Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Ayrılıq vüsaldan əvvələ düşdü...

"Vətən borclu deyil, biz borcluyuq Vətənə" silsiləsindən.

Ayrılıq vüsaldan əvvələ düşdü...

Ayrılıq vüsaldan əvvələ düşdü...


Əhvalımı bilə-bilə,

Çalma, aşıq, sazı belə.

Tale yazan yazı belə,

Göz yaşımı qurutmadı...

 

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın. 

Təkcə Arifdən başqa...Heç özü də anlaya bilmirdi ki, Arifə bəslədiyi bu rəğbət hardandır. Əslində açıq-aşkar hiss etdirməsələr də hər bir qızın xəyalında gözlərində mehribanlıq çağlayan Arif kimi, yaraşıqlı, ucaboylu bir nişanlı arzulaması təbii idi. Amma Günay bir dəfə də olsun başını qaldırıb bu niyyətlə o gözləri seyr etməmişdi. Hətta qızlar hər dəfə sinfə daxil olub: "yenə məktəbin həyətindədir" deyəndə Günay təmkinini pozmaz, pəncərədən də olsa boylanıb həyətə baxmazdı. Bu, acıq deyildi, əda da deyildi,sadəcə, hislərinə yox,ağlına tabe olurdu. Çox sevdiyi bir kəlamı özünə ölçü seçmişdi: "Qanqal olub gözə girmə, bənovşə ol, qoy səni axtarsınlar". Nə olsun ki, bənövşə tənha olur? Nə olsun ki, bənövşələr kol dibində bitir? Amma bənovşə istəyən onu dərib qoxulamaq üçün dizi üstə əyilməyə də hazır olur...

Sonuncu dərs idi. Dərslər qurtarandan sonra kəndin ilk şəhidi Namiqin anım günü keçiriləcəkdi. Məktəb onun adını daşıdığından hər il burada Namiqə, eləcə də torpağımız uğrunda şəhid olmuş digər qəhrəmanlara ehtiram olaraq tədbirlər keçirilirdi. Bugünkü xatirə günü də həmin ehtiramın bir nümunəsi idi. Hamı səbrsizliklə tədbirin açılışını gözləyirdi. Rəsmi hissədən sonra şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndiriləcəkdi. Belə tədbirlərdə Günayın xüsusi yeri vardı. Çünki bütün tədbirlər məhz onun təşkilatçılığı ilə keçirilərdi. Aparıcı kimi bugünkü  tədbiri də idarə etmək Günaya həvalə edilmişdi. 

Dərsin bitməsinə 15 dəqiqə qalmışdı. Günay çox narahat görünürdü. Rəfiqəsi Leyla bunu hiss edib soruşdu:

- Niyə bu qədər həyacanlısan? Doğrudur 1-2 il bundan əvvəl şəstlə bu torpaq üzərində addımlayan Namiq haqqında indi xatirə kimi danışmaq çətindir. Təsəlli tap ki, biz onu bu cür ehtiramımızla yaşatmalıyıq. 

- Bir tərəfdən bu cür məsuliyyətli tədbirin aparıcılığı, digər tərəfdən də Arifin gəlmə ehtimalı mənim fikirlərimi tamam qarışdırıb. Bilirsən, Leyla, Arifə nədənsə yazığım gəlir. Bu, sevgi deyil. Mənim hissetməm çox güclüdür, sanki ona nəsə olacağını görürəm. 

-Nə..əə? Yazığın gəlir? Niyə? O ki, hamının ehtiyatlandığı oğlandır. Eşitmədin, keçən dəfə qonşuları Sevdaya söz atanları necə əzişdirmişdi? Hamı Arifdən çəkinir,səninsə ona yazığın gəlir? Qəribə qızsan, vallah,Günay. Bəs yazığın gəlirsə, niyə onu bu qədər süründürürsən? Niyə "hə" demirsən oğlana, heç üzünə də baxmırsan?!

- Leyla, bir dinləməyi də bacar. İmkan ver, içimdəkini heç olmasa ən yaxın rəfiqəmə danışa bilim. 

Yaxşı danış - Leyla sakit səslə dilləndi.

Bilirsən ki, erməni qaniçənləri hər gün bir kəndi yandırır, hər gün quduzlaşırlar. Kimin ağlına gələrdi ki, Namiq kimi bir igid erməni gülləsinə qurban gedəcək. Çox az müddət keçib ölümündən, hələ də barışa bilmirəm bu ölümlə. Onun xatirəsinə həsr edilmiş bu tədbirin aparıcısı olmaq bilirsən mənə necə ağırdı? Bir tərəfdən də ürəyim səksəkədədir ki, Arif də gələr bu tədbirə.

Leyla yenə dözmədi:

- Gəlsin də, Arif sənə neyləyəcək ki, sən tədbirini aparmağında ol - dedi. 

Leyla, başa düşmürsən mən ona sarı baxa bilmirəm, o dəqiqə ayrılıq üstə köklənirəm. Müharibə neçə cavan oğlanları aramızdan vaxtsız-vədəsiz apardı. Tədbir zamanı bircə anlıq da olsa baxışlarımız rastlaşsa, donub qalacağam.

- Deməli, sevirsən, can bacım, amma gizlədirsən. Hətta məndən belə gizlətmisən, heç səndən gözləməzdim.

- Yox, Leyla, bu sevgi deyil. Özün yaxşı bilirsən ki, hələ ki, qəlbimdə sevgiyə yer ayırmamışam.

- Hə, yaxşı bilirəm, sən hələ həkimlik arzusuyla qanadlanırsan. İndi bu yaraşığınla kəndin cavanlarını yandırıb yaxırsansa, hələ bir ağ xalatla qayıdandan sonra gör kimlər öləcək dərdindən.

- Bəsdir, Leyla, zarafat vaxtı deyil. Ciddi sözümdür, mən onun gözlərinə baxa bilmirəm. Sanki göz-gözə gəlsək bu, ancaq ayrılıq baxışları olacaq. Elə bilirəm ki, o baxışdan sonra onu birdəfəlik itirəcəm, bir də görməyəcəyəm. Neçə illərdir torpaqlarımızda müharibə gedir. Görmürsənmi kəndimizdən, eləcə də digər yerlərdən hər gün nə qədər igid oğullarımız düşmən gülləsinə tuş gəlir, indi birini itirmək qorxusudur bu, anla məni.

Onlar danışa-danışa məktəb zalının qapısı ağzına çatmışdılar. Tədbirə lap az qalmışdı. Tədbirə rayon təhsil şöbəsindən, icra nümayəndəliyindən, Namiqin vaxtiylə işlədiyi polis bölməsindən və kənd ağsaqqallarından da dəvət olunmuşdular. Günay tədbiri açaraq sözü məktəbin direktoruna verdi. Direktor çıxışını bitirdikdən sonra Günay proqram üzrə bir-bir çıxışları təqdim etdi. Növbə məktəblilərin ifasında şeir və musiqiyə verildi. Günay başını qaldırıb zala baxmağa cürət etmirdi. Elə bilirdi gözü Arifə sataşsa, hər şeyi unudacaq. Arif isə zalın elə yerində dayanmışdı ki, Günay onu görməsə də o Günayı çox gözəl görürdü. 

İlahi, bu qız üçün Arif ürəyində necə xəyallar qurmuşdu. Ağ göyərçinə bənzədirdi Günayı. Bəlkə də onu çox sevdiyindən idi ki, indiyə qədər, Günayı görməzdən əvvəl qızlara yaxınlaşıb çəkinmədən sözünü deyən Arif üçün bu sözü Günaya demək çox çətindi.

Arif kasıb bir ailədən idi, amma mərd idi. Əsgəri xidmətdən 6 ay idi ki, gəlmişdi. Gələn kimi də oxuduğu məktəbə baş çəkmiş, məktəbi, sevimli müəllimlərini yad etmişdi, Günayı da orada görmüşdü. O görüşdən də Günaya içində sevgi hissi baş qaldırmışdı. Onunçün Günay artıq indiyə qədər gördüyü qızlardan ən gözəli idi. Bilirdi ki, Günayın "hə"sini almaq Arif üçün heç də asan olmayacaq. Bəlkə də ona görə Günaya cürət edib yaxınlaşmırdı da. Yaxın dostundan Günayın rəfiqəsinə məktub göndərmişdi. Rəfiqəsi Leyla məktubu Günaya uzatsa da, əli havada qalmışdı. Günay bunun üstündə rəfiqəsi ilə bir neçə gün küsülü də qalmışdı. 

- Axı,sən bilirsən ki, mənim xoşum gəlməyən işdir bu. Bilirsən ki, götürməyəcəm, niyə almısan bu məktubu? Sən mənim ən yaxın rəfiqəmsən, kimisə sevsəm, ilk olaraq sən biləcəksən, bunu yadında saxla və bir də belə etmə,- demişdi.

Tədbir sona yetdi, hamı zalı tərk etdikdən sonra Günay dərindən nəfəs alıb çantasını da götürüb zaldan çıxdı. Zalın qapısından aralanıb həyətə çıxmaq istəyirdi ki, dəhlizin o biri tinində qarşısına çıxan Arifi gördü. Ürəyi şiddətlə döyündü. İlk dəfə idi ki, onunla belə yaxın məsafədə üz-üzə gəlirdi. 

- Məni bir dəqiqə eşidə bilərsən? Sənə sözüm var - Arif asta, təmkinli səslə dedi.

İlahi, səsində necə qürur,necə səmimilik vardı. Günayın rəngi ağappaq olmuşdu. Həmişə lalə kimi alqırmızı olan yanağından, dodağından əsər-əlamət qalmamışdı. Dili qurumuşdu elə bil, nə qədər istəsə də "yox,olmaz" sözünü deyə bilmədi. Arifin yanından sürətlə keçib özünü həyətə atdı. 

Ayrılıq vüsaldan əvvələ düşdü...
Arif həmin gecəni yata bilmədi. Gözünü tavana dikib elə hey Günayı fikirləşdi. Danışmasa da onunla bir neçə saniyəlik yanaşı durmanın xoşbəxtliyini yaşayırdı düşüncələrində. Narahat idi sözünü deyə bilməmişdi. Vaxta isə az qalırdı...
Orta məktəbdə dərslər bitmiş, imtahanlar başlamışdı deyə Günay məktəbə az-az gəlirdi. Ariflə bir daha qarşılaşmayacaq deyə çox rahat idi. İmtahanlardan sonra da Bakıya gedəcəkdi. Daha Arifi görə bilməyəcəkdi.
...Sakit bir səhər açılmışdı. Günay yuxudan oyansa da nədənsə narahat idi. Elə gözü qapıda qalmışdı, elə bil kimisə gözləyirdi. Gecə səhərəcən ermənilərin atdığı güllələrin səsindən onsuz da narahat olan Günayın ürəyi səksəkədə idi. Həyətə çıxdı, bağa keçib bir qədər gəzişdi. Son imtahana iki gün qalmışdı. İmtahandan sonra kənddən ayrılacaqdı. Elə Arifdən də canı qurtaracaqdı. Nədənsə yenə Arifi xatırladı, heç bilmədi niyə...
Bir qədər də bağda gəzdikdən sonra evə qayıtdı. Həyətdə əsgər geyimində birini gördü. Atası ilə söhbət edən bu əsgərin gözü Günayda idi. Günay bunu hiss etdi, ayağını ləngitdi ki, görsün atası kimlə danışır. Günayın atası kəndin sayılıb seçilən ağsaqqallarından idi. Hamı məsləhət, xeyir-dua üçün bu qapıya gələrdi.  
Günayın bir gözü əsgərdə qalsa da əvvəlcə tanıya bilmədi kimdi. Çünki bu yerlərdə adət deyildi qızların başını qaldırıb həyətə gələn, lap elə yoldan keçən kişi və ya oğlanın üzünə baxmaq. Atası evə keçdi, ədəb-ərkan xatirinə Günay da atasının ardınca evə keçdi. Atası əlində sənəd həyətə çıxmaq istəyirdi ki, telefon zəng çaldı. Günay dəstəyi qaldırdı. Atasını soruşurdular.
- Ata, səni istəyirlər.
- Qızım, sən al bu sənədləri Arifə ver onları "sovet sədri"nə çatdırmalıdır, mən görüm kimdi məni soruşan...
Arif adını eşidən Günayın ürəyi əsdi. Yəni bu o Arif ola bilərdi? Yox, Arif olmasın, ay Allah, yalvarıram. Əlində sənəd əsgərə tərəf gedən Günayın ürəyi sanki yerindən çıxacaqdı. Bəli, bu o idi, Arif idi. Aman Allahım, əsgər geyimi necə də yaraşırdı Arifə. Elə bil ki, onun boyuna biçilmişdi. Günay ilk dəfə idi ki, onu belə yaxından görür, gözünün içinə baxırdı. Nəhayət Arif dilləndi:
-Günay, mən gedirəm.
- ...............
- Vətən çətində olanda mən bu torpaqda rahat gəzə bilmərəm. Bir bəhanə ilə səni görməyə gəldim. Gəldim səninlə xudafizləşim.
- ................
Günay elə bil yuxuda idi. Nə deyəcəyini, nə edəcəyini özü də bilmirdi. 
Atan gələcək indi, Günay. Bir söz də deyim, müharibəyə gedirəm, qayıtmaya da bilərəm. Nə oldu?...din, danış bir az...səsini də, sözlərini də yaddaşımda özümlə gəzdirəcəyəm. Düşmənlə ölüm-dirim sərhəddində dayananda sənin səsin mənə ruh verəcək...
- ..................
- Səni çox sevirəm, Günay. Ölsəm bil ki, qəlbimdə sənin sevginlə köçdüm bu dünyadan - deyib, sağollaşmaq üçün əlini Günaya uzatdı.
Günay dillənə bilmirdi, elə bil ki, dili qurumuşdu. Arifin ona uzalı qalan əlini görüb qeyri-ixtiyar əlini ona uzatdı. 
Arif iri, sərt ovcunun içində elə bil zərif bir kəpənək hiss edirdi. Çox sixsa incidər, buraxsa uçub gedərdi. Amma məcburən buraxmalı oldu.
- Salamat qal - dedi. 
- Özündən muğayət ol... Ancaq bu sözləri deyə bildi Günay. Özündən ixtiyarsız gözləri yaşardı. Arif gözdən itənəcən arxasınca baxdı. Elə bildi ki, bu baxışla da Arifi itirdi, birdəfəlik itirdi...
Ayrılıq vüsaldan əvvələ düşdü...

Arif könüllü olaraq Füzulidəki batalyonlardan birinə yazıldı. O, əsgər dostları ilə birlikdə kəndlərimizin müdafiəsində mətanətlə döyüşdü, əks-həmlələrdə mərdlik nümunəsi göstərdi. Füzulini, onun ətraf kəndlərini atəş altında saxlayan və ciddi təhlükə törədən mövqelərdən biri də Məlikcan yüksəkliyi idi. Bu qan ocağını, bayquş yuvasını darmadağın etmək üçün keçirilən əməliyyat zamanı Arif xüsusiylə seçildi. Ancaq namərd düşmənin gülləsi bu cavan oğlanın ala gözlərində işiqlı həyatı birdəfəlik söndürdü...Ayrılıq vüsaldan əvvələ düşdü...
Ayrılıq vüsaldan əvvələ düşdü...

Nə biləydik bu sevginin sonu yox, 
 Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...
Səslərin sayı: 10
111
9185
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...

Quşlara çox yazığım gəldi...

Mən Ruqaşqa girl_ang
1 yanvar 2015 10:19
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
MAYA EL
Çox təsirli yazıdı Allah bütün şəhidlərimizi rehmet elesin inşAllah şəhidlərin qanı yerdə qalmaz
20 dekabr 2012 14:53
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Louis Vuitton
bu xəbəri oxumuşam,şərhdə yazmışam.Amma ürəyim elə doludur ki,gəldim ki,oxuyum ürəkdən ağlaya bilim

Ağlamağı heç kim sevmir, mənfi emosiya kimi qəbul edirik,amma bəzən ağlamağa da ehtiyacımız olur...

bu kimin heyatindadir ye ni tanishin idi? kim danishib bunu sene?

Şərhləri oxumuş olsaydın bilərdin, özün oxu tap.
bu misralari kim yazib bes?

Söz verirəm bunu dəqiqləşdirib yazacam bura.
14 dekabr 2012 23:51
Offline
Endless Love-Gulare
Həyati yazılar həmişə təsirli olur,Gülarə.


bu kimin heyatindadir ye ni tanishin idi? kim danishib bunu sene?


Əhvalımı bilə-bilə,

Çalma, aşıq, sazı belə.

Tale yazan yazı belə,

Göz yaşımı qurutmadı...

bu misralari kim yazib bes?
14 dekabr 2012 23:38
Offline
ureyim
Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı...

bu xəbəri oxumuşam,şərhdə yazmışam.Amma ürəyim elə doludur ki,gəldim ki,oxuyum ürəkdən ağlaya bilim
14 dekabr 2012 23:33
Offline
mira-kerim
sondaki şeir mükəmməll love
14 dekabr 2012 23:30
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Louis Vuitton
G.....M,
aydan mirzoyeva,
Amin. Mən təşəkkür edirəm oxuduğunuz üçün.
Sevinc bu menim sen yazdigin yazilar icinde en cox beyendiyim oldu cox tesirli idi

Həyati yazılar həmişə təsirli olur,Gülarə.
Xususende seirler onlari oxuduqca kovreldim.

Şeir bu yazıma xüsusi məna verib.
Emila,
Sabrina  M.......,
Kemale Memmedova,
Minnətdaram,xanımlar.
14 dekabr 2012 23:27
Offline
Kemale Memmedova
yaman doldum bu axsam.sehidlerimizi bir anda olsun unuda bilmirem.allah rehmet etsin.
29 noyabr 2012 22:44
Offline
Sabrina Melodi
çox təsirlidir.Gözlərim doldu.ALLAH bütün şəhidlərimizə rəhmət eləsin.Yerləri sözsüz ki,cənnətdir. crying Yazan əlləriniz var olsun
20 noyabr 2012 19:49
Offline
Angel
yazacağ sözum yoxdur ALLAH şəhidlərimizə rəhmət etsin
19 noyabr 2012 00:20
Offline
kamile
tesirli idi ele uzaqlara getdimki serh yaza bilmeyecem uzrlu hesab edin,tesekkurler
18 noyabr 2012 22:16
Offline
♥Selena♥
Cox tesirli yazmisan baci. Her cumlesi menali ve kederlidir. Xususende seirler onlari oxuduqca kovreldim.

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...

Cox gozel hekayedir. Davamli olsun.

Nəql etdiyin hadisəyə gəlincə isə, sadəcə bir şeyi deyə bilərəm, şəhidlərimizin qanı yerdə qalmaz inşAllah


InsALLAH.


Allah heç kimi sevdiklərindən vaxtsız ayırmasın.Amin


Amin.
18 noyabr 2012 20:12
Offline
Endless Love-Gulare
Sevinc bu menim sen yazdigin yazilar icinde en cox beyendiyim oldu cox tesirli idi, o gun bir az oxumushdum amma sebrim catmir axira kimi oxumaga yarimciq oxuushdum indi tam oxudum,

Əhvalımı bilə-bilə,

Çalma, aşıq, sazı belə.

Tale yazan yazı belə,

Göz yaşımı qurutmadı...

bu misralari kim yazib bes? bes sonuncu sheri kim yazib? insanin qelbini titredir cox cox teshekkur edirem mence davam ele hekayelerine
18 noyabr 2012 12:18
Offline
aydan mirzoyeva
ALLAH SHEIDLERIMIZE REHMET ETSIN.MARAQLA OXUDUM
17 noyabr 2012 19:51
Offline
G.....M
Allah sehidlerimize rehmet etsin,cox tesirl yaziydi tesekkur
17 noyabr 2012 18:23
Offline
Louis Vuitton
Buket,
Cox sag ol, Buket. Shehidlerimiz haqqinda oldu ilk hekayem. Eger yazasi olsam, novbeti hekayem de ele bu silsileden olacaq.
17 noyabr 2012 15:27
Offline
Buket
Sevinc, necə də təsirli yazmısan. Demək, sənin belə qabiliyyətin də varmış. Yaz, səni oxumaq maraqlıdır.
Nəql etdiyin hadisəyə gəlincə isə, sadəcə bir şeyi deyə bilərəm, şəhidlərimizin qanı yerdə qalmaz inşAllah
17 noyabr 2012 15:18
imza: Sonralar olmur :)

Offline
Cinare Qurbanova
Allah şəhidlərimizə rəhmət etsin.Allah heç kimi sevdiklərindən vaxtsız ayırmasın.Amin
17 noyabr 2012 14:36
Offline
Almaz S.
Sevins nə yaxşı yazmısan.Maraqlı və təsirlidi,hissləri də gözəl anlatmısan(lap məktəb vaxtlarım yadıma düşdü).Ardı gəlsin,yenə yaz.
17 noyabr 2012 13:52
Offline
Selvi
beleleri de varmish.....!!!

Belələri düzələn deyil Lalə xanım.
17 noyabr 2012 13:32
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )