Kiçik məsləhətləri qəbul edərək xoşbəxt, sağlam və daha sakit ola bilərsiniz. Aşağıdakı 15 psixoloji məsləhəti diqqətlə oxumağınız tövsiyə olunur.
1. Hər səhər 5 dəqiqə gülün.
Hər kəsə bəllidir ki, gülüş insanın enerjisini bərpa edir və əhval-ruhiyyəni qaldırır, həm də orqanizminizin şəxsi “məşqçi”sinə çevrilir.
Hər gün yeni ideya və fikirlərinizi yazın.
“Axtarış”a davam edin, siz "qızıl" tapacaqsınız. Tapanda isə dərhal fəaliyyətə keçin.
2. Hər həftə yeni kitab oxuyun.
Utopik səslənir? Bu asan olmayan tapşırığın öhdəsindən gəlmək üçün sürətli oxumağa dəyər.
3. Stolüstü oyunlar: Beynin həmişə işləməsi üçün bu oyunlar vacibdir
Tapmacaları tapın, krossvordları həll edin, gün ərzində komputerdə bir saat oyun oynayın ki, beyniniz həmişə tonusda olsun.
4. Gündəlik tutun.
Dünənki günü yazmaqla əvvəl fikir vermədiklərinizin fərqində olacaqsız. Bundan başqa yaddaşınızda daha çox xatirələri saxlaya biləcək, həm də öz qərar və addımlarınızı analiz edəcəksiniz.
5. Dostlarınızı diqqətlə seçin
“Dostunu göstər, deyim sən kimsən!” Deyilənə görə adi insanlar arasında 5 nəfərlə daha çox əlaqə saxlayırıq. Yaxşı olmaq istəyirsiniz? - ətrafınıza baxın, lazımsız əlaqələri kəsin, sizi ruhdan salan təsadüfi insanlardan uzaq olun.
6. Bədii yox, sənədli filmlərə baxın
Nə qədər vaxtımızı boşuna keçiririk? Axı sənədli filmlər təkcə əyləncə və xoş məşğuliyyət deyil, həm də dünyagörüşünü genişləndirmək imkanıdır.
7. Unutmayın: Dişlərinizi diş fırçasından çox diş sapı ilə təmizləyin
Bu aksiomadır – ağız boşluğunun uzun müddətli sağlamlığı diş sapından asılıdır.
8. Xarici dil öyrənin
Bizim zəmanəmizdə xarici dil bilmək sadəcə savadlı və intellektual inkişafa sahib olmaq demək deyil. Bu, həyatın zərurətidir.
9. Sağlam həyat tərzinizi davam etdirin.
Sevgi və karyeranıza nə qədər fikir verirsinizsə, sağlamlığınıza da o qədər fikir verməlisiniz. Ziyanlı qidalardan, yeməklərdən və digər zərərli vərdişlərdən imtina edin. Qorxularınızı unudun – bu, zəiflərə aiddir.
Hər kəsin qorxusu var və hər kəs öz qorxusu ilə bacardığı kimi – psixoloji durumdan və yetkinlikdən asılı olaraq - mübarizə aparır.
10. Pulunuzu yığın
Öz gəlirinizin 10%-ni qırağa qoyun (gələcəkdə mülk və s. almaq üçün) və 5 ildən sonra görəcəksiniz ki, nə qədər pul toplaya bilmisiz.
11. Fasilə verin
Heç olmasa həftədə bir gün kompüteri, işi, televizoru unudun. Sadəcə dincəlin, texnikadan da...
12. Özünüzə məktub...
Özünüzə yalnız 5 ildən sonra açacağınız bir məktub yazın. Və orda özünüzə bir neçə sual verməyi də unutmayın.
13. Sevgi möcüzələr yaradır
Sevin! Aşiq olun! Qayğısız sevin, amma həyəcanla... Qoy bu güclü hiss sizin daha da yaxşı olmağınıza kömək etsin.
14. Öz ətrafınızı kəşf edin
Hər gün yeni bir yerə gedin, hətta şəhərin adi bir yerinə və ya ticarət mərkəzinə olsa belə...
15. Susmaq qızıldır!
Bir dəqiqə susmağa cəhd edin. Bu bir dəqiqə ərzində fikir verin ki, ağlınıza hansı fikirlər gələcək və hansı emosiyalar sizi “əhatə edəcək.” Bir dəqiqə bitdikdən dərhal sonra hisslərinizi bir kağıza yazın. İnanın ki, bu, özünüzü dərk etməyə kömək edəcək.
XƏBƏR LENTİ
AMD-dən yenilik var
Saçınızın tez ağarmaması üçün…
Günün ulduz falı
İspaniya kralının qızı karantinə götürüldü
Miqrantlar Rusiyadan qaçır
Saturnda əsrarəngiz hadisələr baş verir
Ermənistan yanlış yolda
Saçımıza qarşı etdiyimiz səhvlər
Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO
Karbon pilinqi
Azərbaycanın orta məktəblərində yenilik
Filmlərdəki rollara bənzəyən insanlar
Avakado ilə saç və dəriyə qulluq
Qadın barğamını kəsib boynundan asdı
Mətbəx pərdələri
Xəyanət etdiyini göstərən davranışlar
Toy üçün özəl gün: 17.07.2017 - bu gün bütün saraylarda toy var
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində - VİDEO
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
Türkiyə Azərbaycan yığmasından revanş aldı
2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Dekolte bölgələrinə qulluq
Silvestr Stallonni qızı ilə alış-verişdə - FOTO
Bu gün imtahan olacaq
Qarışqanın iybilmə xüsusiyyəti
Qadınlar haqqında çəkilmiş son uğurlu filmlər
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi
Günün ulduz falı
Günün qoroskopu: fikrinizi dəyişməyiniz istisna deyil
Dünya xalqlarının çay mədəniyyəti
Dünya ulduzlarının təəccübləndirən FOTOLARI
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
Bitkilərlə dəbi canlandırdı
Yaponiyada uşaqların sayında rekord azalma
Rusiyada məktəblər yeni dərs ilinə kimi bağlı qala bilər
Novruzun mənşəyi və tarixi
Yay üçün hündürdaban ayaqqabılar
Uzun illər qıtlıq gözlənilir
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
May ayında neçə qeyri-iş günü olacaq?
Möhtəşəm rekord: dünyanı qaçaraq dolaşdı
Möhtəşəm səhər yeməyi (foto resept)
Dünya "pis dünya sindromu" yaşayır...
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Pendir souslu yaz salatı(foto resept)
DİN-in zabitlərinə general rütbəsi verilib
Eurovision 2011 - Kubok Bakıya gəlir!
Prezident Cıdır düzündə çay içib - VİDEO
- ŞƏRHLƏR