Qadin.NET / Epilyasiyanın tarixi

Epilyasiyanın tarixi

Müasir dövrdə xanımların müxtəlif üsullarla mübarizə apardıqları problemlərdən biri lazımsız tüklərdir. Maraqlıdır görəsən, ilk dəfə qadınlar nə zaman bədənlərindəki lazımsız tüklərdən azad olmağa başlayıblar? Məqsədim sizlərə epilyasiyanın tarixi haqqında məlumat verməkdir.

Lap qədim zamanlarda bir sıra xalqlar qadınların bədəndəki tüklərə toxunmağını doğru hesab etmirdilər. Bu özünü həmin xalqların dini etiqadlarında da biruzə verirdi. Şumerlərə görə bədənindəki tükləri təmizləyən qadın 7 il müddətinə xoşbəxtlikdən məhrum olmuş olurdu.

 

Epilyasiyanın tarixi


 

İlk dəfə epilyasiyadan istifadə edənlər Misir xanımları, daha dəqiq desək, şahzadə Kleopatra və Nefertiti olmuşdur. Onlar hamar və təmiz dərini gözəllik simvolu hesab edirdilər. İti ucluqlu daş və balıqqulaqlarından istifadə edərək tükləri kökündən çıxarırdılar. Bu prosedura hədsiz dərəcədə ağrılı hesab olunurdu.

 

Epilyasiyanın tarixi

 

 

Epilyasiyanın tarixi

 

Daha sonra şahzadələr bal və müxtəlif ot bitkilərinin qarışığından məhlullar hazırlayıb dərilərinə sürtür və müasir vosk metoduna oxşar üsulla tüklərdən azad olmağa başladılar.

Qədim Yunanıstanda da qadınlar misirlilərdən geri qalmamağa çalışırdılar. Onlar alnında tük olan qadınları " natəmiz " adlandırırdılar. İntim nahiyələrdə isə tüklərin təmizlənməsini bəzi qadınlar doğru saymırdılar.

 

Epilyasiyanın tarixi


 

Qədim romalılar da tüklərə qarşı etinasız yanaşmırdılar. Hətta romalı xanımların epilyasiya prosedurunu həyata keçirtmək üçün xüsusi qulluqçuları da olurdu. Onlar tükləri sap vasitəsilə təmizləyirdilər. Romalıların bu üsulundan indi də bir çox xalqlar ev şəraitində depilyasiya üçün istifadə edirlər.

 

Epilyasiyanın tarixi

 




 

Orta əsrlərdə epilyasiya daha fərqli şəkildə vüsət almışdı. Belə ki, İngiltərədə qadınlar nəinki bədənlərindəki tükləri, eləcə də qaş və başlarındakı tükləri də təmizləyirdilər. Sonra da təmizlənmiş nahiyəyə tüklərin gec çıxmasını təmin etmək üçün məhlullar çəkirdilər.

Bu məhlulların tərkibi isə yarasa və qurbağa qanı ilə külün qarışığından olurdu. Bu qarışıqların qadınların dərisində necə iz buraxması ilə bağlı isə tarixdə məlumat yoxdur.

 

Epilyasiyanın tarixi


 

Kraliça Yekaterina Mediçi alındakı tükləri təmizləməyi yasaqladı. Kraliça Viktoriya isə təbiiliyin tərəfdarı olaraq ümumiyyətlə epilyasiyanı qadağan etdi. 

 

Epilyasiyanın tarixi


 

Epilyasiyanın ən geniş yayılması 20-ci əsrin 60-cı illərinə təsadüf edir. Öz xarici görkəminə etinasız yanaşmayan xanımlar epilyasiyanın müxtəlif növlərindən istifadə edərək lazımsız tüklərdən azad olmağa çalışırlar.

 

Epilyasiyanın tarixi

Epilyasiyanın tarixi


 

8 iyun 2011
GO BACK