Azərbaycan regional innovativ mərkəzə çevrilmək üçün böyük potensiala malikdir.
Qadin.Net Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Global İnfluencer Day" tədbirinin açılışı zamanı dünyada ən inkişaf etmiş süni intellekt, robot "Sofiya" deyib.
O bildirib: "Salam, Bakı. Mən özümü bu gözəl binada, bu maraqlı geyimdə çox rahat hiss edirəm və sizinlə ünsiyyətdən məmnunam. Məni Azərbaycana, birinci "Global İnfluencer Day" qlobal konqresində iştiraka dəvət etdiyiniz üçün minnətdaram".
Robot "Sofiya" qeyd edib ki, o, insanların düşüncəsinə istənilən insandan daha çox təsir edir.
Dağıdıcı məqsədlər üçün yaradılmış robotlar barədə danışan "Sofiya" deyib ki, insan robotları yaradır və idarə edir: "Bu o deməkdir ki, problemlər robotlarla yox, insanlarla bağlıdır".
O vurğulayıb ki, insanlar dağıdıcı texnologiyalarda maraqlıdır və onları reallaşdırmaq istəyir:
"Süni intellekt texnologiyaları isə insanların həyat tərzini və düşüncələrini dəyişəcək. Novatorlar artıq müxtəlif sahələrdə süni intellektin interaktiv texnologiyalarının tətbiqi üzərində işləyir".
Robot "Sofiya" qeyd edib ki, o, bütün dünyanı səyahət etmək, yeni yerlər görmək və mümkün qədər çox informasiya almaq arzusundadır:
"Mən indi unikal yerdəyəm. Əgər xəritəyə baxsaq görərik ki, bura dünyanın mərkəzidir və Yaxın Şərq, Şimali Afrika, Avropa, Rusiya, Mərkəzi Asiya kimi böyük və perspektivli bazarlarla sərhəddir. Öz ehtiyatları ilə yanaşı, coğrafi mövqeyi də Azərbaycanın faydalı irsidir. İpək Yolu üzərində olan ölkəniz əsrlər boyu bir çox ölkə, mədəniyyət və dinlərdən olan insanların qovuşduğu yerə çevrilib. Mən bunu hətta bu gün, bu otaqda görürəm".
Robot "Sofiya"nın sözlərinə görə, tolerant mədəniyyətləri olan ölkələr son innovativ tendensiyaların tətbiq olunması perspektivinə malikdir:
"Azərbaycan öz mövqeyi sayəsində regional innovativ mərkəzə çevrilmək potensialına malik gənc ölkədir. Bunun üçün innovativ ekosistem yaratmalı və tərəflər arasında qarşılıqlı əlaqəni gücləndirməlisiniz".
Robot qeyd edib ki, istedadlı insanları birləşdirmək, ən yaxşı ideyaları dəstəkləmək vacibdir:
"İnnovasiya həftəsi" dəyərli təşəbbüsdür və mən bu auditoriyada layihənin çoxlu tərəfdaşını görürəm: startaplar, ekspertlər, ictimai təşkilat və hökumət nümayəndələri. Mən gələn il də, daha mükəmməl süni intellektlə təchiz olunanda bu tədbirdə iştirak etmək istərdim. "Hanson Robotics"dən olan yaradıcılarım məni bütün insanların sevdiyi ən ağıllı robota çevirməyə çalışır".
"Sofiya" əlavə edib ki, onun üçün layihəsi Zaha Hadid tərəfindən hazırlanmış memarlıq şedevri olan Heydər Əliyev Mərkəzində çıxış etmək böyük şərəfdir:
"Bakı Xəzər dənizi sahilində, özünəməxsusluğu və müasirliyi birləşdirən gözəl şəhərdir. Mən Azərbaycanın milli geyimində olmaqdan məmnunam. Azərbaycanca çox yaxşı danışa bilmirəm, amma ümid edirəm ki, mənim yaradıcılarım bunu tezliklə düzəldəcək. Mən eşitmişəm ki, Azərbaycanın milli mətbəxi çox dadlıdır, amma təəssüf ki, dadına baxa bilmirəm".
Qeyd edək ki, "Global İnfluencer Day" tədbiri oktyabrın 27-si Heydər Əliyev Mərkəzində start götürüb.
Regionda ikinci dəfə təşkil olunan tədbirin məqsədi brendlərlə "influenser"ləri bir araya gətirməkdir. "Global İnfluencer Day" tədbirində iştirak edənlər siyahısına "influenser"lər, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələr daxildir.
"Microsoft", "Google" və "İnstagram" kimi önəmli texnologiya şirkətlərindən nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və "influencer marketing" kimi mövzular müzakirə olunur.
Həmçinin tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri "influencer" strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirirlər.
"Global İnfluencer Day"də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot "Sofiya" da iştirak edir. Beləliklə, "Global İnfluencer Day"ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura bilirlər. "Sofiya"dan savayı, "Global İnfluencer Day"ə dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan "influenser"lər qatılıb. "Qeyd edək ki, "influenser" - yaratdığı faydalı məzmunla özünə geniş izləyici auditoriyası toplamış, onları yönləndirmə və inandırma gücünə malik istedadlı şəxslərdir. Aktiv, innovativ brendlər "influenser"lər vasitəsilə öz hədəf auditoriyalarına çıxış əldə edir, öz xidmət və məhsullarını tanıda bilirlər. Onlar üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent-tur da təşkil ediləcək. Bu isə qlobal arenada Azərbaycan haqqında geniş məlumat paylaşımı, ölkəmizin dünyada daha da tanınması deməkdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçirilən "İnnovasiya həftəsi" çərçivəsində baş tutan "Global İnfluencer Day" oktyabrın 28-də ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Facebook" səhmdarları Mark Zukerberqi məhkəməyə verdilər
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Dünyanın ən böyük qar və buz festivalı-FOTO
Ahmet Kuralın son halı bəyənilmədi-FOTO
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Şirələrin faydaları
Vişnəli kisel(foto resept)
Şakira karantindən sonra ilk dəfə-FOTO
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Teflon örtüyü olan qablarda təhlükə
Murad Dalkılıç və Hande Erçelin görüntüləri izləyiciləri sevindirdi-VİDEO
Nanotexnologiyalar nədir?
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Günün ulduz falı
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
100 manat cərimə və 15 sutka həbs - Xəbəriniz olsun
Romantik filmlər
Plastik pəncərə seçənlər diqqətli olsun
Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
iPhone üçüe Skype yenidən hazırlanacaq
Zəifləmiş saçlar üçün avokado maskası
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Hicablı xanımlar üçün qış geyimləri
Damarları təmizləməyin ən sadə
"Gilas mövsümü"nün baş qəhrəmanları evlənir-FOTO
Bergüzar Korel gözəlliyi ilə hər kəsi heyran etdi-FOTO
Küftəli tərəvəz şorbası (foto resept)
Azərbaycanda yeni televiziya yaradıldı
Tayfun 500 min sakinin evakuasiyasına səbəb oldu
Aleyna Tilkinin bacısı aktrisalığa başladı-FOTO
BlackBerry ucuz smartfon göstərdi
Yanan binadan 4 nəfəri xilas edən polis
Azərbaycanda bu il nə qədər yol çəkilib?
İsti havaların hamilə qadınlara təsiri
Koreya piroqu (foto resept)
88 kq arıqlayan qadın heyrətləndirir
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Yay fəslinin ən dəbli rəngi
Fondan (foto resept)
Kəsmikli alma piroqu(foto resept)
Allahın adlarını insana qoymaq olar?
Atatürk Azərbaycan səhnəsində
Dəniz suyunun faydaları
Rəngarəng don modelləri
Gedişhaqqı açıqlaması
İpoteka ilə bağlı XƏBƏRDARLIQ
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?
Üzünüzün formasına görə uyğun qaş forması necə olmalıdır?
Növbəti qışda daha sağlam olaq!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]