Qadin.NET / Kələm qutabı (foto resept)

Kələm qutabı (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un (qədəri hazırlayacağınız kələmin ölçüsündən asılıdır)

Duz

Su

İçliyi üçün:

1 baş kələm

1 dəstə çələmir (dağkeşnişi)

2 dəstə göy soğan

1 baş soğan

Duz

Yağlamaq üçün "Wellington" kərə yağı

Hazırlanması:

Əvvəlcə xəmiri yoğurub ovcumuzun içi boyda kündələr edirik.

Kələm qutabı (foto resept)

Sonra kələmi, göyərtiləri və soğanı xırda-xırda doğrayıb qarışdırırıq.

Kələm qutabı (foto resept)

Kündələri nazik yayırıq.

Kələm qutabı (foto resept)

Lavaşın yarısına içliyi nazik qatla səpirik.

Kələm qutabı (foto resept)

O biri tərəfini üzərinə gətirib, qıraqlarını bərk basırıq ki, açılmasın və naxışlı bıçaqla qıraqlarını kəsirik.

Kələm qutabı (foto resept)

Odun sobasında sac üzərində bişiririk.

Kələm qutabı (foto resept)

İsti-isti üzərini yağ ilə yağlayırıq.

Kələm qutabı (foto resept)

Kələm qutabımız hazırdır.

Kələm qutabı (foto resept)

Nuş olsun.nyam

22 mart 2014
GO BACK