüncə və s.
Duyğu - hissiyyat üzvləri vasitəsilə bizi əhatə edən aləmin əşya və hadisələrinin ayrı-ayrı xüsusiyyətlərinin beyin qabığında əks olunmasıdır.
Qavrama - hissiyyat üzvlərinə birbaşa təsir edən ətraf aləmin əşya və hadisələrinin bütövlükdə mərkəzi sinir sistemində əks olunmasıdır.
Yaddaş - keçmişdə qavranılmış bilik ehtiyatlarını və həyat təcrübəsini beyində saxlamaq və lazım olduqca ondan istifadə etmək qabiliyyətidir.
Təfəkkür - duyğu üzvləri,həyat təcrübəsi və bilik ehtiyatları vasitəsilə gerçəkliyin beyində əks olunmasının sözlərlə ümumiləşdirilərkən cisim və hadisələr arasındakı qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətidir.
Düşüncə (şüur) - insanın ali sinir fəaliyyətinin ən yüksək pilləsi olmaqla özünü və xarici aləmi dərk etməsidir.
Ətraf aləmin dərk olunması prosesində iştirak edən psixi mexanizmlər içərisində ən sadə akt duyğudur.Duyğu vasitəsilə hər hansı bir xassəni dərk edirik, onun haqqında təsəvvür yaradırıq. Beləliklə, ən sadə ən elementar duyğu aktı vasitəsilə hər hansı şeyi tanıyırıq (yaddaş) və mühakimə yürüdürük (təfəkkür). Lakin bundan əlavə öz mürəkkəbliyi və mənşəyinə görə duyğudan sonra bu prosesdə iştirak edən mexanizm qavramadır. Qavrama mexanizmində hər hansı konkret bir hissiyyat deyil, qavranılan hadisənin bütün tərəfləri - həcmi, rəngi, qoxusu və s. aydınlaşdırılır,tam şəkildə dərk edilir. Deməli, qavrama prosesi yüksək inkişafa malik təfəkkürün mövcudluğu ilə reallaşır.Bundan əlavə, duyğu,qavrama,təfəkkür və s. kimi məfhumlar zaman keçdikcə və insan yaşa dolduqca dəyişir,zənginləşir.Bu məfhumların mahiyyəti onların obyektiv dünyanın subyektiv obrazı olmasındadır və bu proseslərin əsasını təşkil edən psixi mexanizmlərin sistem xarakterli olaraq qarşılıqlı təsir əlaqəsində fəaliyyət göstərməsindədir.
Təfəkkürün birbaşa beyinlə funksional əlaqəsini qəbul etsək bunun yalnız fərdə aid olduğunu görərik. Cəmiyyətin nə beyni, nə də hissiyyat üzvləri yoxdur və ictimai düşüncə məfhumlar, anlayışlar, əqli nəticələr formasında mövcud olmaqla dil və yazı kmi ən ali formada təzahür edir.
İnsan cəmiyyətlərinin yaranma və inkişafı tarixinin analizi göstərir ki, ilkin mərhələlərdə düşüncə hər hansı fərdin ayrılıqda funksiyası kimi mövcud olmamışdır. İnsanların bir-birilə təmasda olması, ümumi məqsədə yönəlmiş birgə fəaliyyəti nəticəsində formalaşmışdır.
İctimai şüur sosial qarşılıqlı əlaqənin formalarından biridir.Hər hansı qarşılıqlı təsir əlaqəsi bir forma daxilində ayrı-ayrı qarşılıqlı əlaqələrin birinin digəri ilə əvəz olunması və ümumi əlaqələrin cəmlənməsi nəticəsində yaranır.İctimai şüur fərdin təfəkkürünün birbaşa təzahürü kimi yox, onun, dolayısı ilə ayrı-ayrı fərdlərin təfəkkür qarşılıqlı əlaqəsi kimi formalaşır.
Cəmiyyət düşünmür deyiriksə, bu sözləri beyin haqqında deyə bilərik. Beyin düşünmür, insan beyin vasitəsilə düşünür.Beyni bədəndən ayırıb hər hansı qidalı mühitə yerləşdirsək, nə beyin, nə də beyindən ayrılmış bədən düşünə bilməz. Yəni fərd ayrılıqda ictimai şüur yaratmır.Cəmiyyətin fərdləri olmasa, ictimai şüur yararana bilmir.
Ardı var
XƏBƏR LENTİ
Şuşasız 25 il...
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
Daha çox hansı yaşda xoşbəxt oluruq?
12 il sonra sahibini tapdı
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
"Neftçi" fanatlarına şad xəbər
İdmançımız erməni rəqibini “sürüdü”
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Məşhur aktrisanın 1 milyonluq bağ evi-FOTO
İŞİD xristianların şəhərini tutdu
Kosmosdan sirli səslər gəlir
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Sabah hava necə olacaq?
"Ən zövqsüz geyim"...
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Kraliça moda şousuna qatıldı - FOTO
Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Bakıda anomal şaxtalar gözlənilir
Ana südü hansı orqanın məhsuludur?
Uşaqlar kifayət qədər hərəkət etmir
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Xiyar turşusu (foto-resept)
Saçaqlı geyimin tikilişi
Şeymanın sevgilisi ətək geyindi-FOTO
“Yalandan deyirlər ki, kərə yağıdır” - VİDEO - FOTO
Möcüzə şəkillər
"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt
Toyuq ətindən isti yemək (foto resept)
Əfsanəvi futbolçu xəstəxanaya düşdü
Ev almaq istəyənlərə şad xəbər
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
HAVA necə olacaq?-5 FEVRAL
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
2015-ci ilin ən yaxşı filmləri seçildi
Lobyalı şorba
Asiyalar niyə arıq olur?
TQDK nəticələri açıqladı
20 aylıq körpə transfer olundu
Canlılar danışmadan necə xəbərləşirlər
Hər kəs bu cütlükdən danışır-FOTO
Parisin simvolu
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Love you forever
Azərbaycanın moda tarixinə QÜRURVERİCİ HADİSƏ - FOTO
Sentyabrın 26-ı qeyri-iş günü olacaq
Qadınlar rəssamların gözü ilə
Qaxda yeni körpü salınır
Barak Obamadan İrana jest
- ŞƏRHLƏR