2017-ci ildə Azərbaycanda ekstremal çəkili (500-1000 qram) 332 uşaq dünyaya gəlib.
Qadin.Net bildirir ki, bunu trend-ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.
Onun sözlərinə görə, 1000 q-dan da az çəki ilə vaxtından əvvəl doğulan uşaqlar il ərzində yenidoğulan bütün körpələrin təxminən 1 faizini təşkil edir.
Baş neonatoloq əlavə edib ki, hazırda dünyada neonatologiya sahəsində ən əsas problemlərdən biri çox az çəki (1000-1500 qram) və ekstremal az çəkili uşaqlarla bağlıdır.
R.Hüseynov qeyd edib ki, son dövrlərdə Azərbaycanda hər il yenidoğulanların 8-10 faizini vaxtından əvvəl doğulan körpələr təşkil edir.
Baş mütəxəssis bu rəqəmin dünya üzrə orta göstərici olduğunu söyləyib:
"Dünyada yenidoğulanların arasında vaxtından əvvəl doğulmuşların faizi təxminən 5-14, bəzi hallarda 16 faiz olur. Bu problem inkişaf etmiş dövlətlərdə də mövcuddur. Çünki bəzi ölkələrdə mamalıq-ginekologiya sahəsinin inkişaf etməsindən asılı olmayaraq, hamilə qadınlarda vaxtından əvvəl doğuşların baş vermə səbəbi həyat tərzi, ekoloji mühitin və müxtəlif xəstəliklərin təsirinin nəticəsi olur".
R.Hüseynov əlavə edib ki, Azərbaycanda vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 30-35 faizi sağ qalır.
Bunu qənaətbəxş göstərici sayan baş neonatoloqun sözlərinə görə, 10 il əvvəl vaxtından əvvəl, 1000 q-dan da az çəki ilə doğulanların 5-10 faizi sağ qalırdı:
Son 10 ildə biz nisbətən yüksək göstəriciyə nail olmuşuq. Əminik ki, ekstremal az çəki ilə doğulan körpələrdən sağ qalanların sayı artacaq".
R.Hüseynov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi ilə əlaqədar artıq 500 qramdan çox çəki və hamiləliyin 22 həftəsindən yuxarı doğulan uşaqlar diridoğulan uşaqlar hesab edilir.
XƏBƏR LENTİ
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Səbrsizlik də xəstəlikdir
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Dünya daha bir təhlükəli virusla üz-üzə
Yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək?
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Subay pilotlara iş olmayacaq
Başqa dünyalar bir rəssamın gözü ilə
Günün qoroskopu: Mübahisə etməyin!
Günün ulduz falı
Aldatma da genetik keçir
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Mənim dərsliyim Sənsən!
Ölçü fərqinə təəccüblənəcəksiniz
Bu mahnılar işgəncə verir
5 dil bilən qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Castin Biberin yoldaşı ETİRAF etdi
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Yeni il çox maraqlı keçəcək
Anar "Bəxt üzüyü"nün Sarasını dəyişdi - VİDEO
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Hər gün 4 badam yemək üçün 7 səbəb
Hava haqqında
Borc verərkən diqqət edin!
28 milyon dollarlıq villa
Stress və gərginlikdən xilas olmağın 15 yolu
Ispanaq piroqu(foto-resept)
Azərbaycana xüsusi taksilər gətirildi
Möhtəşəm gəlinliklər
Bunları bilmək maraqlıdır
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
​Mart ayında 6 gün dərs olmayacaq
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Hamiləlik dövrləri (32-39 həftələr)son
Rusiyanın xalq artistləri Bakıya gəlir
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Əncirli bisküvit (foto-resept)
Stil ikonu Taylor Tomas Hill
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı
Megan bir daha diqqət mərkəzində-FOTO
Azərbaycanda çörək bahalaşır?
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
“Anam məni tərk etdi, bu günahdırmı?”
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
217 min dollarlıq çanta satıldı-FOTO