Qadin.NET / Həyatımızı necə yaxşılaşdıraq?

Həyatımızı necə yaxşılaşdıraq?

Kiçik məsləhətləri qəbul edərək xoşbəxt, sağlam və daha sakit ola bilərsiniz. Aşağıdakı 15 psixoloji məsləhəti diqqətlə oxumağınız tövsiyə olunur. 

1. Hər səhər 5 dəqiqə gülün.

Hər kəsə bəllidir ki, gülüş insanın enerjisini bərpa edir və əhval-ruhiyyəni qaldırır, həm də orqanizminizin şəxsi “məşqçi”sinə çevrilir.

Hər gün yeni ideya və fikirlərinizi yazın.

“Axtarış”a davam edin, siz "qızıl" tapacaqsınız. Tapanda isə dərhal fəaliyyətə keçin.

2. Hər həftə yeni kitab oxuyun.

Utopik səslənir? Bu asan olmayan tapşırığın öhdəsindən gəlmək üçün sürətli oxumağa dəyər.

3. Stolüstü oyunlar: Beynin həmişə işləməsi üçün bu oyunlar vacibdir

Tapmacaları tapın, krossvordları həll edin, gün ərzində komputerdə bir saat oyun oynayın ki, beyniniz həmişə tonusda olsun.

4. Gündəlik tutun.

Dünənki günü yazmaqla əvvəl fikir vermədiklərinizin fərqində olacaqsız. Bundan başqa yaddaşınızda daha çox xatirələri saxlaya biləcək, həm də öz qərar və addımlarınızı analiz edəcəksiniz.

5. Dostlarınızı diqqətlə seçin

“Dostunu göstər, deyim sən kimsən!” Deyilənə görə adi insanlar arasında 5 nəfərlə daha çox əlaqə saxlayırıq. Yaxşı olmaq istəyirsiniz? - ətrafınıza baxın, lazımsız əlaqələri kəsin, sizi ruhdan salan təsadüfi insanlardan uzaq olun.

6. Bədii yox, sənədli filmlərə baxın

Nə qədər vaxtımızı boşuna keçiririk? Axı sənədli filmlər təkcə əyləncə və xoş məşğuliyyət deyil, həm də dünyagörüşünü genişləndirmək imkanıdır.

7. Unutmayın: Dişlərinizi diş fırçasından çox diş sapı ilə təmizləyin

Bu aksiomadır – ağız boşluğunun uzun müddətli sağlamlığı diş sapından asılıdır.

8. Xarici dil öyrənin

Bizim zəmanəmizdə xarici dil bilmək sadəcə savadlı və intellektual inkişafa sahib olmaq demək deyil. Bu, həyatın zərurətidir.

9. Sağlam həyat tərzinizi davam etdirin.

Sevgi və karyeranıza nə qədər fikir verirsinizsə, sağlamlığınıza da o qədər fikir verməlisiniz. Ziyanlı qidalardan, yeməklərdən və digər zərərli vərdişlərdən imtina edin. Qorxularınızı unudun – bu, zəiflərə aiddir.

Hər kəsin qorxusu var və hər kəs öz qorxusu ilə bacardığı kimi – psixoloji durumdan və yetkinlikdən asılı olaraq - mübarizə aparır.

10. Pulunuzu yığın

Öz gəlirinizin 10%-ni qırağa qoyun (gələcəkdə mülk və s. almaq üçün) və 5 ildən sonra görəcəksiniz ki, nə qədər pul toplaya bilmisiz.

11. Fasilə verin

Heç olmasa həftədə bir gün kompüteri, işi, televizoru unudun. Sadəcə dincəlin, texnikadan da...

12. Özünüzə məktub...

Özünüzə yalnız 5 ildən sonra açacağınız bir məktub yazın. Və orda özünüzə bir neçə sual verməyi də unutmayın.

13. Sevgi möcüzələr yaradır

Sevin! Aşiq olun! Qayğısız sevin, amma həyəcanla... Qoy bu güclü hiss sizin daha da yaxşı olmağınıza kömək etsin.

14. Öz ətrafınızı kəşf edin

Hər gün yeni bir yerə gedin, hətta şəhərin adi bir yerinə və ya ticarət mərkəzinə olsa belə...

15. Susmaq qızıldır!

Bir dəqiqə susmağa cəhd edin. Bu bir dəqiqə ərzində fikir verin ki, ağlınıza hansı fikirlər gələcək və hansı emosiyalar sizi “əhatə edəcək.” Bir dəqiqə bitdikdən dərhal sonra hisslərinizi bir kağıza yazın. İnanın ki, bu, özünüzü dərk etməyə kömək edəcək.

22 noyabr 2013
GO BACK