Qoç - gün qeyri-standart çıxış yolları və qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur.
Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza dəstək olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq. Maliyyə və əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli hədiyyə ala bilərsiniz.
Buğa - günün birinci yarısı dünyada heç nə sizin öz gücünüzə inamınızı sarsıda bilməz. Çətin işləri görməyə, mürəkkəb məsələləri həll etməyə çalışın. Bir çox Buğaların məqsədləri var. Bunlara çatmaq üçün sizə kömək edə biləcək insanlar da az deyil, üstəlik yaxınınızdadırlar. Gün yeni ortaqla məhsuldar əməkdaşlıq vəd edir, ancaq güzəştə getməyə hazır olun: hər şey siz istəyən kimi olmur.
İctimai tədbirlərə, eyni zamanda ziyafətlərə qatıla bilərsiniz.
Əkizlər - rəhbərliklə münaqişədən qaçın: tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq.
Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür. Yaradıcı peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları olacaq. Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət məsələləri yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.
Xərçəng - mövqeyinizi qorumaq üçün qətiyyət göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər daha yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər. Ətrafınızda baş verən hər şeyə diqqət yetirməyiniz vacibdir: istənilən xırdalıq həlledici rol oynaya bilər.
Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada hər şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil tapmaq isə çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla romantik münasibətləriniz yarana bilər.
Şir - çox yaxşı bir gün keçirəcəksiniz. Əgər onun daha da məhsuldar olmasını istəyirsinizsə, əvvəlcədən hərəkət planı qurun və bütün xırdalıqlarına qədər ona əməl edin. Zəifliklərinizə qapılmağınız ciddi ziyan verməsə də, uğur qazanmaq şansınızı yarıbayarı azaldacaq. Maliyyə işləri ehtiyat tələb edir, sövdələşmələr bağlamağa tələsməyin.
Yeni tanışlarınıza xasiyyətinizin parlaq tərəflərini göstərməklə onlarda xoş təəssürat yarada bilərsiniz. Ekstravaqantlığa can atmayın, yalnız əsl cəsarətli addımlarınız əla nəticələr qazanmağınıza imkan verəcək.
Qız - həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.
Tərəzi - parlaq, maraqlı gündür. Maraq doğuran təkcə baş verən hadisələr deyil, sizin onlara münasibətinizdir. Sabit emosional fon gün ərzində gözəl əhvalı qoruyub saxlamağınıza kömək edəcək. İntuisiyanız isə kiminlə iş görüb, kimdən kənar gəzməyi sizə düzgün diktə edəcək.
Kommersiya fəaliyyəti üçün münasib gündür: bağlanılan sövdələr uğurlu olacaq. Əyləncəli tədbirlərə qatılmaq məsləhətdir. Əgər kinoya gedəcəksinizsə, ciddi dram əvəzinə komediyaya üstünlük verin.
Əqrəb - çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.
Oxatan - ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Oxatanlar insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.
Oğlaq - maraqlarınızı və dünya baxışınızı bölüşən insanlarla ünsiyyət üçün münasib gündür. Qadınlarla dil tapmaq asandır, eyni zamanda köhnə tanışınız olan bir xanım sizə gözləmədiyiniz halda kömək və dəstək verəcək. Dostlarla, eyni zamanda sevgilinizlə görüşlər gözəl keçəcək.
İntuisiyanız çox güclüdür. Onun sayəsində mürəkkəb, qarışıq vəziyyətlərdən baş tapacaqsınız. Pul ala bilərsiniz, onun məbləği böyük də ola bilər. Təmirə başlamaq, yaxud evinizi bəzəyəcək bir əşyaya pul xərcləmək olar.
Dolça - çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək.
Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər.
Balıqlar - xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq.
XƏBƏR LENTİ
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Damarları təmizləyən qidalarla tanış olun!
Bu gecə 24 oyun olacaq
Qarğalar haqqında maraqlı məlumatlar
Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO
Günün ulduz falı - 07.03.2014
Çağatayın rejossorluğu başlamadan bitdi-SƏBƏB
Qida formasında bijuteriyalar
Şadlıq saraylarına xəbərdarlıq edildi
Güclü külək əsəcək
Fransanın xarici işlər naziri istefa verdi
İlon Mask belaruslara kömək təklif etdi: “Nə edə bilərik?”
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (II hissə)
Süni mayalanmadan öncə diaqnoz
Göyərtilərin faydalı xüsusiyyətləri
Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO
Avropada sonuncu o idi
Dəri geyimlər
Siqaret yenə bahalaşdı
Dalğa kimi körpü
Gül açan 5 kaktus
HAVA necə olacaq?-3 Avqust
Diqqət! Diqqət! Danışır Bakı!
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Türk idmançılar Bakıda
Güclü insanların 8 xüsusiyyəti
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı?
Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR
Köklü, qozlu, darçınlı keks (foto resept)
Qar adam (özün düzəlt)
2013-də Azərbaycanda neçə film çəkilib?
Prezenteizmin axırı yaxşı qurtarmır...
Mirvari dəbi geri qayıtdı
Özəl bağçalarla bağlı açıqlama
Sevimli salat (foto resept)
Qan şəkərinin düşməsinin səbəbləri
Müəllim şikayəti
Zəvvarlarımız həcc ziyarətinə xüsusi təyyarələrlə gedəcəklər
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Kəsmikli alma piroqu (foto-resept)
Google əvəz axtarır
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Azərbaycanda Qurban bayramı qeyd olunur
Şir bürcü qadını
Qadın.netlilərə gülək
Hamilə qalma şansını artıran qidalar
Utancaqlıq
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Acun və Şeyma Melisaya görə razılığa gəlib-FOTO