Osmanlının böyük padşahı Qanuni Sultan Süleyman və böyük sevgisi Xürrəm sultanın bir qız uşağı dünyaya gəlir. Əfsanəvi bir eşqin meyvəsi idi bu uşaq və buna görə bəlkə də əfsanəvi eşqin şərəfinə adı Mihrimah qoyulmuşdur. ”Mihr-ü” farsca Günəş, “Mah” isə Ay deməkdir. Zaman sürətlə keçmiş, Mihrimah Sultan böyüyüb 17 yaşına gəlmişdi, o zamanlar üçün evləndirilməsi uyğun olan bir yaşda idi. İki namizədi olur: biri Diyarbakır qubernatoru Rüstəm Paşa, digəri isə Sarayın baş memarı Memar Sinan. Padşah yeganə qızını Rüstəm paşa ilə evləndirir və Sinanın evli və 50 yaşında olduğunu deyir. Amma memar Sinan Mihrimah Sultana dəlilər kimi aşiq olur.
Memar Sinan aşiq olduğu Mihrimah Sultana qovuşa bilməmişdir, lakin ona olan eşqini sənətinə köçürmüşdür. Memar Sinandan İstanbulun ən gözəl yerlərindən birinə - Üsküdara Mihrimah Sultan adına bir məscid tikməsini istəyirlər. Memar Sinan 1540-ci ildə inşa etməyə başladığı məscidi 1548-ci ildə tamamlayır. Məscid inşa edilərkən bir tərəfdən də heç şübhəsiz öz eşqini izah edir. Və əsərində sanki "ətəkləri yerlə sürünən bir qadın" siluetini verir. Ayrıca, məscidin arxitekturası üçün nümunə götürdüyü bir başqa yer isə müqəddəs eşqə həsr edilmiş şah əsər Ayasofya olur.
Bəhs edilən bu məscid 2 minarəli olub padşahın fərmanı ilə tikilən bir sənət əsəridir. Amma Sinanın söyləyəcəkləri bununla bitmir, bu əsərdən 14 il sonra o günə qədər ilk dəfə padşah fərmanı olmadan Edirnəkapı divarına çox yaxın, heç kimsənin maraqlanmadığı ucqar, amma İstanbulun ən yüksək təpəsi olan bir yerdə ikinci bir əsərini yaratmağa başlayır.
Mihrimah Sultana ithafən yaratığı bu əsər də sanki sevdiyi qadını əks etdirir. Məscid Mihrimah sultanın o sadə və bir o qədər zadəgan gözəlliyinə istinadən kiçikdir və 38 metrlik bir minarəyə malikdir. Bir ədəd incə qübbəsinin üzərindəki 161 pəncərə isə daxili gözəlliyinin nə qədər işıqlı və aydın olduğunu təmsil edir və gün işığının hər küncdə sanki rəqs etdiyi qadına xas ədanı əks etdirir (O tarixdə bu alçaqlıqda və bu qalınlıqdakı bir qübbəyə o qədər pəncərə dünyada yalnız Memar Sinan tərəfindən inşa edilə bilərdi). Məscidin içindəki pandatiflərdə və minarə kənarlarındakı uzun naxışlarda Mihrimah Sultanın ayaq topuqlarını döyən gözəl uzun saçları təsvir edilmişdir. Və qeyd edilir ki, məscidin tək minarəli olması Mihrimah Sultanın usta Sinanin yeganə böyük sevgisi olduğunu göstərir.
Amma Sinan eşqinə elə sehrli bir tilsimlə möhürləmişdir ki, bu sirrə məəttəl qalmamaq, o sevdanın gücünə inanmamaq mümkün deyil. Sinan Ustanın eşqinin vəsiqəsidir bu iki məscid. Sanki hər iki məscidin də yeri diqqətlə seçilmişdir. Onlar Günəşin şərq və qərb yerləri müəyyən edilərək tikilmisdir. Edirnəqapıdakı Mihrimah Sultan məscidini eyni anda görə biləcəyiniz bir yer müəyyən edin. Günbatanda (əlbəttə, ilin yalnız bir günü - martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi gündür və ən maraqlısı budur ki, o gün Mihrimah Sultanın doğum günüdür) görəcəyiniz möhtəşəm mənzərə budur: Edirnəqapı məscidinin tək minarəsinin arxasından günəş batarkən Üsküdardakı məscidin minarələri arasından ay doğulmaqdadır!
XƏBƏR LENTİ
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Kosmosa birə göndərilir
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
III dünya savaşı siqnalı
Çox istəyirəm…
Damla şokoladlı keks (foto resept)
Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib
Susmayan Bülbül
HAVA necə olacaq?-2 Mart
Dəbli ziyafət geyimləri
Badımcan ikrası (foto resept)
Papalar ilk dəfə təbrikləşdilər
Kəndə köçənlərə MÜJDƏ: Hər ailəyə 70 min verəcəklər
Azərbaycanda yağış yağacaq
Qəlb hüzuru üçün namaz
Avropanın ən ucuz qış xizək kurortu məlum oldu - FOTO
Nə gözəl idi uşaqlıq
Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va
Ərdoğan Putindən qisas aldı
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüsü - VİDEO
Bakıda fantastik qiymətə it
Müharibələrin insanlara psixoloji təsirləri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Gündəmi silkələyən TQDK-nın statistikası
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Altıağaca gedən yol daha rahat olacaq - FOTO
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
Azərbaycan ombudsmanı mükafat aldı
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Məşhur türk aktyoru "Emmy"də aparıcı oldu
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
Sıla kökəldi-FOTO
Bibər tamatı (foto resept)
Alim Qasımovun səhhətində problem yarandı
Türkiyə prezidentinin Qarabağ arzusu
DİQQƏT: Bu telefonlarda "WhatsApp" işləməyəcək
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
XANIMLAR ÜÇÜN GEYİMLƏR
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Rəsmlərə bənzəyən insanlar
Hava haqqında - 21.11.2013
Sofi Terner ana oldu
Sabahın HAVAsı
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Azərbaycan filmləri qardaş ölkədə
- ŞƏRHLƏR