Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
09:48Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39307

Kələm qutabı (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un (qədəri hazırlayacağınız kələmin ölçüsündən asılıdır)

Duz

Su

İçliyi üçün:

1 baş kələm

1 dəstə çələmir (dağkeşnişi)

2 dəstə göy soğan

1 baş soğan

Duz

Yağlamaq üçün "Wellington" kərə yağı

Hazırlanması:

Əvvəlcə xəmiri yoğurub ovcumuzun içi boyda kündələr edirik.

Kələm qutabı (foto resept)

Sonra kələmi, göyərtiləri və soğanı xırda-xırda doğrayıb qarışdırırıq.

Kələm qutabı (foto resept)

Kündələri nazik yayırıq.

Kələm qutabı (foto resept)

Lavaşın yarısına içliyi nazik qatla səpirik.

Kələm qutabı (foto resept)

O biri tərəfini üzərinə gətirib, qıraqlarını bərk basırıq ki, açılmasın və naxışlı bıçaqla qıraqlarını kəsirik.

Kələm qutabı (foto resept)

Odun sobasında sac üzərində bişiririk.

Kələm qutabı (foto resept)

İsti-isti üzərini yağ ilə yağlayırıq.

Kələm qutabı (foto resept)

Kələm qutabımız hazırdır.

Kələm qutabı (foto resept)

Nuş olsun.nyam

Səslərin sayı: 9
65
11309
loading...
Şərhlər
Offline
Azadə Həbibzadə
Dadli gorunur tesekkur
16 aprel 2015 21:12
Offline
Xanim_Xatun
Aytac Mammedova
Xanim_Xatun,
Xeyir xanım vermir.heç narahat olmayın əla olur

Əllərinizə sagliq...
12 mart 2015 13:11
Offline
Rzayeva Guler
Menim en sevdiyim qutab novudu anam cox biwirir cox dadli olur.
21 fevral 2015 17:31
Offline
Aytac Mammedova
Xanim_Xatun,
Xeyir xanım vermir.heç narahat olmayın əla olur
15 noyabr 2014 19:16
Offline
Xanim_Xatun
Çiy çiy qoyanda su vermir kələm?
6 noyabr 2014 16:21
Offline
Nəzrin
Kələm sevmirəm amma şəkildə çooox gəşəng ləziz görünür çox sağolun
25 oktyabr 2014 17:43
Offline
=======
BEH BEH NE YEMELI OLA MENDE ISDEYIREM girl_cray
9 oktyabr 2014 16:14
Offline
♥Aynişka Gülüm♥
Birinci defedi esidirem amma mence dadli olar, bir defe goyerti ile bisirende sinaqdan kecirerem!Tesekkur baci!
18 aprel 2014 16:01
Offline
♥NiLuFeR♥
Mən göyərtili qutabı yağda qızardıram super olur e nyam Bu qutabda xoşuma gəldi,əllərinə sağlıq Aytac kiss
17 aprel 2014 00:20
Offline
gunay nur
gozel gorunur tewekkurler
13 aprel 2014 12:34
Offline
Aytac Mammedova
HUSNA,
Olar canım qazın üstünə tava ya da saç qoyub biş6rmək mümkündür.Nuş olsun
10 aprel 2014 00:02
Offline
HUSNA
A baci,men bu xeberi niye indi gorurem,dadli olacagina eminem.Olmazki qaz ustunde bisirim?
9 aprel 2014 19:38
Offline
aska
Ellerine sagliq!-ancaq kelemi qizardib hazirlayiram men- give_ros
29 mart 2014 19:17
Offline
Aytac Mammedova
ESNA,Çoxsağol gözəlim,hərənin damaq dadı müxtəlifdir
28 mart 2014 22:30
Offline
AFƏR
Niyese hec kelem xoshlamiram ancaq dolmasini beyenirem,amma bu qutablar cox dadli gorunur ellerin var oilsun bac
28 mart 2014 22:27
Offline
Aytac Mammedova
Sonay Quluzade,Bacıcan odun sobasıdı bəli,çünki sacım yoxdu.dadıda mükəmməl olur.Bəli göy soğan olsa kifayət edər,amma olmasa baş soğanı xırda-xırda doğrayıb qatıram.Sevindim mənim yeməklərimi bəyəndiyinizə,evdəkilər yeməylərimi sevə-sevə yeyirlər. give_ros air_kiss
28 mart 2014 21:00
Offline
Sonay Quluzade
Yeməmişəm, amma kələm qızartmasını sevdiyimdən bilirəm ki, dadını bəyənəcəm. Aytac, odun sobasında bişirildiyini görən kimi ağlıma sən gəldim, bilmirəm niyə unknown Bir azdan yaz kələmi çıxacaq, o həm yumşaq, həm də tez bişən olur, o çıxan kimi edəcəm. Mən göy qutabı edirəm, çuqun tavada, bu da alınar onda. Bir də mən göy soğanla kifayətlənəcəm.
Aytac, sənin reseptlərin xoşuma gəlir, milli reseptlərdir (çoxu da mənim dadmadığım), buna görə sənə çoxlu təşəkkür edirəm give_ros
28 mart 2014 11:09
Offline
Nigar
Super hec vaxt kelem qutabi yememiwem dadli olar mende biwirim gerey ellerin var olsun
25 mart 2014 17:56
imza: Allahın cümləmizə yar olsun amin
Offline
FIRUZA
Ela !ferqli qutabdi cox saq olun
25 mart 2014 00:34
Offline
Aytac Mammedova
Aysun Memmedova,Canım kələm əyər çox bərk olarsa,yəni qutabı tez bişirib götürsən bir az bərk olar,yumşalmaz.Ancaq bişirib isti-isti üst-üstə yığsan öz buxu ilədə bir az kələm pörtülsün,onda dadı super olur.Adi kələm dolmasında əti bişib kələmi bişməyəndə necə olur,pis.Kələmlərdə müxtəlif olur tez pörtlənən var,bərk olan kələm var.Bişsin üst-üstə yığ üstün bişən-bişəni örtki,buğu ilə yumşalsın
24 mart 2014 18:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )