Bakıda hava 22°
USD AZN
EUR AZN

Ucqar bölgələrdə 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək

Ucqar bölgələrdə 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək


Azərbaycanda 32 bölgəni əhatə etməklə daha 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması nəzərdə tutulur.

Qadin.Net trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O, hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib.

E.Əmrullayev əlavə edib ki, 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması əlavə olaraq 5000-6000 nəfər 3-5 yaşlı uşaq üçün Azərbaycanın ucqar bölgələrində təhsil imkanının yaradılması deməkdir.

Təhsilin keyfiyyətinin artması baxımından məktəbəqədər təhsilin əhəmiyyətinin çox böyük olduğunu söyləyən nazirlik rəsmisi bildirib ki, ötən 2 il ərzində Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 100 icmada 2000 uşaq üçün oxşar qruplar yaradılıb.

Səslərin sayı: 0
0
60
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış