Bu etirafı etmək, başımdan keçən bu hadisəni danışmaq qərarına gəlməyimə səbəb bu sayta gəldiyimdən bəri mənə ən çox verilən
bu sual oldu (bəlkə çoxlarına verilir bu sual, bilmirəm): "Məzhəbin nədir?"
Ailəmiz dədə-babadan şiə olub, mən də ibadətə qəlbimlə deyil, ətrafdan, ailədən gördüyüm üçün gəldiyim üçün mən də şiə sayılırdım. Heç bir zaman kiminsə məni məzhəbimdən, namaz qılmaq tərzimdən döndərəcəyinə inanmazdım, heç kim də bunu bacarmadı. Fəqət, son bir neçə ildə Rəbbimə qəlbimlə yönələndən sonra anladım ki, dinlər və məzhəblər yoxdur. Allahın bir dini var, sadəcə, zamana və şəraitə görə hər kəsə müxtəlif yollardan bir olan Rəbbinə yönəlmək şansı verilib. Məzhəblərarası münaqişələrə baxanda, xüsusilə "Namazda əllər bağlı olmalıdırmı, namaz möhürlə qılınmalıdırmı" sualları ilə rastlaşanda Allahıma dua edirdim ki, "Rəbbim, Sənin üçün necə ibadət etməyimin fərqi varsa bir vəsilə ilə, işarə ilə anlat mənə".
Bir gün dini kanalların birində Peyğəmbərimiz (s.v.s.)in və Əhli Beytin təsəvvüfü necə yaşaması barədə proqram izlədim. Veriliş bitən kimi əsr namazını qılmağa başladım (vaxtı keçmək üzrə idi). Proqram mənə o qədər təsir etmişdi ki, namaz boyu fikrim izlədiklərimdə qaldı. Son rükətə başlayanda dilimdə namaz, qəlbimdə Rəbbimə dua etdim, ürəyim yanaraq dua etdim ki, "Ey Allahım, indiyə qədər Səndən istəmədiyimi istəyirəm: Peyğəmbərimin (s.v.s) qıldığı namazı qılmaq istəyirəm, nə olar, mənə də qismət et o namazı!"
İndi deyəcəklərimi kim necə qəbul edirsə etsin, Allahı ilə özü arasında qalsın. O an sanki çiyinlərim sıxıldı, ürəyim bərk döyündü... Psixolojı təsirin nələrə qadir olduğunu bildiyim üçün əllərimi bərk-bərk özümə sıxdım, "Bu təsirlə əllərim qalxmasın" deyə düşündüm. Hipnoz olunmuş kimi idim, sanki o mən deyildim, ya da gözəgörünməz qüvvə tərəfindən idarə olunurdum, qollarım dirsəkdən bükülərək sinəmin üstündə birləşdi... O an... Necə də xoşbəxt idim o an... Səcdəyə gedib Rəbbimə şükürlər etdim, göz yaşları da içimdəki yanğını söndürmədi... "Allahım! Sonsuz Həmd və şükürlər olsun!.."
O gündən namazı əlləri qapalı (sünni məzhəbində olduğu kimi) qılıram. Amma sadəcə namazım dəyişdi, dünya üzümə qarşı dayansa da, o gündən sonra, Rəbbimin yaşatdıqlarından sonra heç kim məni yolumdan döndərə bilməz.
Bir müddət sonra sübh namazından öncə, üzüqibləyə səccadədə gözlərim qapalı zikr edərkən, bir anlıq yanımda ortaboylu, boz geyimdə örtülü bir xanımın əlləri sinəsində yanımda durduğunu gördüm - bu da bir işarə idi...
Qaldı ki möhür məsələsinə, əvvəllər səcdəni yalnız namazda edərdim. O zaman ki, Rəbbimi özüm, qəbimlə seçdim, Məbuduma, Sevgilimə səcdə etmək üçün namazı gözləmədim, içimdən gəldiyi vaxt Rəbbimə Şükür səcdəsi etməkdən zövq aldım... Onda düşündüm ki, adi vaxtda da, namazda etdiyim səcdələr də hamısı eyni, bir olan Rəbbimiz üçündür. Elədirsə, niyə namazda torpağa ehtiyac olsun, başqa vaxt isə yox? Bəli, hədislərdən gələn dəlilləri bilirəm, fəqət, Rəbbimin səsimi duyub "cavab verməsi" daha önəmlidir.... Allah xatirinə, çox xahiş edirəm, bu xüsusda mübahisə salmayın.
Əzizlərim, Rəbbimiz üçün fərqi yoxdur kim hansı yoldan gəlir. Əsas odur ki, Sirati Müstəqim üzrə olaq.
19/MƏRYƏM-36: "Və şübhəsiz ki Allah, mənim Rəbbim və sizin (də) Rəbbinizdir. O halda, ONA qul olun! Bu Sırati Mustəqimdir".
Dinlər yoxdur- bir din var:
42/ ŞÛRA-13 : "(Allah) dində, onunla Hz. Nuha vəsiyyət etdiyi (fərz etdiyi) şeyi (şəriəti); "Dini qoruyun (ayaqda, həyatda tutun) və onda (dində) firqələrə ayrılmayın" deyə Hz. İbrahimə, Hz. Musaya və Hz. İsaya vəsiyyət etdiyimiz şeyi Sənə də vəhy edərək, sizə də şəriət etdi.
Ayədən göründüyü kimi, Rəbbimiz Rəsullara eyni əmri şəriət etmişdir və bu kimi ayələr bir deyil.
3/ALİ İMRAN-19 : " Şübhəsiz ki Allahın indində din, İslamdır (təslim dinidir). Özlərinə kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı həsəd səbəbiylə ixtilafa düşdülər. Və kim Allahın ayələrini örtsə (inkar etsə), o təqdirdə, şübhəsiz ki Allah, hesabı tez görəndir".
Hz.Adəmdən sonuncu Peyğəmbər Muhəmməd (s.v.s)ə qədər bütün Rəsulların təbliğ etdiyi dinin kökündə bir məqsəd durur: Allaha təslim. Təslimiyyət olmadan din yaşanmaz, yaşanması zənn edilir.
3/ALİ İMRAN-102 : "Ey amənu olanlar, Allaha qarşı "Onun haqq təqvası"ilə (bi haqqın təqva, ən üst dərəcə təqva ilə) təqva sahibi olun! Və əsla siz, (Allaha) təslim olmadan ölməyin!"
Kimlərin üstün olmasını Rəbbimiz bilir. 1400 il öncə yaşanmış, şahidi olmadığımıza görə, xüsusilə də bunların bizdən soruşulmayacağı üçün zamanımızı bu cür mübahisələrə, faydasız araşdırmalara sərf etməyək. Qəlbimizlə Allah hiss edək, Ona çatmağı , Onun zatına, vəchinə şahid olmağı diləyək, amma qəlbdən!
4/NİSA-125 : "Və hənif olaraq Hz. İbrahimin dininə tabe olmuş və vəchini (fizik bədənini) Allaha təslim edərək muhsin olan kimsədən, dinən daha əhsən kim vardır. Və Allah, Hz. İbrahimi dost əldə etdi.
13/RA'D-22 : Onlar, səbirlə Rəblərinin vəchini (Zatını, Zatına çatmağı və Allahın Zatını görməyi) diləyərər və namazı qılarlar, onlar ruzi verildirdiyimiz şeylərdən gizli və açıqca infaq edənlərdir. Və seyyiati(pisliyi), hasenat ilə (yaxşılıqla) uzaqlaşdırarlar. Onlar üçün, bu dünyanın (gözəl bir) aqibəti (nəticəsi) vardır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Səbrsizlik də xəstəlikdir
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Dünya daha bir təhlükəli virusla üz-üzə
Yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək?
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Subay pilotlara iş olmayacaq
Başqa dünyalar bir rəssamın gözü ilə
Günün qoroskopu: Mübahisə etməyin!
Günün ulduz falı
Aldatma da genetik keçir
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Mənim dərsliyim Sənsən!
Ölçü fərqinə təəccüblənəcəksiniz
Bu mahnılar işgəncə verir
5 dil bilən qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Castin Biberin yoldaşı ETİRAF etdi
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Yeni il çox maraqlı keçəcək
Anar "Bəxt üzüyü"nün Sarasını dəyişdi - VİDEO
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Hər gün 4 badam yemək üçün 7 səbəb
Hava haqqında
Borc verərkən diqqət edin!
28 milyon dollarlıq villa
Stress və gərginlikdən xilas olmağın 15 yolu
Ispanaq piroqu(foto-resept)
Azərbaycana xüsusi taksilər gətirildi
Möhtəşəm gəlinliklər
Bunları bilmək maraqlıdır
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
​Mart ayında 6 gün dərs olmayacaq
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Hamiləlik dövrləri (32-39 həftələr)son
Rusiyanın xalq artistləri Bakıya gəlir
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Əncirli bisküvit (foto-resept)
Stil ikonu Taylor Tomas Hill
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı
Megan bir daha diqqət mərkəzində-FOTO
Azərbaycanda çörək bahalaşır?
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
“Anam məni tərk etdi, bu günahdırmı?”
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
217 min dollarlıq çanta satıldı-FOTO
- ŞƏRHLƏR