Vergilər Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, imtahan “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında“ Əsasnaməyə müvafiq olaraq Bakı Dövlət Universitetinin inzibati binasında keçirilib. Test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub, imtahanda 1373 nəfər iştirak edib. 3 saat davam edən test imtahanı zamanı namizədlər Vergilər Nazirliyinin müvafiq test bankından seçilmiş hüquq və ixtisas sahələri üzrə 80, informatika və məntiq üzrə isə TQDK tərəfindən tərtib olunmuş 20, cəmi 100 sualı cavablandırıblar. İmtahanda iştirak edən namizədlərdən 288 nəfəri müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb.
Növbəti mərhələdə namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçənlər namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər. Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək.
İndiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Damarları təmizləyən qidalarla tanış olun!
Bu gecə 24 oyun olacaq
Qarğalar haqqında maraqlı məlumatlar
Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO
Günün ulduz falı - 07.03.2014
Çağatayın rejossorluğu başlamadan bitdi-SƏBƏB
Qida formasında bijuteriyalar
Şadlıq saraylarına xəbərdarlıq edildi
Güclü külək əsəcək
Fransanın xarici işlər naziri istefa verdi
İlon Mask belaruslara kömək təklif etdi: “Nə edə bilərik?”
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (II hissə)
Süni mayalanmadan öncə diaqnoz
Göyərtilərin faydalı xüsusiyyətləri
Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO
Avropada sonuncu o idi
Dəri geyimlər
Siqaret yenə bahalaşdı
Dalğa kimi körpü
Gül açan 5 kaktus
HAVA necə olacaq?-3 Avqust
Diqqət! Diqqət! Danışır Bakı!
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Türk idmançılar Bakıda
Güclü insanların 8 xüsusiyyəti
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı?
Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR
Köklü, qozlu, darçınlı keks (foto resept)
Qar adam (özün düzəlt)
2013-də Azərbaycanda neçə film çəkilib?
Prezenteizmin axırı yaxşı qurtarmır...
Mirvari dəbi geri qayıtdı
Özəl bağçalarla bağlı açıqlama
Sevimli salat (foto resept)
Qan şəkərinin düşməsinin səbəbləri
Müəllim şikayəti
Zəvvarlarımız həcc ziyarətinə xüsusi təyyarələrlə gedəcəklər
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Kəsmikli alma piroqu (foto-resept)
Google əvəz axtarır
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Azərbaycanda Qurban bayramı qeyd olunur
Şir bürcü qadını
Qadın.netlilərə gülək
Hamilə qalma şansını artıran qidalar
Utancaqlıq
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Acun və Şeyma Melisaya görə razılığa gəlib-FOTO
- ŞƏRHLƏR