Uzunömürlülüyün sirri
Hamı çox yaşamaq istəyir. Amma necə? Bir televiziya proqramında uzun ömürlülərin yaşam sirlərini izlədim. Mənə ən çox maraqlı olan onların bir ortaq nöqtəsi oldu: hərəkət və sağlam qida.
105 yaşlı nənənin dedikləri: "Ay bala, heç bir sirrim yoxdur, mən həmişə dağda-döşdə çalışmışam, yediyim yağ-bal olub, inək südü içmişəm. Ən çox yediyim balıq və göy-göyərti olub. Biz əti qızardıb yeməmişik, həmişə qaynadıb yemişik. Bir də çalışıb əsəbiləşməmişəm, kişi nə deyib, necə deyib, onu da eləmişəm. İnsanın ömrünün uzanmasının səbəblərindən biri də sevgidir. Əgər ailədə sevgi varsa, bir-birini başa düşmək varsa, ömür də uzanır. Xoşbəxt olmuşam həmişə, bizim ailədə heç vaxt söz-söhbət olmazdı, can deyib can eşitmişəm".
Ümumiyyətlə, qəbul edilən qida itirlimiş enerjiyə bərabər olmalıdır. Qəbul etdiyimiz qida itirdiyimiz enerjidən çox olmamalıdır. Çox hərəkət etmək lazımdır. İndi çoxumuz bitki yağından istifadə edirik, bu da çox doğru deyil, itirdiyimiz enerjiyə görə bitki yağı ilə yanaşı, təmiz kərə yağından da istifadə etmək lazımdır. Orqanizmin inkişafı üçün mütləq hərəkət etməliyik. Tez həzm olunan qidalardan uzaq durmaq lazımdır. Hazır qidalardan, siqaretdən, spirtli içkilərdən uzaq olun.
Ağır yeməkləri səhər, nisbətən yüngül yeməyi günorta, axşama isə lap az və yüngül yemək gərəkdir. Meyvə-tərəvəzdən çox istifadə edin. Dərmanlardan uzaq olun. Bir də ən əsası, yuxu rejiminə diqqət edilməlidir. Günəşlə yatıb, günəşlə qalxan çox yaşayar. Stressdən uzaq durun, çalışın soyuqqanlı olun.
Xeyirxahlıq da uzunömürlülüyə səbəb olur. Həmişə hesab edilirdi ki, qadınlar kişilərdən uzunömürlüdürlər. Amma indi qadınların da kişilər kimi siqaret çəkməsi onların da ömrünün qısalmasına səbəb olur.
Çox yaşamaq istəyirsinizsə bunları unutmayın:
1. Aktiv həyat tərzi keçirin, çalışın çox hərəkət edin.
2. Qanda xolesterinin miqdarını həmişə normada saxlayın.
3. Qan təzyiqinə nəzarət edin. Yüksək qan təzyiqi sakit ölüm deməkdir.
4. Tütündən imtina edin. Onun tüstüsündən də uzaq olun.
5. Düzgün qidalanın. Xüsusi pəhriz saxlayın.
6. Sevgi ilə yaşayın, sevin, sevilin.
Çalışıb televizordan və kompüterdan uzaq olun. Sağlam həyat tərzi keçirin. Pozitiv düşünün, hər şeyə yaxşı baxın, həyəcandan uzaq olun. Mənfi enerjidən qaçın. Allaha təşəkkür edin.
Hər kim 100 il yaşamasa, günah onun özündədir.
XƏBƏR LENTİ
Oturacaq üstü toxunmalar
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Toxluq hissi yaradan avokado pəhrizi
Biskivitli rulo peçenye (foto resept)
Qastrit üçün evdə hazırlaya biləcəyiniz içkilər
"Terrorun dini yoxdur"
Dodaqlarınadakı gelə görə Kor ola bilərdi-FOTO
Koronavirusa qarşı peyvəndin sınaqlarının nəticələri AÇIQLANDI
Daha bir ulduz Mourinyoya görə komandanı tərk edir
Meksikanın artefakt muzeyi
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Məşhurların oxşarları
Yerdən 9 min metr yüksəkdə qəribə qala - Video
Ümumxalq hüzn və Milli Qürur günü
Kim ki yüz il yaşamırsa... - Hippokratın dəyər verdiyi göyərti
Milli xörəklərin kolorisi məlum oldu
Sobada quzu ətli badımcan
Paltar Yumanın İncəlikləri
Koronavirusun növbəti əsas simptomu aşkar edildi
Monika Belluçidən YENİ FOTO
30 minlik borc sənədi Ebruya göndərildi
Hər yaşa uyğun saç modelləri
Düşməndən qalan qənimətlər Bakıda - VİDEO
400 il işləyəcək batareya yaradıldı
Məşhur reper 50 Cent də etirazçılara qoşuldu-FOTO
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
"Göbələk" tortu (foto-resept)
Gəlinlik almadan bunları nəzərə alın
Ölənlərin sayı 1810-a çatdı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Bu qadın tarixə düşə bilər
Novruzun ilk çərşənbəsinin vaxtı bilindi
Universitetlər paytaxtda olmayacaq
Düzgün seçilməyən ayaqqabının fəsadları
Tikinti şirkəti iflas olarsa, alıcı nə etməlidir?
Koronavirus iflic edir - Alimlərdən şok açıqlama
Robot "Sofiya" Azərbaycan haqqında danışdı-FOTO
Hava haqqında
Stresdən xilas olmağın yolları
Qəbul imtahanının VAXTI açıqlandı
Bu gün virtual “Son zəng” keçiriləcək
Zavoddakı yanğının söndürülməsi üçün helikopter cəlb edildi
Koronavirusla bağlı SON STATİSTİKA
Hadise tətilə çıxır
Ruhu yaşından böyük
Günün qoroskopu - 18.11.2013
Gecə aclıq hissi ilə mübarizə aparmaq niyə çətindir?
Başqa musiqilər...
Ətə bükülmüş duzlu xiyar (foto resept)
- ŞƏRHLƏR