Bəzi kitablar var ki, ya heç nə yazmamamağı tərcih edirsən: hansı ki, nəyi isə əksik yaxud nəyi isə kitaba layiq olmayacaq bir şəkildə yazacağından qorxursan.Ya da o qədər çox fikir yazmağı istəyir və səbrsizlənirsən ki, bir göz qırpımında hər şeyi sətirlərdə görməkistəyirsən..
“Ustam ve Ben” əsəri məndə elə doğma bir yer qazandı ki..Elif”i “AŞK” ilə əzbərləyirdimsə “Ustam ve Ben”lə də təkrar edəcəyəm gümanki..Sadəcə möhtəşəm idi. 2 ilə yaxındır əlimdə olan kitabı niyə oxumamışam deyə qınayırdım amma bitdikdən sonar dedim: ELƏ MƏHZ İNDİ OXUMALI İMİŞƏM..!
-Kitab 2013 cü ilin dekabr ayında nəşr olundu .Haqqında inanılmaz məqalə və fikirlər yazıldı. İstər tvdə istər sosial şəbəkələrdə istərsə də
gündəlik müzakirələrdə. Bəyənənlər və bəzi məqamları (tarixi baxımdan) yerdəyişim etdiyinə görə qınayanlar oldu. Lakin inanıram ki, həmin insanlar sondakı müəllif fikrinə səthi yanaşıblar. Sırf əsəri bəyəndiyim üçün demirəm. Təbii ki, zövqlər və fikirlər müxtəlifdir. Əksinə tənqid gəlirsə demekdir: DOĞRU YOLDASAN!
-Kitab 472 səhifədir. İnanın bu səhifələrdə elə möhtəşəm səyahət nöqtələri var idi ki:
Məhəbbət şəhəri-AGRA
Şeirlər şəhəri-ROMA
Memarlıq diyarı-FLORENSİYA VE VENESİYA həmçinin ROMA və möhtəşəm xəyallar ölkəsi – İSTANBUL…
-Kitabda bütün hadisələr Osmanlı dönəmində baş verir. Sultan Süleyman, Sultan Səlim, Sultan Muradın hakimiyyət illərindəi real baş
verən hadisələr (kimi zaman xəyal), Hürrəm sultanın gördüyü işlər.. Amma əsas MEMAR SİNAN,şagirdi CİHAN ,fili ÇOTA və sultan qızı
MİHRİMAH..
-Memar Sinan haqqında çox əsərlər oxumuşam.Sırf buna səbəbdir ki, kitabdan dünən 160 səhifə oxumağıma baxmayaraq böyük qismini bu gün oxuyub bitirdim.
-Memar Sinan dahi müəllim, işinə sadiq mütəxəssis, sənətini sevən və xalqının faydası üçün çalışan dahi idi. Və ondan olsa gərək ki, şagirdlərinin üzərinə pərvanə işıq ətrafında əsən kimi əsirdi. Sinan mükəmməlliyəti sevən insan deyildi. Bunu hamıya miras qoymaq üçün
bütün tikilərində sadə bir qüsur buraxırdı. Şahzadə məscidi, Süleymaniyyə məscidi, Ayasofyanın tam təmiri, Mihrima məscidi və s. kimi möhtəşəm işlərin memarı olan Sinan öz işlərini o dərəcə gözəl və bənzərsiz görürdü ki, dünya ölkələri arasında memarlıqdan bəhs edərkən onun adı Roma memarları ilə yanaşı çəkilirdi. Onun əl işləri dünyanın çox ölkələrində ilham mənbəyi olmuşdu. Hətta bəzən “filankəs sırf Sinanın şagirdidir- deməli yaxşıdır” düşüncəsi ilə onun şagirdlərinə möhtəşəm işlər tapşırılmışdır. Əslində reallıqda Memar Sinan sultan qızı Mihrimaha aşıq olmuşdur. Həmçinin şagirdlərindən bəziləri. Və Elif əsərdə məhəbbət mövzusunu Sinan üzərində deyil onun şagirdi Cihan üzərində qurmuşdur. “Dünya su kimi axsın!” deyirdi Sinan. O insanları pis düşünə bilmirdi..Memar Sinan insanlığı sevən insan idi..
-Cihan isə sadə bir filbaz hintli idi. Əslində başqa səbəblərdən saraya gedib tamam başqa insan kimi yetişmişdi. Lakin onu yetişdirən Sinan Cihana yeni gələcək bağışladı. Əvvəl fil baxıcılığı edən Cihan sonar Memarın sağ qolu oldu. Sinan öldükdən sonar yerini ona vəsiyyət etdi. Əsərin başlarından mənə Cihan çox tanış gəlirdi. Çünki mən Hindistanı sevirəm. Çünki Tac-Mahal I sevirəm. Çünki onu tikən memar, Sinanın şagirdi idi və məhz Hindistanda yaşayıb müəyyən səbəblərdən köç etdikdən sonra təsadüfən qayıdıb o tikiliyə rəhbrəlik etmişdi. Mən yanılmamışdım.. Bu elə həmin Cihan idi.. Həmin hissədə bütün bədənim ürpərdi. Tarix təkərrür edirdi elə bil. Cihanı oxuduqdan sonar insan bir daha dərk edir ki, məhz ELM –İRFAN İNSANA YAXŞI TƏRBİYƏÇİ,MÜƏLLİM OLA BİLƏR!!
-Çota.. Heyvanlardan xüsusən fil və atları çox sevirəm. Bəlkə də “Əlvida Gülsarı” və bu kitabı sevməyimdə o sevginin rolu var. Çota Cihanın dostu, yoldaşı, təsəllisi, hər şeyi idi.. Son günlərində belə elə qayğı var idi ki, aralarında.. Bir oxucu kimi gözyaşı içində bunu hiss etməmək qeyri mümkün idi..Məhz həmin sədaqətli Çota inşaatlarda, şənliklərdə, savaşın ağır anlarında bir sözlə hər an köməklərinə çatmadımı? İnsan düşünmədən edə bilmir: Dilsiz ağızsız bir heyvan bu qədər vəfa verərkən insan niyə eynisini etməkdə acizdir?? Bir sözlə hər biriniz əsəri oxuduğunuz zaman MƏNİM DƏ BİR ÇOTAM OLSUN deyəcəksiniz…
-Həmçinin Sinanın digər 3 şagirdi: Yusif, Davud, Nikola; Mihrimah sultan, Balaban, Hesna hatun, Tomaso, Simeon yadda qalan və təsirli
obrazlar oldu..
-Ümumiyyətlə bir müəllimin işində yaxşı olması 1-ci işini 2-ci şagirdlərini sevməkdən başlayır.. Bu fikrimin təsdiqini bir daha bu kitabda tapdım.. Həmçinin Sİnanın kitablara olan məhəbbəti məni məndən aldı apardı.. Kitabda Nəsrəddin Tusi adını görmək ürəyimi pərvazlandırdı. Həmçinin Dante-İlahi Komediya adına rast gəlmək olmazın sevindirdi.
Səadət Dadaşova
XƏBƏR LENTİ
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bu müalicə beyni dağıdır
Cennifer Lopesin 48 yaşı var, amma... - FOTO
Fındıqlı piroq (foto resept)
Şişləmə tort (foto resept)
Hava haqqında
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Spiral
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Günün ulduz falı
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Huawei - 20 milyon smartfona doğru
Azərbaycanda gənclər günüdür
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Xan Lənkəran
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Dəbli yay donları
Qaçqınlar təhlükə altında qalıb
Şəkil çəkmək asan iş deyil
İrəvanda böyük Qarabağ qorxusu
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Engin Altandan gözlənilməz qərar
Metro bağlanır - RƏSMİ
Sevginin əlamətləri
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Cəbhədə gərgin gecə
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Metroda pulsuz Wi-Fi işə düşdü
“Qalatasaray” da PSJ-nin halına düşdü
Əxlaqi degenerasiya
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Yumşaq divan dəstləri
Kökəlməyə səbəb olan pəhriz xətaları
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Mişel Obama kələm turşusu hazırlamağın sirrini bölüşüb
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Ay Yerə YAXINLAŞIR
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
4 yaşlı oğul atanı peşman etdi
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
- ŞƏRHLƏR