Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Müslüm Maqomayev
(1885-1937)
Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Çeçenistanın Qroznı şəhərində sadə azərbaycanlı ailəsində anadan olmuşdur. Onun valideynləri əslən Azərbaycanın Qax rayonundandır. Ailə Qroznı şəhərinə köçmüş və Məhəmməd kişi burada dəmirçixanada işləmişdir. Qroznı şəhərində ikiillik şəhər məktəbini bitirdikdən sonra 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Müslüm Maqomayev burada 5 il ərzində təhsil almışdır.
Seminariyada oxuduğu dövrdə o, musiqiyə böyük maraq göstərmiş, burada ilk əsərlərini yazmışdır. Onun yazdığı kiçikhəcmli musiqi əsərləri musiqi müəllimlərinin diqqətini cəlb etmiş, ona musiqi sahəsi üzrə fəaliyyət göstərmək tövsiyə edilmişdir. M.Maqomayev seminariyada Üzeyir Hacıbəyli ilə tanış olmuş, onunla dostlaşmış və onlar bu dostluğu ömürlərinin sonunadək saxlamışlar.
1905-ci ildə seminariyanı bitirdikdən sonra Müslüm Maqomayev təyinatla Şimali Qafqazın Bekoviç kəndində, sonra isə Lənkəran şəhər məktəbində müəllimlik etmişdir. Maarifpərvər musiqi xadimi olaraq o, dərs dediyi şəhər məktəbində xor, dram dərnəyi, orkestr təşkil etmiş, bir çox xalq mahnılarını nota salmışdır. Onun musiqi istedadı çıxış yolu axtarır və getdikcə aydın olurdu ki, M.Maqomayev musiqisiz yaşaya bilmir, musiqi onun bütün fikrini məşğul edirdi.
1911-ci ildə Bakıya köçən Muslüm Maqomayev bir ara Sabunçuda müəllim işlədikdən sonra Azərbaycan Opera Teatrına skripkaçı qəbul edilmişdir. Bu teatr o dövrdə Azərbaycan peşəkar musiqi sənətinin qərargahı, düşünən beyni kimi qəbul edilirdi. Burada çalışan sənət ustaları öz sahələri üzrə fəaliyyət göstərməklə kifayətlənmir, Azərbaycanda klassik musiqinin inkişafı, onun milli musiqi ilə sintezi yollarını düşünürdülər. Teatrda M.Maqomayev Üzeyir Hacıbəylinin on yaxın silahdaşlarından biri kimi Azərbaycan musiqili teatrının təşəkkülü və inkişafı istiqamətində işləməyə başlamışdır. Həmçinin o, Hüseynqulu Sarabski, Hənəfi Terequlov və başqa musiqi xadimlərimizlə birgə fəaliyyət göstərmişdir. 1912-ci ildən başlayaraq ömrünün axırınadək Müslüm Maqomayev opera tamaşalarına dirijorluq etmişdir.
1916-cı ildə Müslüm Maqomayev özünün ilk operası olan "Şah İsmayıl" operasını yazmışdır. Operanın musiqisinin çox hissəsini muğamlar təşkil edirdi. Əsərin 1924 və 1936-cı illərdəki formalarında müəllif muğam improvizasiyalarını azaltmış, əsərə reçitativ, rəqslər daxil etmiş, çoxsəsli xor nömrələrini artırmışdır. Onun "Şah İsmayıl" operası XX əsrin 20-ci illərinədək Azərbaycan operalarına xas improvizasiya prinsipindən kamil opera formasına keçid mərhələsi hesab edilir və bununla Azərbaycan opera sənətinin inkişafı tarixində əhəmiyyətli yer tutur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müslüm Maqomayev Azərbaycan musiqi sənətinin inkişafı sahəsində gərgin işləmişdir. O, 20-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığı incəsənət şöbəsinin və Azərbaycan Radio Verilişləri İdarəsində musiqi şöbəsinin müdiri işləmişdir. Bu vəzifələrdə o, geniş xalq kütlələrinin musiqi təhsili məsələlərinə böyük diqqət yetirmişdir. İnzibati vəzifələrdə çalışması onun bəstəkarlıq fəaliyyətinə xələl gətirirdi, lakin bununla belə işlədiyi illərdə o, klassik musiqinin xalq arasında sevilməsində, kütləvi mahnıların klassik musiqi ilə milli musiqinin sintezi əsasında yazılmasında böyük işlər görmüşdür.
XX əsrin 30-cu illərində bəstəkar Azərbaycan Opera və Balet Teatrının direktoru, bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışmışdır. Müslüm Maqomayev bir çox görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə birlikdə incəsənətdə realist ənənələrin, yeni mövzuların bərqərar olmasına, Avropa klassik musiqi janrları və formalarından istifadə edilməsinə səy göstərmişdir.
Müslüm Maqomayevin bəstəkarlıq üslubunun formalaşmasında xalq mahnılarını toplayıb işləməsinin əhəmiyyətli rolu olmuşdur. 1927-ci ildə onun ümumi redaktəsi ilə "Azərbaycan türk el nəğmələri" məcmuəsi nəşr edilmişdir. Bununla o, bir çox nadir Azərbaycan mahnılarının qorunmasını, nəsildən-nəslə ötürülməsini təmin etmişdir. Hal-hazırda ermənilərin özününküləşdirmə yə çalışdığı musiqi və mahnıların bir çox artıq o dövrdə bu məcmuədə Azərbaycan musiqi nümunələri kimi göstərilmiş və tanımışdır.
Azərbaycan kütləvi mahnı janrının yaradıcılarından olan bəstəkar "Yaz", "Tarla" "Bizim kənd", "Yarış" və s. mahnılar bəstləmişdir. Onun kiçikhəcmli orkestr əsərlə (rapsodiya, rəqs, marş, fantaziyalar) Azərbaycan proqramlı simfonik musiqinin ilk nümunələrindəndir. Belə əsərlər arasında 1928-ci ildə yazdığı "Azərbaycan çöllərində", 1930-cu ildə yazdığı "Azad olunmuş Azərbaycan qızının rəqsi", "Dərviş", "Pişdə ramədi-çahargah" fantaziyalarını, 1933-cü ildə yazdığı "Pionerlər marşı", "Azərbaycan radiosu marşı" ("RV-8" adı ilə də tanınır) "Şəlalə" simfonik pyesini və s. əsərləri göstərmək olar.
1935-ci ildə Müslüm Maqomayevin böyük yaradıcılıq müvəffəqiyyəti olan "Nərgiz" operası ictimaiyyətin diqqətini cəlb etmiş, musiqi mütəxəssislərinin yüksək qiymətinə layiq görülmüşdür. Bu əsər Azərbaycan musiqili teatrının inkişafında mühüm mərhələ təşkil edir. Ölkəmizdə Sovet hakimiyyəti uğrunda kəndlilərin mübarizəsini əks etdirən bu əsər inqilabi mövzulu ilk sovet operalarındandır. Doğrudur, opera siyasi sifariş əsasında yazılıb, lakin bu onun musiqi dəyərinə xələl gətirmir. Klassik opera ənənələri əsasında bəstələnmiş "Nərgiz" operasının musiqi dili Azərbaycan xalq musiqisi intonasiyaları ilə aşılanmışdır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında "Nərgiz" böyük müvəffəqiyyət qazanmışdır. Müəllif 1936-cı ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Müslüm Maqomayev həmçinin "Ölülər", " 1905-ci ildə" dram tamaşalarına, "Azərbaycan incəsənəti", "Bizim raport" və s. sənədli filmlərə musiqi bəstələmişdir. O həmçinin 300-dən artıq xalq mahnı və rəqslərini nota salmışdır. Onun son əsəri "Xoruz bəy" musiqili komediyasına yazmağa başladığı musiqi idi, lakin bu iş tamamlanmamış qalmışdır. Müslüm Maqomayev 1937-ci ildə Nalçikdə qastrol zamanı vəfat edib, Bakıda dəfn olunub.
XƏBƏR LENTİ
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Beyonsdan kababçı Nüsrətə şok təklif
70 min dollar zibilliyə atıldı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Messi ildə azı 18 milyon avro qazanacaq
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Boyun ağrılarının həlli
Ziyafət üçün geyim kombinləri
Ruhlardan qorunmaq duası
Azad Rəhimov vətəndaşları qəbul edib
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
Kılıçdaroğlu Ərdoğanla razılaşdı - Türkiyədə tarixi hadisə
"Spam"lardan necə yaxa qurtaraq?
Uşaqlar üçün tapmacalar
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakının məşhur supermarketlərində yalançı lotereya
Sürətli oxu - 7
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Marsa da qar yağırmış
Yarımçıq işlərlə necə başa çıxmalı?
"Türkiyə Azərbaycanın yanındadır"
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
İnstaqramdan möhtəşəm yenilik
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
HAVA necə olacaq? 21 İyun
Maraqlı sabun formaları
Mükəmməlliyə gedən asan yol
45 yaşlı aktrisa ilk dəfə ana olacaq-FOTO
Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşdə Xocalı soyqırımından danışıb
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Dekorasiya üçün gül qurutma üsulları
Düşbərə (foto-resept)
Hava müjdəsi
Sağlam üsulla qaralma
Qadın və beyin
Xərçəngdən qorunmağın təbii yolları
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Aktrisadan 30 il sonra eyni poz - FOTO
Azərbaycanın istedadlı balaları
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər
Humayın yuxusu
Böyük faciə necə baş verdi?
İspan dili 23-cü dərs
Südlü şərbətli şirniyyat (foto resept)
Ancelina Coli müflis olur -FOTO
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
- ŞƏRHLƏR