Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, cənub küləyi 9-14 m/s olacaq. Temperaturun gecə 5-7° isti, gündüz 8-13° isti olacaq.
Bakıda gecə 5-7° isti , gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-8° isti təşkil edəcək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çuğundur salatı
Hay-küyü çox, faydası yox
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Monika Belluçidən yeni FOTOlar
Sosyopatı necə tanımalı?(1)
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Hepatitdən qorunmağın yolları
Qiymət artıranlar sərt cəzalandırılacaq
Müəllimlərə veriləcək testlər
Günün ulduz falı
Bədən tipinə uyğun ətək seçimi
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
Sevgi münasibətləriniz necədir?
Dedektivlər barədə
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
Yeni girovun 15 yaşı var imiş
Yeni tikilən mənzillər ucuzlaşdı, köhnə tikililər isə əksinə
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar
31 il əvvəl itkin düşmüş oğlan ailəsinə qovuşdu - VİDEO
Atanın genləri ilə keçən xüsusiyyətlər
Qədim hamamlar dağılmaq təhlükəsi ilə üz-üzə
Əlillərə xəbər var
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Monika Belluçidən YENİ FOTO
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
İstanbulda Şuşa sevinci - VİDEO
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Qarğalar haqqında maraqlı məlumatlar
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Yalnız kişilər üçün!
Zəmzəm suyunun möcüzəsi
Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı
Bakıda Quba alması qıtdır, Qubada isə alıcı
Albalılı piroq (foto resept)
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Bu geyimlər koronavirusdan qoruyur
39083 brilyant qaşlı çəkmə göstərildi
"Bizim mobil telefonlar"
Ancelina Bredlə barışmaq istəyir?
Dəbli və zövqlü koftalar
Eyfel qülləsinin "kiçik bacı"sı
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Sabahın HAVAsı
Yeni il şəkilləri
- ŞƏRHLƏR