Bakıda hava 22°
USD AZN
EUR AZN
19 avqust 14:15PERI sen niye gorunmursen? 19 avqust 13:52Sima salam qizdar necesiz neynirsiz
40895

Əhəd Əhədli - Məktub

.... Məktub.....

 

Əhəd Əhədli - Məktub

 

Qırılıb bir küncə düşüb xəyallar,
Üst-üstə yığılıb köhnə albomlar.
Gözümdən yaş axmır, fəqət içərdən
Duyuram, ürəyim durmadan ağlar...

 

Getdiyin o gündən mən də yarımam,
Birtəhər yaşayıb nəfəs alıram.
Varlığım, yoxluğum bilinmir mənim,
Bəlkə də heç yoxam, mən var sanıram?!...


Payızdı, yarpaqlar saralıb, solub,
Külək yarpaqları sovurub, durub
Əvvəlki güc-qüvvə yoxumdu daha,
Deyəsən ürək də artıq yorulub...

 

Əhəd Əhədli - Məktub


Necə yorulmasın bu bədbəxt ürək?!
Nə zaman oldu ki, xoşbəxt bu ürək?!..
Məqsədi, amalı tərk edib gedib
Məqsədsiz bir ürək bəs nəyə gərək?

Xoşbəxtlik üzünü döndərib məndən,
Sən də uzaqlaşdın, sevgilim, məndən
Küləyə demişdim xoşbəxt olduğun
Xəbərin verməsin uzaq ellərdən..

 


Onsuz da həsrətə güclə dözürəm,
Günləri muncuqtək sapa düzürəm
Bir qurtum su belə keçmir boğazdan,
Deyəsən dərdindən mən üzülürəm...

Bilirəm, etdiyim yanlış bir işdir,
Artıq həsrətinə alışam gərək
Daha olan olub, gedən gedibdir
Onun gedişiylə barışam gərək...

 
Nə isə... "Xoşbəxt ol" deyə bilmirəm,
Çalış buralara düşməsin yolun,
Sadəcə bir cümlə sənə deyirəm,
"Elə et peşmanlıq olmasın sonun"...


Əhəd Əhədli

Səslərin sayı: 0
0
685
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )