Müasir dövrdə xanımların müxtəlif üsullarla mübarizə apardıqları problemlərdən biri lazımsız tüklərdir. Maraqlıdır görəsən, ilk dəfə qadınlar nə zaman bədənlərindəki lazımsız tüklərdən azad olmağa başlayıblar? Məqsədim sizlərə epilyasiyanın tarixi haqqında məlumat verməkdir.
Lap qədim zamanlarda bir sıra xalqlar qadınların bədəndəki tüklərə toxunmağını doğru hesab etmirdilər. Bu özünü həmin xalqların dini etiqadlarında da biruzə verirdi. Şumerlərə görə bədənindəki tükləri təmizləyən qadın 7 il müddətinə xoşbəxtlikdən məhrum olmuş olurdu.
İlk dəfə epilyasiyadan istifadə edənlər Misir xanımları, daha dəqiq desək, şahzadə Kleopatra və Nefertiti olmuşdur. Onlar hamar və təmiz dərini gözəllik simvolu hesab edirdilər. İti ucluqlu daş və balıqqulaqlarından istifadə edərək tükləri kökündən çıxarırdılar. Bu prosedura hədsiz dərəcədə ağrılı hesab olunurdu.
Daha sonra şahzadələr bal və müxtəlif ot bitkilərinin qarışığından məhlullar hazırlayıb dərilərinə sürtür və müasir vosk metoduna oxşar üsulla tüklərdən azad olmağa başladılar.
Qədim Yunanıstanda da qadınlar misirlilərdən geri qalmamağa çalışırdılar. Onlar alnında tük olan qadınları " natəmiz " adlandırırdılar. İntim nahiyələrdə isə tüklərin təmizlənməsini bəzi qadınlar doğru saymırdılar.
Qədim romalılar da tüklərə qarşı etinasız yanaşmırdılar. Hətta romalı xanımların epilyasiya prosedurunu həyata keçirtmək üçün xüsusi qulluqçuları da olurdu. Onlar tükləri sap vasitəsilə təmizləyirdilər. Romalıların bu üsulundan indi də bir çox xalqlar ev şəraitində depilyasiya üçün istifadə edirlər.
Orta əsrlərdə epilyasiya daha fərqli şəkildə vüsət almışdı. Belə ki, İngiltərədə qadınlar nəinki bədənlərindəki tükləri, eləcə də qaş və başlarındakı tükləri də təmizləyirdilər. Sonra da təmizlənmiş nahiyəyə tüklərin gec çıxmasını təmin etmək üçün məhlullar çəkirdilər.
Bu məhlulların tərkibi isə yarasa və qurbağa qanı ilə külün qarışığından olurdu. Bu qarışıqların qadınların dərisində necə iz buraxması ilə bağlı isə tarixdə məlumat yoxdur.
Kraliça Yekaterina Mediçi alındakı tükləri təmizləməyi yasaqladı. Kraliça Viktoriya isə təbiiliyin tərəfdarı olaraq ümumiyyətlə epilyasiyanı qadağan etdi.
Epilyasiyanın ən geniş yayılması 20-ci əsrin 60-cı illərinə təsadüf edir. Öz xarici görkəminə etinasız yanaşmayan xanımlar epilyasiyanın müxtəlif növlərindən istifadə edərək lazımsız tüklərdən azad olmağa çalışırlar.
XƏBƏR LENTİ
2015 Payız geyimləri
Fransa şokda: daha bir itki
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
4,7 milyon kompüter xilas olundu
Azərbaycan tarixindən yüz şəxsiyyət-76
Sevil Əliyeva Heydər Əliyevin rəqsini paylaşdı - VİDEO
Deniz Çakır hicablı qadınlara sataşdı
İyunun 17-nə manatın məzənnəsi
BÜRCLƏR bizə nə vəd edir?-26 yanvar
Fransa səfirliyi qarşısında aksiya keçirilir - VİDEO
Günün ulduz falı
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA
İbrahim Kalın koronavirusdan sağaldı
Məşhur aktyorun dişi rekord məbləğə satıldı
Müalicəsi olmayan bəla
"Ana harayı" abidəsi ziyarətə hazırdır
60 min qərbli qadın İŞİD sıralarında
80 yaşında orta məktəbi bitirdi
"Qarabağ" "Xəzər Lənkəran"a, "İnter" "Neftçi"yə qarşı
Qrossmeysterdən siyasətçilərə maraqlı MƏSLƏHƏT
Saçları sürətli uzadan 3 üsul
Gözəlliyi ilə dünyanı silkələyən, kişilərin ağlını alan türk gözəlin bədbəxt həyatı - FOTO
Gözəlliyimzdəki xətalar
Bankomatdan pul çıxaran zaman diqqətli olun
DİM bakalavrlara müraciət etdi
Qazaxlar savaşa hazırlaşır
İnstaqram və reallıq
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Modern yalnızlıq və Sosial media
HAVA necə olacaq?-1 Avqust
"Taxt oyunları"ndakı səhv milyonlar qazandırdı-FOTO
İlk üç gündə 456 milyon qazandı
Müəllimlər mənzillə təmin olunsun
Bu sirri tapana 5 milyon dollar mükafat veriləcək
HAVA necə olacaq?-2 Oktyabr
Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb
Bu qadın uzunömürlülük rekordunu yenilədi
Hikmət Hacıyev: “Azərbaycanın işğal olunmuş torpaqlarındakı bütün kilsələr yenilənəcək”
Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır”
Stallonenin qızı gözəlliyi ilə hər kəsi HEYRƏTLƏNDİRDİ - FOTO
Karantin günlərində kökəlməmək üçün...
Toyuqlu "qarnıyarıq"(foto resept)
Ermənistan silahlı qüvvələrinə məxsus haubitsanın heyəti məhv edilib - VİDEO
Serial eşqi gerçək oldu-FOTO
Bakıda vulkan püskürdü
Şüşədə buzlu naxışlar
Depressiyadan xilas yolu: pişik terapiyası
Uşağınızın sağlamlıq pasportu var?
Avropanın rəmzi komandası - SİYAHI
Uşaqları necə arıqlatmaq olar?
- ŞƏRHLƏR