1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərinin yaşayırdı.Seperatçı-terrorçu ermənilər getdikcə azğınlaşdılar.Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi.
Azərbaycan xalqı arıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir kömək göstərməyəcək.Nicat yolu imperiya boyunduruğunu atmaqda və müstəqillik əldə etməkdədir.İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı.Azərbaycanda xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə hərəkət etdiklərindən xalqın etimadını təmamilə itirmişdilər.
Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ –nin dağılmasına qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün SSRİ ərazisində azdlıq hərakatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi.Odur ki, Bakı ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdir.1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-sində saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tədbiq edilməsi haqqında” fərman verdi.Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlandı.Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi.
“Bakı əməliyyatı”na SSRİ Müdafiə Naziri D.Yazov şəxsən rəhbərlik edirdi.Bakı qarnizonunun qoşunları, başqa yerlərdə gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi.Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı.Əsgərlər gözyaşardıcı qazdan istifadə edir,eyni zamanda adamları avtomat silahdan güclü atəşə tuturdular.Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyasılarının işçiləri küçə fənərlərini söndürmüşdülər.Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular.Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların- qocaların, qadınların uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.
Bakıda və Respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuş, 4 nəfər itkin düşmüşdü.Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəymişdir.
Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində
Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız – 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-neçə insanımız şəhid oldu.Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşdü.
Fövqəladə vəziyyət elan olunmasına baxmayaraq,Bakı yanvarın 22-də azadlıq şəhidləri ilə vidalaşdı.Şəhər matəm libası geyinmişdi.Respublikada 3 gün matəm elan olunmuşdu.”Azadlıq”meydanında böyük matəm mitinqi keçirildi.Bu azadlıq yolunda müqəddəs şəhidlərə ehtiramın,habelə Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi.Şəhidlər şəhərin ən uca yerində dəfn edildi...20 yanvar şəhidlərinin və 31 mart soyqırım qurbanlarının müqəddəs ruhları bir-birinə qovuşdu.
İmperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi.Bu böyük faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.
Bir daşı qırmaq üçün bəlkə yüz dəfə ona vurursan.Ancaq qırılması nədir,heç çatlamır da.Sonra birdən yüz birinci vuruşda daş ikiyə bölünür.Bax,o zaman anlayırsan ki,daşı ikiyə bölən son vuruş deyil,ondan əvvəlkilərdir.Bəs görəsən 20 Yanvar hadisəmizi bu qədər təbliğ edirik,nədən daşı qırılmır və ya nə vaxt qırılacaq?
XƏBƏR LENTİ
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
"Eurovision-2016" qalibi yenidən ana olacaq-FOTO
Ulduzlar "Jara-2018"in qırmızı xalısında-FOTO
Cins şalvarlar
Prezident və xanımı ümumxalq şənlikdə iştirak ediblər
Günün qoroskopu: Risk etməyin!
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı
Ermənistanda qaça-qaçdır
10 rayonda qaz problemi olacaq
Radamel Falkao Beylin rekordunu qıracaq?
Telefonla tanışlığa necə baxırsınız?
Müharibə ehtimalı artıb
Azərbaycan banklarını nə gözləyir?
2017-ci ilin yeni sevimlisi: Ağ rəngli donlar
Hadise 1 milyon itirdi
Yenə dünyanın sonu gəlir?
Aspirin sağlam insan üçün zərərlidir
Çuğundur salatı (foto resept)
Yayda dəbdə olan 3 saç modeli
Motivasiya və uğur qazanmaq üçün taktikalar
Yol
Yaralı barmağa "dolama"
Məşhur müğənninin paltarı fantastik qiymətə satıldı
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb
Əsəblərimizi ev şəraitində necə müalicə edək?
Azərbaycanda teatrında yenilik
1 milyon adama pis xəbər
İnternet üçün pilotçuz təyyarələr
Azərbaycanda qiymət artımı ilə bağlı yayılan məlumatlar doğrudur?
Karantin şəraitində toy - VİDEO
Azərbaycanın tanınmış rəssamı vəfat etdi
"Zalim İstanbul"serialı cərimələndi-SƏBƏB
Günün ulduz falı
80-ci illərdən gələn pencək dəbi
Azərbaycan efirində rekord
"Qoca sinyora" qonağını parçaladı
Şokolad asılılıq yaradır
Dadlı naxışlar
Tolgahan ATA OLDU!-FOTO
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Facebook-da şərhlərdən şikayət olacaq
Qurban bayramının vaxtı açıqlandı
Dreykin 979 min dollarlıq geyimi səs-küy yaratdı - FOTO
Ən qatı dırnaq boyaları
Gülben Ergenin yalanı instagramda üzə çıxdı
Əhməd Cavad
İnsan nə üçün ət yeməlidir?
- ŞƏRHLƏR